Bir ömrün faciəsi

 

(Əvvəli ötən sayda)

 

Mir Cəfər Bağırovun qulağına nə deyilib...

 

...Amerika, Fransa, Rusiya kimi iri dövlətlərdə ermənilər kifayət qədər yüksək təmsil olunur və həmin dövlətin siyasətinə müəyyən qədər təsir göstərə bilirlər.

Özbəkistanda mexseti türkləri ilə özbəklərin - müsəlman xalqın bir-birini qırmasını erməni təşkil etməmişdimi?

Türkdilli xalqların birliyini onların daha əzəmətli və güclü olmasına səbəb ola bilər. Yaddan çıxarmayaq ki, həmişə gücsüzlər güclülər tərəfindən əzilib, qırılıb, kiçiliblər. Dünya xalqları erməni uydurmalarına, yalan və böhtanlarına inanmamalıdırlar.

Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi ən böyük cinayətlərdəndir. Bu soyqırımı, nədənsə, ABŞ, Fransa, Rusiya və digər iri dövlətlər görsə də, ya qəsdən dərk etmir, ya da erməni uydurmalarının təsirindən ayılmırlar. Barak Obama milçək tutmağında olsun, biz gücümüzü sərhəd bölgələrinin gücləndirilməsinə sərf etməliyik. Əsgər üçün hər cür şərait yaradılmalıdır. Yeməyi də, təlimi də yüksək səviyyədə olmalıdır. Əsgəri məzuniyyətə buraxıb ondan pul tələb edən komandirlə torpaqlarımızı azad edə bilmərik.

İstər hərbidə, istərsə də vəzifədə çalışan, mühüm yerlərə yiyələnənlərin qanı yoxlanılmalıdır. Damarında təmiz türk qanı olanları vəzifəyə keçirmək lazımdır.

Necə olur ki, Ermənistanda savadlı, elmli alimlərə məsul vəzifələr tapşırıldığı halda, Azərbaycanda institut qurtaranların əksəriyyəti iş tapa bilmir. Alim tanıyıram ki, 2-3 yerdə işləyir. Aldığı məvaciblə bir təhər dolanır.

İndiki dövrdə jurnalistlər ən aşağı səviyyədə dolanan ziyalılardır. Bəzi zirəng, diribaş, kələkbaz, işbaz jurnalistləri demirəm. Əslində jurnalist, şair, yazıçı, bir sözlə, hər bir qələm sahibi yazdığı məqalənin, əsərin, şeirin qəzetlərdə, kitablarda çap olunanların  qonararını almalıdı ki, daha da ruhlansın. Türkiyədən gəlmiş bir professor deyir ki, Rauf müəllim! Yazıların əgər Türkiyədə nəşr olunsaydı, sən heç nədən korluq çəkməzdin.

Ancaq bizdə qəzet və ya jurnal çap etdirən, otağın kirə pulunu, yazısının kompüterdə (özü də yazmağı bacaran savadsızlara) yazılmasının xərcini, qəzetin çap pulunu öz cibindən ödəyir. Sonra da düşür qapı-qapı qəzeti paylatdırır. Yarısının pulunu yığır, yarısı isə, necə deyərlər, "mırta" gedir. Müstəqil aylıq çap olunan qəzetlərin əksəriyyəti bu cür işləyir. Bir neçə qəzet tanıyıram ki, qəzeti çap etdirir, pulsuz xalqa xidmət edir. "Həkəri" qəzeti (təsisçi və baş redaktoru Hacı Əli Xankişiyevdir) bu deyilənlərin nümunəsidir. öz təqaüdü hesabına çap etdirdiyi qəzeti pulsuz elinə, obasına, xalqına çatdırır.

Eləcə də "Yenilik press" qəzetinin yaradıcı kollektivini. (Baş redaktoru Məhəmməd Nərimanoğludur)

"Məni dəlidağda bastırın" adlı yazdığım məqaləni bir neçə qəzet redaktoruna müraciət etdim ki, çap olunsun. Baxmayaraq ki, mətni "Ədalət və həqiqət" qəzetinin kompüterçi qızlarına ucuz qiymətə yazdırmışdım. Adlarını çəkmədiyim bir neçə qəzet redaktoru "Rauf müəllim, bir şey-mir şey olacaqmı?" Və ya "məqalənin yiyəsi nə qədər pul verəcək" deməsi məni daha da əsəbləşdirdi.

Öz özümə fikirli, hazır yazımı çap etdirmək üçün kiminsə minnətini götürmək istəmirdim. Bu fikirlə 7-ci mərtəbədə gəzişirdim ki, Məhəmməd Nərimanoğlu ilə rastlaşdım.

Telli Həsənin adını çəkən kimi tez dilləndi: "Rauf müəllim, məqaləni gətir mən qəzetdə çap etdirəcəyəm. Axı "Vətən səsi" qəzetində çalışsam da "Yenilik press" qəzetinin baş redaktoruyam. Sağ olsun Dədə Şəmşir yurdunun davamçıları, Dədə Şəmşir nəslinin davamçıları bu qəzetin çıxmağında, eləcə də kitablarımın çap olunmasında mənə yardımçıdırlar".

Doğurdan da çox sevindim, şəxsən bu məqaləmdə hörmətli millət vəkili Dədə Şəmşirin nəvəsi, vətənpərvər ziyalımız olan Cavid Qurbanova öz minnətdarlığımı bildirirəm.

Məhəmməd Nərimanoğlunun çoxşaxəli yaradıcılığının, tədqiqatçı əsərlərinin, Kəlbəcərin folklor nümunələrinin toplanmasında, çapında ona kömək edən Cavid müəllimə bir daha afərin deyirəm ki, bu cür dəyərli kitabların, faktlara söykənən əsərlərin çapında, erməni işğalçılarının iç üzünün açılmasında hər cür köməyini, məsləhətini əsirgəmir.

Hər bir rayondan Milli Məclisə seçilən deputat C.Qurbanov qədər təəssübkeş olsa, doğurdan da dağı dağ üstə qoymaq olar.

Millətin vətənpərvər ziyalıları heç nədən korluq çəkməməlidirlər. Adi dərman almağa pulu olmayan qələm sahiblərinə kömək duran insanlara öz təşəkkürümü bildirirəm.

Heç görmüsünüzmü erməni dilənə?

Erməninin bir misalı var: "Müsəlmanın sonrakı ağlı məndə olaydı".

Bu qədər bic, atası bilinməyən qonşularımızla ehtiyatlı dolanmalıyıq. Gürcüstanda kəndlərin birində bir gürcü qızını öldürüb və gətirib azərbaycanlı kəndinə ataraq qaçan ermənilər gürcü-Azərbaycan dostluğuna xələl gətirmək, aranı vurmaq istəsələr də, gürcülər bu fitnəkar hərəkətin baisi olan ermənilərin məkrinə inanmadılar.

Görün qonşularımız nə xislətli - insan deməyə dilim gəlmir - məxluqdurlar. Ona görə də ehtiyyatlı olmalıyıq.

Məmurlarımız savadlı, tariximizi bilən ziyalılar olmalıdırlar. Əbdürrəhman Vəzirov kimi robotla idarə olunan bir rəhbərdən nə gözləmək olardı ki?

Qarabağ məsələsini dünya səviyyəsinə çıxarıblar, çınqırımızı çıxara bilmirik. Kim deyir hücum etsək rus bizi qıracaq. Rusu necə ələ alaq. Axı 70 ildir ki, Azərbaycanın iliyini də sümürüb yeyən Rusiya yenə də erməninin tərəfində dayanır. Mən bunu xaçpərəstlərin yürüşü adlandırmaq istəməzdim. çünki xaçpərəst də, müsəlman da tək olan Allaha inanır. Müqəddəs "Qurani-Kərim"imiz də bütün peyğəmbələrə hörmətlə yanaşır. "Qurani-Kərim"də 26 peyğəmbərin adı hörmətlə çəkilir. Musa peyğəmbərin, İsa peyğəmbərin möcüzələri haqda daha geniş məlumat var. Hər bir müsəlmanın qəlbində Musa peyğəmbərə, İsa peyğəmbərə, bir sözlə, 124 min peyğəmbərə, 12 imamlarımıza böyük hörmət və məhəbbət var. Belə olduğu halda, din pərdəsi altında xaçpərəst-müsəlman qırğınları günah sayılırmı?

Axı 4 səmavi kitab olan - Zəbur, Tövrat, İncil və Quranın sahibi yeganə olan yeri, göyü, dünyanı yaradan Allah tərəfindən göndərilən bu kitablara hörmətlə yanaşmalıyıq!

Bəlkə ermənilər özlərini ən ali irqə mənsub edirlər. Axı onların son dövrlərə qədər çarıx geyərək xurcunla azərbaycanlı kəndlərinin qapılarında nökərçilik etmələri, torpaqlarımızı şumlaya-şumlaya sahibinin yeməyinə zəhər qataraq o torpaqlara sahib olsalar da, Allah onların bu günahlarını heç qiyamət günündə də bağışlamayacaq.

Heydər Əliyev Fondunun rəhbəliyi tərəfindən çap olunan kitabların xarici dillərdə geniş oxucu kütləsinə çatdırılmasını ancaq alqışlamaq lazımdır.

Professor Fazil Qara oğlunun, tarixçi alimimiz Lətifə xanım Məmmədovanın məsləhəti ilə çap olunmuş "Ermənilər və Həqiqətlər" kitabını bütün dünyaya çatdırmalıyıq. Axı 800-ə yaxın tarixi mənbələrdən istifadə etməklə yazılmış bu kitabda əsl həqiqətlər təhrif olunmadan, qərəzsiz şəkildə çap olunmaqla erməni alçaqlarının türk xalqlarının başına açdığı müsibətlər əks olunmuşdur.

1992-1993-cü illərdə yaşadığımız Ağdam şəhərində qrat mərmilərinin yağışından yeganə xilas etdiyim atam İlyas Qəmginin saralmış, kif basmış əlyazmalarını çətinliklədə olsa çıxartsam da, o əlyazmalardan bir qismini Teymur Əhmədovun və Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, professor Nizami Cəfərovun məsləhəti və ön sözü ilə çap etdirməklə "Qara göl" romanının tərtibçisi və redaktoru kimi ürəyimə yüklənmiş ağır yükün az bir hissəsindən azad olmaqla fələyin acığına əlyazmaları çap etdirmək ümidilə yaşamaq məcburiyətində qalmışam.

"Qara göl" romanında oxuyuruq: "Erməni akademiki Y.Manandyan qeyd edirdi ki, erməni və xaldeylərin dinc birgə yaşayışının nəticəsi o oldu ki, xaldeylər digər yerli xalqlar gəlmə ermənilər tərəfindən tədricən assimilyasiya edilmiş və sonrakı əsrlər gedişində müasir erməni xalqı yaranmışdı".

"Erməni alimi Karançyan qədim zamanlarda erməni çarlarının fahişəliyə bərabər başqa bir xüsusiyyətini də qeyd edərək yazırdı ki, "Hayasa çarı öz doğma bacısı ilə evlənmişdi" (səh.141)

Yenə həmin səhifədə qeyd olunur: "Dünya şöhrətli alman alimi Fredrix Engels yazırdı ki, "Ermənistanda Anahid hierodulları ilk fahişələr idilər". Belə ki, erməni kilsələrində işləyən qadınlar, rahibələr müntəzəm olaraq öz bədənlərini yol keçən insanlara, səyyahlara, tacirlərə sataraq qazandıqları pulları yeni erməni kilsələrinin bünovrəsinin qoyulmasına və digər ehtiyaclarına sərf edirdilər. Bu məşğuliyyətlər sonralar erməni qadınlarının məşhur və sevimli peşələrinə çevrilmişdi.

Karançyan da təsdiq edirdi ki, Anait kilsəsində həmçinin kilsə fahişələri - hierodullar xidmət göstərirdilər".

 

 

(Ardı var)

 

Rauf İLYASOĞLU

 

Təzadlar.- 2010.- 8 may.- S.15.