QOŞA MİNARƏ VƏ ÇAY EVİ

 

İstəyir daş olum, ya yağış olum,

Mən hara qaçsam da, qaçılmaz bu dərd.

Başını başıma elə bağlayıb

Başımdan bir an da açılmaz bu dərd.

 

Bu dərdin içində bir məscid çöküb,

Quran oxunmur, azan verilmir.

Köçən yuxularla bir məscid köçüb,

Köçən yuxuları yozan bilinmir.

 

Qoşa minarəsi, qoşa dağ kimi

Uçulan şəhərin içindən baxır.

Yuxusu vaxtdır ərşə çəkilib,

Qaralan şəhərin küncündən baxır.

 

Kim azan verəcək o minarədən?

Kim namaz qılacaq minbərdə indi.

Kim salam verəcək ona hər yerdən,

Kim salam alacaq hər yerdən indi.

 

Xaraba evlərdən toz qalxır göyə,

Yel vurub yengələr oynayır orda.

Bir yağı suyundan içməsin deyə

Bulaq da içində qaynayır orda.

 

Qoca ağacların ömrü budanıb,

Batıb kəhrizlərin quyu gözü .

Bu yurdun canına yağı dadanıb,

Yada yurd olmağa gəlmir üzü .

 

Döngəsi yöndəmsiz, küçəsi boşdu,

Çörək muzeyi çörəksiz qalıb.

Yayı da üşüyür, yazı da qışdır,

Kömək uma-uma köməksiz qalıb.

 

Köhnə kişilərin izi göynəyir,

Bir udum çay üçün yanır çay evi.

Bizimtək oğulu, qızı neyləyir,

O gözəl çağların indi vay evi.

 

O qoşa minarə qoşa əl kimi

Qaldırsın bu dərdi Allaha sarı.

Allah götürməsin biz götürəni,

Evini kafirdən qurtarsm barı. 

 

 

Ağdama gedən yol

 

Ağdama gedən yol, dərdə gedən yol

Kimi aparırsan, yolçuların kim.

Mənim ən sevdiyim səmtə gedən yol

Kiriyib durmusan, bir danış, bir din.

 

Sən ki, qaradinməz deyildin belə,

Günün istisində toz qoparardın.

"Vağzalı" dinərdi Uzundərədə.

Gəlin gətirərdin, bəy aparardın.

 

Günün gündüzündə didərginik biz,

Bu yandan o yana keçə bilmirik.

Bəlkə yuvasız göyərçinik biz,

Yolumuz dumandı, seçə bilmirik.

 

Yolumuz bağlıdı, qolumuz bağlı,

Bu yolu-bu qolu açan tapılmır.

Torpağı böldülər dərəli, dağlı,

Bölənlər bilmədi vətən satılmır.

 

Oyunlar oynandı bu çək-çevirdə,

Vətən əsim-əsim yellərə qaldı.

Yaralar açıldı dərdin əlində,

Bağlanmaq yenə yollara qaldı.

 

Bağlandı bu yollar, o yollar tamam,

Daha açılmağı çətinə düşüb.

Durub yol ağzında yol ölçür anam,

Yol ölçmək anamın bəxtinə düşüb.

 

Mənim anam kimi analar baxır

Bu yoldan o yola dəlilər kimi.

Yurdun göylərində şimşəklər çaxır,

Göz yaşı leysandı dolular kimi.

 

vaxt açılacaq, vaxt bilmirəm,

Açılsa uşaqlar qışqırıq salar.

Daha uşaqları dəcəl görmürəm,

Kimdir nənələrdən muştuluq alan.

 

Ayaqlar altında oddu bu toıpaq,

Bulağı, kəhrizi, suları yanır.

qədər sirləri uddu bu torpaq,

Sirrindən başlayan yolları yanır

 

Dənlənib, tuşlanıb bu sərhəd boyu,

Biz ki, ovlanırıq, ovçu deyilik.

Ağdama gedən yol, ay vətən yolu,

Heyif ki, biz sənə yolçu deyilik.

 

 

Esmira Məhi qızı

 

Təzadlar.- 2010.- 26 iyun.- S.15.