MOSKVADA CÜMƏ NAMAZI
Qədimi bir məscid,
Prospekt Mirdə,
Metroya da yaxın, mərkəzi yerdə,
Çölündən baxanda yaxşıdır görkü,
İçində toplanmış tatarı, türkü.
Sünnüsü yuxarda,
şiəsi altda,
Namaza gəlməklər var bu həyatda.
İrandan tərifli
mollamız gəlib,
İmanı, məzhəbi, dini düz gəlib.
VII əsrdən
nağıllar deyir,
XXI-i görmür, üsbəüz gəlib.
Hər gecə
asılan fədailəri,
Döyülən, söyülən
azəriləri,
Təkbətək bir kəsi, ya da
minləri,
Ya heç
görməyibdir, ya da unudub,
Mələklər gözünə
nə eynək tutub,
O din-iman
dərdi çəkəndən
bəri
Ya şeytanı görür,
ya da cinləri.
Başında əmmamə,
gözündə eynək,
13-cü imam zor
gəlir demək,
İmamı şeytandan ayırmaq gərək.
Elə bil tiryəkdən dumanlar gəlir,
On üçdən nəs kimi gümanlar gəlir.
Millət sığışmayır
dar zal içində,
Qalmışıq bir belə iqbal
içində.
Bir tikə
çörəkçün qürbətlər gəzən,
Kim qalmış vətəndə
yağ-bal içində?!
İmam Hüseynlə
həzrəti Zəhra,
Kərbəla deyilən
o qanlı səhra...
Gəlir göz önünə, gözlər
yaşarır,
Nağılçı nağılı yaxşı
bacarır.
Millət lənət
deyir qəddar Yezidə,
Ayılar, qabanlar
çıxır meşədən...
Əhmədi Nejadı kimdir eşidən?!
Fironun başına
qara daş edən!
Quzeydə dağlarım
gün həsrətində,
Ellərim qürbətdə din hicrətində.
Gəlir üstümüzə
şeytan ordusu,
Mollalıq, axundluq mərtəbəsində.
Ordubad ləhcəsi,
Culfa ləhcəsi,
İran bülblünün
farsı ləhcəsi.
Doğranır bıçaqla
ədəbi dilim,
Bu dil bizim üçün
əbədi zülüm.
Nələr söyləyir
o inəkdən ərəb,
Bizə də bir anlat, başa
sal, ya Rəbb!
Tanrısan, Allahsan,
Yəhyəsan, nəsən,
99 adda yenə sirlisən!
Uşaqlar yüz dildə bülbültək
ötür,
Yaradan,
yaratdın nümunə
götür!
Gurulda göylərdən
Türkün Tanrısı,
Ya sən Allahım ol, ya da mən
asi!
Mənimlə anamın
dilində danış,
Atamın, babamın
dilində danış,
Şumerin, Muğanın
elində danış!
Bir en Suraxanı
Atəşgahına
Turi-Sina kimi çölündən alış!
Ucal Qarabağın
zənguləsinə,
Qara dağ çəkdiyin bu yanar sinə,
Daşdır, ikonadır,
çarmıxdır sənə!
Dünyaya haqsızlıq
yayma bu qədər,
Bizi məlul,
məzlum sayma bu qədər!
Gəldim ümmətinlə
dualar etdim,
Nə məqsəd, nə iman, nə dinə
yetdim?!
Bir kiçik
dairə möhür üstündə,
Baş vurub yüz dəfə həccinə yetdim.
Bizimlə bu qədər oyun eləmə,
İnsanıq, insan et, qoyun eləmə!
İti qılınc
olsun Lailəillah,
Dəllallar əlində
qalmışıq, Allah!
Sənə ibadət
də günahdır,
günah,
Bu yol cənnətlərə getməyir,
vallah!
Bic-bədzat cibinə
gedən yoldur bu,
İsanın başına
batan koldur bu!
Hüseynin boynunu vuran qoldur bu!
Quranı da viran qoyan əldir
bu!
Qurtar səni
danan nadandan bizi,
Qurtar bu cəhənnəm odundan bizi!
Əyrilər ayırır
düzündən bizi,
Odundan, közündən,
sözündən bizi!
Qoyma ayırsınlar
özündən bizi!
Qəlblərin qüssəsi,
sinələr ahı,
Quru gözlərimdə yaşı
arayır.
Uca göylərdəsən,
Allahım,
axı
Gəlirmi yanına səsim, harayım?!
Baş döydüm
daşına, başım
ağrıyır,
Çünki dərdli başım səni arayır.
Sən İsa xaçıtək kürəyimdəsən,
O merac yolutək ürəyimdəsən,
Əhmədi-müstafa nurusan bizə,
Məhəmməd Rəsulu
qoru sən bizə!
Ənəlhəq söylətdin
Mənsura darda,
Mən surə söylərəm
haqqına burda.
Məni bu dünyaya niyə səslədin?
İynənin gözünü niyə gözlədin?!
İsa əzan
versin ikonalarda,
Məryəm ana susur Cokondalarda.
Cənnətdən qovduğun
o Adəm mənəm,
Vediyin din ilə
yol gedən mənəm!
O Adəm
dil açdı mənim dilimdə,
O Nuh dağa çıxdı
mənim elimdə.
Ağrı dağların
da ağrıdır məni,
Zənəgzur, İrəvan
bağırdır məni!
Xocalım Kərbəla
səhrası oldu,
Mərzilim hər zülüm içində
qaldı,
Şuşam şüşə
kimi çilik-çilikdi,
Ağdamda saraylar qaldı viranə,
Bu bir həyat deyil, dilənçilikdi...
Sözümə sığmayır
Laçın, Kəlbəcər,
Əkdiyin milləti sən özün becər.
Kimin nə vecinə Göyçə,
İrəvan,
Kimi zəlil
qalmış, kimi firavan...
La ilə
illəhlə adını
dedim,
Lal etmə
dilimi,Türkümü
sən də!
Eşqin ürəyimdə,
Quran əlimdə,
Gizlətmə kimsədən
görkünü sən
də!
Sahibəzzəmanı sahibsiz qoyma,
Şahi Mərdanlığı
namərdə qıyma!
Qəlblərin qəlibi,
qüssəsi, ahı
Dolur gözlərimə, yaşı
arayır.
Uca göylərdəsən,
Allahım, axı
Gəlməzmi yanına səsim, harayım?!
Sultan Mərzili
Təzadlar.- 2010.- 5 iyun.- S.15.