Bir ömrün faciəsi

 

(Əvvəli ötən saylarda)

 

Mir Cəfər Bağırovun qulağına nə deyilib...

 

...Var-dövlətli olmaq heç də xoşbəxt olmaq demək deyil. Kasıb elə bilir ki, varlının dərdi yoxdur. Kasıb yoxsulluq dərdi çəksə də, varlıya Allah ayrı dərd verir. Var-dövlət bəlkə də xoşbəxtçilik deyil, dərdin başlanğıcıdır.

Aclığın, toxluğun nə demək olduğunu yaxşı bilirəm. Amma Allahın mərhəmətinə həmişə ehtiyac duyuram.

Telli Həsənin dilindən çıxan son söz, son kəlmə bu olub: "Məni Dəlidağda basdırın!"

Həsən əmi bəlkə də var-dövlətin çox olmasının qurbanı olub.

Telli Həsən həyatı boyu haqsızlığa qarşı üsyan edib, yaxşılıq, xeyirxahlıq onun əməlində, qanında, canında yaşayıb. Varı, dövləti, mülkü əlindən alınan Telli Həsənin oğlu Hidayət Mehdiyev 2004-cü ildə ata nisgili, ata həsrətilə gözlərini əbədi yumsa da, övladları, nəvələri, əsasən də bizimlə bir ailə kimi can deyib, can eşitdiyimiz onun ömür-gün yoldaşı Tamella xala ilə bu ocağın əbədi yaşaması üçün "Məni Dəlidağda basdırın" kitabı ilə bir nəslin başına gətirilən müsibəti Hidayət əmi sağlığında çap etdirməklə, ürəyini az da olsa, sakitləşdirmişdir. Tarixçilər, yazıçılar, tədqiqatçılar, hüquq-mühafizə orqanı işçiləri bu məqaləni oxumaqla düşünməli, yazıb-yaratmalı, əsl həqiqətləri bilməlidirlər.

Telli Həsən haqqında Qarabağın ağsaqqalı Qoca Gözəlovun atam İlyas Allahverdiyevlə bu mövzuda yana-yana etdikləri söhbətlər hələ də xatirəmdə qalıb. çox təəssüflər olsun ki, Telli Həsənin nəinki qəbri, heç şəklini də əldə edə bilmədim. Hidayət müəllimin ömür-gün yoldaşı Tamella xanım da təəssüf hissi ilə mənə kömək edə bilməyəcəyini bildirdi.

Amma Telli Həsənin çəkdirdiyi bulaqlar, gördüyü xeyirxah işlər, xoş duyğular, kövrək xatirələr onu tanıyanların qəlbində əbədi iz salmışdır.

Elə bir kəs tapılmaz ki, Telli Həsənin adı çəkilərkən rəhmət diləməsinlər. Həqiqətən də xalq üçün yaşayan, xalq üçün qurub yaradanlar, xalqın qeydinə qalan şəxslər həmişə xatırlanır, ruhlarına dualar oxunur.

Telli Həsənin şərəfli ömür yolundan, sonu faciə ilə qurtaran bir nəslin başına açılan olmazın işgəncələr hər birimizin qəlbini göynədir. ümidvaram ki, Telli Həsən haqqında filmlər çəkiləcək, belə qeyrətli, el qədrini bilən, yetimlər atasının adı əbədiləşdiriləcək.

Hidayət Həşim oğlu Mehdizadə Azərbaycana dərindən bələd olan ziyalılarımızdan idi. Son dərəcə hazırcavab, dərin düşüncə, mühakimə və mütaliə qabiliyyətinə malik olmaqla, güclü yaddaşı olan bir şəxsiyyət idi. Atası Telli Həsənin comərdliyi, sözübütövlüyü oğlu Hidayət müəllimdə cəmləşmişdi. Torpaqlarımızın işğalı dərdinin üstünə sağalmaz bir dərd də gətirmişdi. Lakin buna baxmayaraq, tez-tez mətbuat səhifələrində cəsarətli məqalələri ilə Qarabağ müharibəsində odumuzun məğlub olma səbəblərini tarixi faktlarla göstərirdi.

"Dəlidağ" qəzetinin ilk sayının işıq üzü görməsi münasibətilə (2002-ci ilin 18 oktyabr tarixli sayında) gərgin axtarışlarının nəticələrini bu qəzetdə çap etdirmişdi. Mövzunun aktuallığını nəzərə alıb "Xəyanətkalıq, amansızlıq və həyasızlıq ermənilərdə həmişə mövcuddur" adlı məqaləni yenidən oxuculara təqdim etməklə dərin zəka sahibinin düşüncəsinə müsbət mənada qibtə etməyə bilmirsən:

- Tarixdən erməni xəyanətkarlığına dair çoxlu misallar gətirmək olar. Erməninin əsas məziyyəti öz məqsədinə müxənnətlik yolu ilə çatmaqdan çəkinməməsidir. Onlar xəyanətkarlığı üstünlük hesab edirlər. Xəyanətkarlığı qabiliyyət saymaq, mərdliyə, təmizliyə gülmək - budur ermənilərin sifəti.

Təbii ki, hər bir xalqın tarixdə yaşadan şəxsiyyətləri var. Rəsamı, yazıçısı... Lakin ermənilər bununla fərqlənməyiblər. O ki qaldı ayaqqabı tikən, nalbənd və s. bunlar adi şeylərdir. Erməni ədəbiyyatında Füzuli, Nizami zirvəsini fəth edən şəxslər yoxdur. Dahisi olmayan ədəbiyyat ədəbiyyat deyil. Zərdüştü, Babəki, Dədə Qorqudu, Nəsimisi, muğamatı olmayan ermənilərin ancaq və ancaq yerə-göyə sığmayan iddiası və həqarəti var. Erməni musiqisi türk, fars, bir az da Azərbaycan musiqisindən ibarətdir. Xaçaturyanlar, Artunyanlar beş günlük bəstəkardır.

Azərbaycan filosofu Asif Atanın fikrincə, ermənilər fələstin notları ilə (yəhudilərə yaxındır) farsların birləşməsindən yaranıb. Əgər bunu bir azda müasiləşdirsək, ermənilər yəhudilərlə farsların qarışığıdır. Etnik cəhətdən onlar çox qarışıqdılar, irqləri müasir antropologiyaya görə sami irqdir, "xüsusi irq"dir, ikinci irq sayılır. İranlılar Hind-Avropa irqinə aiddir. Deməli, burada iki irq biləşir.

1701-ci il iyunun 30-da erməni kilsəsi və tacirlərinin nümayəndələrini qəbul edən I Pyotr onlara hərtərəfli yardım edəcəyinə və nəhayət, paytaxtı Xəzər dənizinin sahilində olacaq erməni dövlətinin yaradılmasında yadımçı olacağına söz verir.

Rus alimi Viktor Semyanovun "Orta əsrlər tarixi" əsərində (Moskva, 1975) qeyd etdiyi kimi, XI-XIII əslərdən Roma papalarının çağırışı ilə İsa peyğəmbərin qəbrinin xilas edilməsi pərdəsi altında türklərə qarşı təşkil edilən Xaç yürüşçülərinin əsas bələdçiləri yenə də ermənilər olmuşlar.

1918-ci ilin matında ermənilər Bakıda, aprel-may aylarında Quba və Şamaxıda kütləvi qırğınlar törətdilər. Bu baxımdan, Şamaxı faciəsi tarixə qara hərflərlə yazılmışdır. 1937-ci ilin iyununda Təklə kəndindəki Molotov adına kolxozun sədrinə tapşırıq verilir ki, tarla və fermalardakı Staxanovçu novatorların respublika toplanışında iştirak etmək üçün 70 nəfər qabaqcıl kolxozçunun siyahısını versin. Həmin siyahı tutulur və yaşı 30-dan yuxarı olan 70 kişi daxil edilir. Onlar gecə ikən həbs olunur, Bakıya XDİK-in həbsxanasına gətirilir. Onlardan 60 nəfəri edam edilir. Azərbaycanda bəzi hesablamalara görə, 100 min nəfər sürgün edilmiş, 3 min kəndli isə məhv edilmişdir. Azərbaycandakı 57 rayondan 31-də XDİK rayon bölməsinin başında ermənilər dururlar.

"Oqonyak" jurnalının 1982-ci il 50-ci nömrəsində heykəltaraş Akop Kürçyan haqqında Aşot Arzumanyanın məqaləsi verilmişdir. Məqalənin ikinci cümləsi belədir: "O, 1881-ci il dekabrın 5-də Şuşa şəhərində Ermənistanın ən gözəl guşələrindən biri olan Dağlıq Qarabağın mərkəzində dünyaya gəlmişdir.

Fikir vermisinizmi, ümumittifaq oxucusuna dolayı yolla belə bir fikir təlqin edilir - guya Dağlıq Qarabağ Ermənistan ərazisində yerləşir (Moskvada dərc olunan elə qəzet və ya jurnal yoxdur ki, orada bir və ya bir neçə erməni işləməsin - R.İ.)

Böyük Britaniyada nəşr olunan Britanik ensiklopediyası Dağlıq Qarabağı Ermənistanın ərazisi, dahi Azərbaycan bəstəkarı olan Qara Qarayevi isə bu ölkənin bəstəkarı kimi təqdim edir.

üzeyir Hacıbəyovun qardaşı Ceyhun Hacıbəyovun oğlu Timurçin Hacıbəyov 1988-ci ildə Parisdə "Müsəlman aləmi" jurnalında (48-49-cu nömrələr) çap etdirdiyi "Dağlıq Qarabağ məsələsinə dair" adlı yazısı çox qiymətli bir mənbədir. Dünya miqyasında şöhrətli bir nəslin nümayəndəsi olan müəllif heç bir emosiyaya uymadan çox səmimi bir dillə və qərəzsiz tarixi mənbələrə istinad etməklə Azərbaycan torpaqlarının ermənilər tərəfindən necə işğal olunduğunu yığcam şəkildə təsvir etmişdir.

Mənə elə gəlir ki, bu yazı sadə oxucunun erməni işğalı modelinin mənzərəsini aydın dərk etmək baxımından başqa mənbələrdən daha tez köməyinə çata bilər. Ona görə ki, müəllifin fikirləri olduqca sadə, səmimi və qərəzsizdir.

Məqaləni fransız dilində Novruz Məmmədov tərcümə etmiş, lakin onu Əbdülrəhman Vəzirovun dövründə çap etdirmək mümkün olmamışdır. Mərhum akademik Ziya Bünyadov nə qədər təkid etsə də, məqalə "Kommunist" qəzetinin 5 oktyabr 1989-cu il tarixli nömrəsində çapa getməmişdən əvvəl çıxarılmışdı. Həmin məqalə bir də 9 il sonra bütöv şəkildə "Xalq qəzeti"nin 27 fevral-5 mart 1998-ci il əlavəsində dəc edilmişdir. Həmin məqaləni ixtisarla Azərbaycan-erməni münasibətlərinin tarixi köklərini və işğalçının erməni metodunun dinamikasını açan bəzi məqamları oxuculara təqdim edirəm:

Daniel Dzuni yazır: "Şərq və erməni operettaları "Məşədi İbad" və "Arşın mal alan" bütün dünyaya yayılıb". Dəqiqləşdirmək istəyirəm ki, adları çəkilən musiqili komediyalar Üzeyir Hacıbəyov tərəfindən 1918-ci ildə Bakıda yazılıb. Hətta 1925-ci ildə Parisdə Femina teatrında oynanılıb. ("Frans İslam", ¹29, aprel 1925, səh. 729)

Təhriflərə gəldikdə isə, ermənilər haqqında akademik Piotrofskinin Ermənistan SSR Elmlər Akademiyasına yazdığı məktublarda, xüsusi tədqiqatçı S.Ayvazyanın ləkəli vicdanı haqqında çox gözəl deyilir. (Tarixi-filoloji jurnal, Ermənistan SSR Elmlər Akademiyası, 1971, ¹ 3-54, səh. 302. Yerevan).

Qarabağın Azərbaycanın tərkibində qalması məsələsi əslində Rusiya K(b)PMK-nın Qafqaz bürosunun plenumunda 1921-ci ilin 5 iyulunda həll olundu. Bu vaxt isə Stalin hələ MK-nın baş katibi deyildi. Azərbaycan K(b) PMK-nın rəyasət heyəti isə Dağlıq Qarabağla məşğul olmaq üçün mərkəzi komissiya təşkil etdi ki, bu komissiyanın tərkibinə Kirov, Mirzəbekyan və Armenak Karkazov (fikir verin, bir azərbaycanlı da yoxdur) daxil oldu. Həmin komissiya vilayətin statusu prinsiplərini hazırladı və nəhayət, 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı.

Sual olunur: nə üçün Dağlıq Qarabağda yaşayan ermənilərə muxtariyyət verildi, lakin Ermənistanda yaşayan 580.000, Gürcüstanda yaşayan 300.000 azərbaycanlıya yox?

Nə üçün 1920-ci illərdə əhalisinin 90 faizi azərbaycanlılardan ibarət olan Dərbənd Dağıstana verildi? Nə üçün 1948-49-cu illərdə 100.000-dən artıq azərbaycanlı Ermənistandan Azərbaycana köçürüldü? Stalin tərəfindən törədilmiş bu hadisələr qərəzli xəyanət deyilmi?

1945-ci ildə Ermənistan KP MK-nın sabiq birinci katibi Artunyan Moskvaya müraciət edərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini təklif etdi. Cavabında Azərbaycan K(b)P MK-nın sabiq birinci katibi M.Bağırovun fikrini bilmək istəyəndə, Bağırov razı olduğunu bildimişdi, amma şərt qoymuşdu. Şuşa istisna edilsin, bir də ki, Ermənistanın azərbaycanlılar yaşayan üç sərhəd rayonu Azərbaycana birləşdirilsin.

Moskva bir daha bu məsələyə qayıtmamışdır (Andımız: işğal olunmuş topaqlarımızı yağılardan azad etməyincə udduğumuz hava, içdiyimiz su, yediyimiz çörək haramımız olsun!!!).

Bu məqalədən göründüyü kimi, Hidayət müəllim Azərbaycanın əsl qeyrətli, vətənpərvər kişilərindən idi. Bu məqaləni əcnəbi dillərə təcümə etdirib erməni xislətini, məkrini, iç üzünü açmalıyıq.

Axı ermənilər qanqal kimi dünyanın fövqəl dövlətlərinin vəzifəli adamlarına aftafa tutmağa adət etdiklərindən daxili xislətlərini gizlədərək, ilan dillərini işə salır, həmin dövlətlərdə vəzifə sahibi olurlar, terror təşkilatlarına dəstək verir, fitnəkar siyasət yeridir, bədən satmağı adi hal kimi qiymətləndirir.

Sonadan isə onların satqınlığı, əclaflığı, xəyanəti üzə çıxanda həmin ölkələrdən it kimi qovularaq dünya qapılarında hürürlər.

 

 

(Ardı var)

 

Rauf İLYASOĞLU

 

Təzadlar.- 2010.- 6 may.- S.15.