Asif Atanın Sonevi ziyarət edilib
Tədbirdə Mütləqə İnam
Ocağının Evladları
və Ocaq dostları iştirak ediblər
Şölə
ayının 5-i 32-ci ildə (5 iyun 2010) Türk Ulusunun
Ruhaniyyat Ocağı - Mütləqə İnam Ocağı
İnam Atanın (Asif Atanın) ölümünün
13-cü ili münasibətilə onun Ağstafadakı sonevi
başında "Kutsal Ziyarət Günü" Törəni
keçirdi. Törəni giriş sözüylə Mütləqə
İnam Ocağının Yükümlüsü
İşıqlı Atalı açdı, günün mahiyyəti
haqqında söz dedi. O, Ata sonevinin 13 ildən bəri ziyarət
ünvanı olaraq ənənələşməsini önəmli
xəlqi bir mərhələ kimi dəyərləndirdi.
Mütləqə
İnam Ocağının Odqoruyanı
(Başçısı) Safruh Ata sonevini ziyarətin xəlqi-ruhani
mahiyyətini belə əsaslandırdı: "Atanı
anlamaq çətin olduğu dərəcədə
qaçılmazdır. Atanın ömrü öydükcə
öyülməli bir ömürdür. Yəni o, rəqibin
böyüklüyünə, azmanlığına baxmayaraq
döyüşə, Yer kürəsinin yarısını
bürümüş ideologiyaya qarşı dayana bilirdi. Atanın
Ruhaniyyatı indiki insanların psixologiyası və gerçəkliyi
baxımından aktual görünməyə bilər, ancaq
insanlığın sabahı üçün fövqəladə
aktualdır. Mən bunu qınadığım dünyanın ən
qabaqcıl fəlsəfəsinin ən qabaqcıl
kitabını oxuyandan, onunla bir kədərlənəndən,
axtarandan sonra deyirəm".
İşıqlı
Atalı dedi: "Bu gün İnam Atanın Kutsal Sonevi ziyarət
olunur. Ziyarətə gəlişimiz Ata, Amal qarşısında
üzüağlığımızın təntənəsidir.
Deyirik ki, Ata, Ocağını, Dünyabaxışını
yaşatmağa qadirik. İnam Ata-Safruh-İnam Evi vəhdətimizi
göz-bəbəyimiz kimi qoruyuruq. Bu ənənə Kutsal
Bitiqlərə İnam Evlərinin yiyəliyi ilə davam edəcək.
Bir daha deyirik ki, Ruhun Ruhumuzdadır Ata!"
Tədbirdə
iştirak edən tanınmış
yazıçı-publisist Əlisahib Əroğul bildirdi ki,
Asif Atanı özümüzə, ruhumuza doğma
sanırıq: "Asif Atanın kitablarını son vaxtlar
ardıcıl şəkildə oxuyuram. Atanın
böyüklüyünü hər yerdə təbliğ eləməliyik.
Bəli, insanın ən böyük işi özü üzərində
qələbə olmalıdır. Həmişə Safruhu,
İşıqlını, Yolruhu, Uluruhu görəndə
sanıram ki, içimə bir işıq düşür. Bu,
o deməkdir ki, onlar Atanın Ruhunu inadla, inamla
yaşadırlar. Qoy bu İnamın yolu həmişə
açıq olsun, Asif Atanın bizlər üçün
yazdığı kitablar,
"İnsanlaşmaq-İnsanlaşdırmaq" tələbi
həyati işimiz, əməlimizə çevrilsin. Atanın
sözünü daim yaşatmaq üçün hər birimiz
əlimizdən gələn etməliyik".
Tanınmış ədəbiyyatşünas-araşdırmaçı
Maarif Teymur: "Bu gün Ağstafaya Asif Atanın sonevini ziyarətə
gəlmişik. Onun insanilik çağırışları
həmişə qulaqlarımda səslənir. 35 ildir
Atanın yoluna sadiq Safruhun dəyişməzliyi
mənə onun möhtəşəmliyini bir daha gözəl
anladır. Asif Atanın xoşbəxtliyi ondadır ki,
başladığı işi, yolu axıra kimi gedə bildi. Asif
Atanın yaşaması üçün Safruhun ardıcıl
yanğısı məni həmişə heyran edib. Asif
Atanın ruhu qarşısında baş əyirəm".
Yolnur Atalı Ata
qarşısında həmişə söz deməyin çətinliyini
bildirdi: "Atanı sevdim, Ataya inandım, həm də Safruhu
sevdim, Safruha inandım. İşıqlı qardaşım deyə
bilmədiyimi deyir və eləyir. Buna niyə sevinməli deyiləm?
Eləcə də Uluruhun, Yolruhun işləri. Bu sevgini məndə yaratdığına görə Ata
Ruhu qarşısında baş əyirəm. Atanın
Bayrağını öpürəm və dünyanın ən
xoşbəxt insanı olduğumu bildirirəm".
Doğma Atalı evlad
kimi ilk dəfə Ata Sonevini ziyarət etməsiindən yaranan
duyğularını belə ifadə etdi: "Ocağa insan
olmaq üçün gəlmişəm. İnsan təmənnasız
yaşayanda çox
güclü olür".
Uluruh Atalı dedi:
"Bu ziyarət məqamı mənim üçün
çox müqəddəsdir. Burada hər kəsin
izharında mən özümü tapa bildim. Doğrudan da
insan müqəddəs yaşayanda özü ola bilir. Və
bu yolda insan doğmalarını yaxından tanıyır. Əgər bu yolda dəyərli əqidədaşlarım
varsa, mənim üçün çox böyük
gücdür."
Yolruh Atalı buraya hər
il böyük bir sevgiylə gəldiyini dedi: "Ataya layiq
olmağımız onu yaşatmağımız deməkdir. Bir
də var ömür Ataya layiq olmaya. özünü Ata yoluna
həsr etmək və onun ömrünə bənzətmək
insaniliyin təsdiqidir. Hələlik ki, bunun müqəddəs
və yetkin örnəyi Safruh qardaşımızdır. Yolu sona kimi gedəcəyimə
daxili əminliyim var".
Sonda Ocaq Odqoruyanı
Safruh törənə bənzərsiz Ruhani Hədiyyə -
"Kutsal öyrəti" haqqında uca söz dedi, kitabı
İşıqı Atalıya təqdim etdi.
İşiqlı Atalı
Təzadlar.- 2010.- 8 iyun.- S.10.