Ömür əmanətdir, xatirələr əbədi
Teatr sənətimizin fədailəri, korifeyləri çox olub. Hüseyn Ərəblinskinin, ülvi Rəcəbin, Kazım Ziyanın, Mərziyə Davıdovanın, Mrzəağa Əliyevin və onlarla digərlərinin adları bu gün də ehtiramla çəkilir, xatirələri urvatlı tutulur. Onların şanlı ənənəsini yaşadanlardan biri də məşhur teatr və kino aktyoru, iki dəfə dövlət mükafatı laureatı olmuş, ömrünün 60 ilinin tamamında "Şöhrət" ordeninə layiq görülmüş xalq artisti Həsənağa Turabov idi. Bir zaman söhbətlərini eşidib, ifalarını görüb qürur hissi keçirdiyimiz sənətkar haqqında artıq keçmiş zamanda yazmağa məcburuq.
O, 70 il əvvəl Bakı şəhərində, zəhmətkeş ailədə dünyaya göz açmışdı. Atası Səttar kişi əlinin qabarı, alnının təri ilə ailəsinə çörək, ruzi gətirərdi. Anası Hökumə xanım evdar qadın idi. Həsənağa 14 saylı orta məktəbi bitirən ili Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə qəbul olundu. Həyatının, yaşamağının mənasını da həmin vaxtdan duyub, anladı. İkinci kursda oxuyanda yeni fəaliyyətə başlayan respublika telestudiyasında aktyor truppasında əmək fəaliyyətinə başladı. İki il sonra isə ömrünü, taleyini a bağladı. Yüzlərlə rol oynadı, tanındı, sevildi, alqışlandı, fəxri adlara, təltiflərə layiq görüldü. 1987-ci ildə istedadını, təşkilatçılıq qabiliyyətinı nəzərə alıb onu AMDT-nın direktoru, daha sonra isə qurumun bədii rəhbəri təyin etdilər. Yaradıcılığının məhsuldar, idarəçiliyinin səmərəli keçdiyi bir zamanda - 67 yaşında amansız əcəl onu sevdiyi, sevildiyi insanlardan həmişəlik ayırdı.
H.Turabov aktyorluq sənətini varlığı qədər sevərdi. Bəzən oynayacağı rollardan imtina da edərdi. Hətta
iş yerindən getmək üçün ərizə də
yazardı. Fikrini aşkar bildirərdi ki, filan əsərdə
filan rolu oynamaq istəmirəm. çünki həmin tipin
xarakterinə enə bilmirdi. Onun xatirələrindən
oxuyuruq: "Məni görənlər hörmətlə
qarşılayır, görüşürlər. Onların
birindən bir dəfə soruşdum ki, məni çox istəyirsən?
Cavab verdi: əlbəttə, sizin oynadığınız
rollar mənə mənəvi zövq verir".
Həsənağanın
yaratdığı obrazların hamısında reallıq, canlı
nəfəs vardı. Əsərlərin təsvir mənzərələrindən,
xarakterlərin müxtəlifliyindən asılı olmayaraq o
çalışırdı ki, obrazın
psixologiyasını, məqsədini tamaşaçılara əhatəli,
dürüst çatdırsın. Əli bəy (S.Vurğun
"Vaqif"), özdəmir (H.Cavid "Şeyx Sənan"),
Nil (M.Qorki "Meşşanlar"), Hamlet (V.Şekspir
"Hamlet"), Mirzə Cəlil (Anar "Sizi deyib gəlmişəmE"),
Umud (N.Hacızadə "Qisas qiyamətə qalmaz") və
onlarla digər rollarda, səhnə əsərlərində Həsənağa
ifa bacarığını uğurla nümayiş
etdirmişdi.
Aktyorun nüfuz, şöhrət
qazanmasında düşdüyü mühitdən,
çalışdığı kollektivdən, tərəf
müqabilindən çox şey asılıdır. Xüsusən,
quruluşçu rejissorun məsləhətindən, verdiyi
nüanslardan bəhrələnir. Bu baxımdan, Həsənağanın
bəxti gətirmişdi. Adları teatr sənətimizin
tarixində əbədiləşmiş Adil İsgəndərov,
Mehdi Məmmədov və Tofiq Kazımovdan səhnə dərsi
almış, onların quruluş verdikləri tamaşalarda əsas
rollarda oynamışdı. Onun 42 il əvvəl
"ölülər" əsərində
yaratdığı İsgəndər obrazı ədəbi
hadisə kimi qarşılanmışdır. Dövrün ən
nüfuzlu sənətşünası Cəfər Cəfərov
aktyorun ifa bacarığı barədə yazmışdı:
"H.Turabov rejissorun fikrinə uyğun olaraq
yaratdığı obrazın tamaşada nə qədər
mühüm mövqe tutduğunu yaxşı duyur: səhnədə
diqqət mərkəzindədir. Mətn və hərəkətcə
əslində olduğundan daha düşüncəli, daha
hünərli görünür. Qəhrəmanın faciəsi
ağlın, sağlam şüurun, böyük ideyanın
faciəsidir. Aktyorun - H.Turabovun ifası bütün bunları
real, olduğu kimi seyrçilərin xəyalında,
yaddaşında yaşadır Bu gün Azərbaycan teatrı
fəxr edə bilər ki, Həsənağa kimi istedadlı
aktyoru var".
H.Turabovun uğurla
yaratdığı obrazlardan biri də Tofiq Kazımovun
quruluş verdiyi "Hamlet" tamaşasındakı Hamlet
roludur. Həmin səhnə əsərinin primyerasını
xatırlayırıq: dəhşətli hadisələri
yaşamış-duymuş, sarsıdıcı həqiqətləri
anlamış, sevgilisini və anasını itirmiş Hamlet -
Turabov təkdir, düşüncəlidir... Bu zaman hadisələrin
açılmasına yardımçı olan səhnə
işıqları zəifləyir. Zamansız, məkansız
Hamletin - Həsənağanın məşhur monoloqu səslənir.
Zala sükut çökür. Aktyorun bənzərsiz
ifası, səs tembri tamaşaçılara bədii əsər
yox, həyat həqiqəti təsiri bağışlayır.
Nəhayət, ifa başa çatır, sürəkli
alqışlar ara vermir...
Görkəmli teatr xadimi,
neçə-neçə əsərlərə quruluş
vermiş Mehdi Məmmədov "Xəyyam" (H.Cavid) pyesini
tamaşaya hazırlayarkən son qənaəti belə olur ki, əsas
rolu/Turabov oynasın. Doğrudur, müxtəlif gileylər
eşidildi, amma rejissor fikrindən dönmədi. Gərgin məşqlərdən
sonra - 38 il əvvəl "Xəyyam" səhnəyə
çıxdı. Həsənağa baş rolun
ifaçısı etimadını doğrultmaq
üçün bütün imkanlarını, bacarığını
cəm etmişdi. Vaxtilə Mehdi müəllimin özü səsləndirdiyi
bu misralar indi onun ifasında bulaq suyu kimi
pıçıltılı, həzin, göy gurultusu təki
gurultulu, nəriltili eşidildi:
Gəldin də, neçin pənbə
buludlar kimi axdın.
Bilməm, niyə getdin, niyə
döndün, niyə baxdın?
Şimşək tək
çaxdın da, neçin könlümü yaxdın.
Bilməm niyə getdin, niyə
döndün, niyə baxdın?..
Quruluşçu rejissor,
professor M.Məmmədov dövri mətbuatda
yazmışdı: "Böyük şairimiz H.Cavidin əsərlərini
səhnəyə gətirmək çətindir, amma şərəflidir.
Xəyyam rolunu hansı aktyora verməyim barədə aylarla
seçim etdim. Axırda Turabovun üzərində
dayandım. Onun hünərli addımları, şux durumu,
jestləri, səsinin bənzərsiz vurğuları məni
buna vadar etdi. Sonralar gördüm ki, yanılmamışam,
axtarışlarım hədər getməyib. Cavid ləyaqətinə,
Xəyyam ucalığına ifaçı seçə
bilmişəm".
H.Turabovun böyük həvəslə
oynadığı rollardan biri də xalq
yazıçısı İlyas Əfəndiyevin
"Mahnı dağlarda qaldı" əsərində
Nicatdır. Quruluşçu rejissor Əliheydər Ələkbərov
tərəddüdsüz həmin rolu ona etibar etmişdi. Səhnə
əsəri barədə xalq yazıçısı, professor
Elçindən eşitdiklərimizi xatırlayırıq:
"İnqilab mövzusunda yaranmış əsərlərin
bədii-estetik və ideoloji təəssüratı
baxımından "Mahnı dağlarda qaldı" Azərbaycan
teatrında mərhələ səciyyəsi və məzmunu
daşıyan tamaşa idi. Onun belə bir siqlətlə,
sanballa meydana çıxmasında Həsənağa Turabov
istedadının, aktyorluq bacarığının
mühüm rolu vardı".
İstedadlı aktyorun həyat
və fəaliyyətində kino yaradıcılığı
mühüm yer tutur. O, yüzdən artıq bədii,
tammetrajlı filmlərə çəkilmişdi. Bu gün də
tamaşaçıların həvəslə, maraqla
baxdıqları "Qara daşlar" da radist Hüseyn,
"Telefonçu qız" da Hüseyn, "Yun şal"
da Cəlal, "Sən niyə susursan?" da milis mayoru,
"Axırıncı aşırım" da Xəlil,
"ömrün ilk günü"ndə Mehdi, "Qatır
Məmməd" də Səlimov, "Babək" də
Afşin, "İşarəni dənizdən gözləyin"
də baş nazir, "Təhminə" də Dadaş,
"Nizami" də Müzəffər, "Ailə" də
Qoca və bir çox ekran əsərlərində
yaratdığı obrazlar kinemotoqrafiya tariximizə
yazılıb. Amma məşhur yazıçı-ssenarist
Rüstəm İbrahimbəyovun dediyi kimi, Həsənağanın
"Yeddi oğlu istərəm" filmində
oynadığı Gəray bəy rolu sənətkarlıq,
ifaçılıq baxımından bənzərsiz,
unudulmazdır. Bu barədə bir qədər ətraflı.
Xalq yazıçısı
Yusif Səmədoğlu ssenarini başa
çatdırmış, quruluşçu rejissor Tofiq
Tağızadə filmə çəkiləcək aktyor
seçiminə başlamışdı. O, tarixi mövzuya gənc
ifaçıları dəvət etmişdi. "Azərbaycanfilm"
kinostudiyasının direktoru, respublikamızda teatr və ekran
yaradıcılığının inkişafında əvəzsiz
xidmətləri olan Adil İsgəndərov çəkiliş
qrupunu qəbul etdi, deyilən fikirləri diqqətlə dinlədi.
Nəhayət, xarakterinə uyğun ağır-ağır, təmkinlə
danışmağa başladı: "Bu gün sizin fikirləşdiyiniz
Gəray bəy heç kimə, heç bizim kinoya da lazım
deyil. Gəray bəyi gərək elə aktyor oynasın ki,
sifətində sərtlik nişanələri, əlaməitləri,
qəzəbli baxışı olsun. Bu rola gərək Hamleti
oynaya bilən aktyor çəkilsin" Rejissor Həsənağanı
"prob" kadrlara çəkdi. Həmin təsvirlərə
baxan komissiya üzvləri, xüsusən Adil müəllim
razılıq verdilər ki, Gəray bəy rolunu Turabov
oynasın. Sonrakı proseslər barədə əməkdar
incəsənət xadimi, professor İlham Rəhimlinin fikrini
xatırlayırıq: "Ssenariyə arxalanaraq, öz aktyor təxəyyülünə
azadlıq verərək Turabov ilk növbədə "epik
zalım" rolunu oynaıb. Gəray bəy mütləq
zalımdır: rəhm bilməyən, qəddar, tədbirli
düşməndir. Dastan, nağıllardakı zalımlarla Gəray
bəy arasında fərq var. Əsərdə əsas qəhrəman
Bəxtiyarın təmsil etdiyi yeni quruluşda, yeni
çağlarda Gəray bəyə yer yoxdur. O, məhvə məhkum
sinfin nümayəndəsidir. Ən maraqlı cəhət
ondadır ki, Turabov - Gəray bəy bunu anlayır. Anlamaq isə
onun dərdi, kədəri və faciəsidir. Məhz buna
görə filmin özü də fikir dərinliyini
artıraraq fəlsəfi, dialektik mənasını gücləndirdi,
milli mədəniyyətimizdə hadisəyə
çevrildi".
H.Turabov oynadığı
tamaşada, yaxud kinoda səs ahəngini, oyun manerasını,
ifadə vasitələrini təkrarlamazdı. O, aktyor
fantaziyasına, axtarışlarına yenilik gətirmək
üçün obrazın düşdüyü vəziyyətin
psixoloji-emosional məntiqindən çıxış edərdi.
Sözün hərəkətdə, hərəkətin
sözdə ekvivalentinin obrazlı həllinə nail olmağa
çalışardı. ömrünün bəxtəvər,
yaradıcılığının ən uğurlu
çağlarını yaşayırdı. Sevilirdi,
seçilirdi, xoşbəxt ailə başçısı,
canı qədər sevdiyi iki oğul atasıydı. Amma...
Sanki birdən-birə Günəş
batdı. Hava qaraldı. Yer-göy titrədi. Tufan-boran qopdu.
İxtisasca hüquqşünas oğlu Daşqının Siyəzən
rayonunda iş başında qəhrəmanlıqla həlak
olması sorağını eşitdi. Bu dəhşətli xəbərdən
necə ki, şam gilə-gilə əriyər, Həsənağa
da əridi. Nəhayət Yox! O, ruhən həmişə bizimlədir.
çünki mənalı ömür yaşayıb. Adı
milli tetar, kino sənətimizin tərixinə yazılıb.
Aramızda olmasa da, 70 illik yubileyini dostları, teatrsevərlər
ehtiramla qeyd edirlər.
Telman Mehdixanlı
Təzadlar.- 2010.- 5 iyun.- S.11.