Aşıq Şakir işığında

 

Bu yaxınlarda Dirili Qurbani ədəbi-bədii məclisi tərəfindən Aşıq Şakir yaradıcılığı gecəsi keçirildi. Tədbiri məclisin sədri Yusif Dirili açdı qonaqları salamlayaraq dedi: "Gecəni keçirmsəkdə məqsəd Aşıq Şakir yaradıcılığının bədii hissəsinə deyil, həm onun ədəbi yaradıcılığının elmi tərəflərini diqqətə çatdırmaqdır.

Aşıq Şakir unudulmaz sənətkar deyil, xalq aşıq sənətinin çiyinlərində daşıyan onu yaşadan aşıqlardan olub. Ona görə Aşıq Şakir yaradıcılığının əsas prinsiplərini onun ədəbi mövqeyini gələcək nəsillərə çatdırmaq indiki ədəbi fəfaliyyətlə məşğul olanların ümdə borcudur. Onu da nəzərə çatdırım ki, Dirili Qurbani məclisinin 6 il fəaliyyəti dövründə ədəbiyyata, elmə, aşıq sənətinə öz dəstəyini əsirgəməyib".

Aşıq Yanvar öz çıxışını aşıqlara məxsus saz havası ilə açdı. Aşıq Qurbani ocağında Aşıq Şakirin işığına yığışmağı əlamətdar hadisə hesab etdi. Aşıq Yanvar sovet hakimiyyəti dövründə Aşıq Şakirin o dövrki ədəbiyyatda, xüsusilə aşıq yaradıcılığında xüsusi rolu olduğunu qeyd etdi. Vaxtilə Aşıq Şakirin qəbrinin ziyarətindən ürək ağrısı, eyni zamanda qürurla danışdı. Onu qara mərmər üzərində işığa bənzətdi. Şakirin qara mərmər üzərində dağa bənzər duruşunu fəxrlə təsvir etdi. Aşığı daş parçasına dönən sənətkar adlandırdı. Aşıq Yanvar Aşıq Şakir ruhuna hörmət əlaməti olaraq "Kəndimiz" mahnısını sazda ifa etdi.

Məclisə təravət qatan başqa bir əlamətdar hadisə Aşıq Şakirin oğlu Məmmədağanın məclisdə iştirakı oldu. O, atasının xatirələrini məclis iştirakçıları ilə bölüşdü. Atasının aşıq kimi el şənliklərinə hərdən başının qarışması ilə bərabər,  həm gözəl ailə başçısı olduğunu məclis iştirakçılarının nəzərinə çatdırdı.

Hörmətli aşığın yaradıcılıq işığına həm şairlər pənah gətirmişdilər. Onların bu gecədə iştirakı təkcə aşığa deyil, həm Azərbaycan aşıq sənətinə bir hörmət nişanəsi kimi qiymətləndirmək olar. Həmin şairlərdən Telman Ozanyurdun məclisdəki çıxışını, onun tribunada dediyi sözlərin xüsusi əhəmiyyətə malik olduğunu qeyd etməyimiz lap yerinə düşərdi. Telman müəllimin dediyi əsas fikir bu idi ki, sovet dövrü aşıqları bizdən almayıb, sadəcə olaraq onları bizdən uzaqlaşdırıb. Bu sözlərin fonunda onu da qeyd etmək olar ki, sovet dövrü ədəbiyyatımz, xüsusilə aşıq yaradıcılığımız nəinki axsayıb, hətta belə demək mümkünsə hələ inkişaf da edib. Şair Əhməd Fərhadın çıxışı xüsusilə maraq kəsb etdi. Şairin fikirlərinin əsas qayəsi bu idi ki, aşıqlar ədəbiyyatımızın ilk yaradıcılarıdır. Hətta onlar ədəbiyyat anlayışı yarananda belə artıq vardılar..

Bu reallıqları nəzərlərə çatdırmaqda əsas məqsədim Aşıq Şakir kimi bir fonemenin yaradıcılığının bizə məlum olmayan tərəflərini açıb göstərməkdir. Hələ neçə-neçə aşıqları qeyd etməmişəm, hansı ki Aşıq Şakir yaradıcılığının işığına yığışmışdılar. Onlardan Aşıq Cavid Səfəroğlu məclisi daha da şövqləndirdi. Aşığın sazda ifa etdiyi "Şirvan şikəstəsi" məclis iştirakçılarına xüsusi zövq, Aşıq Şakir ruhuna isə bir rahatlıq gətirdi. Hər şey elə nizamla qurulmuşdur ki, elə bil Aşıq Şakir məclisdə idi. Onun millətimizə, gələcəyimizə necə yanaşmasına şəxsən şeirlərindəki bəzi incəliklər mənə aydın olanda anladım.

Məclis iştirakçıları arasında Aşıq Şakirin ruhuna hörmət edib, onun yaradıcılıq işığına toplaşanlar içərisində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Qələndər Xaçınşaylı çıxışının giriş hissəsində qarşıdan gələn Bahar bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi. O, Aşıq Şakirin timsalında kiçik olsa aşıq yaradıcılığına nəzər saldı. çıxışının sonunda Q.Xaçınçaylı Qarabağa həsr etdiyi şeirini oxudu.

Məclisin sonunda Yusif Dirili Aşıq Şakirə hörmət əlaməti olaraq Aşıq Yanvarı, Aşıq Cavidi Aşıq Elman Mehdiyevi meydana dəvət etdi. Aşıqlar saz havası altında Dirili Qurbani məcllisinin Aşıq Şakirə həsr etdiyi yaradıcılıq gecəsinə nöqtə qoyuldu.

 

 

Babək Nəsirov

 

Təzadlar .- 2010.- 13 mart.- S.14.