Mütləqə İnam Ocağının tədbirləri
Türkün ilk Ruhaniyyat Ocağı - Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağının Baş Məbədi - Bakıdakı İnam Evimiz illərdir ki, ardıcıl ömürləşməkdə - insani ömürlər yaratmaqdadır. Müqəddəs ünvan olan İnam Evi bu gün özünün daha fərəhli məqamlarını yaşayır.
Xalqın içinə Mütləqə İnam Dünyabaxışımızın soraqları buradan gedir. İnam Evi - Xalqımızın İnam müəyyənliyi, əsillik ünvanıdır. İnam Evimiz-Mütləqə İnam Məbədidir. İnam Evini Ocağımıza bəxş edən Müqəddəs Qardaşımız, İnam Atanın - Asif Atanın Mütləqə İnam Ocağının Odqoruyanı (Başçısı) Uca Ruhaniyyatçı Safruh oldu. İnam Evini Ziyarətlər çoxdandır ki, ənənələşib. İnam Evinə Ziyarətə gəlmək Mütləqə İnam Ocağının canlı yerişləri, xalqyaratma əməlləri ilə üz-üzə qalmaq, bu fərəhli əməllərdən ruhani güc almaqdır. Gələnlərin Safruhu dəyişməz, yetkin fərd olaraq bu ünvanda görmələri ürəklərə yenilməz güc verir.
29 Mərhəm Günü, çiçək Ayı, 32-ci (29.04.2010) İldə İnam Evini ziyarətə Ocaq Dostu Qəşəm Ruhdaş və şair Ayaz Şıxalıoğlu gəldilər. Onlar İnam Evinin insaniliyin müqəddəs ünvanı olduğunu bildiriblər, xalqın yaranmasında Ata İnamının yenilməz gücünə əminliklərini ifadə ediblər. Safruh soydaşlarımızın İnam Evinə yönəlik müqəddəs, insançı münasibətini yüksək dəyərləndirib. İnam Evi həm də Atanın nəfəsinin dəydiyi yeganə ünvandır. Safruh bildirib ki, İnam Evi kimi bir ünvanın - İnsaniliyin Ziyarət ünvanının yaranması xəlqi nemətdir, bu neməti daim qorumaq və ənənələşdirmək gərəkdir.
Bugünlərdə İldə İnam Evində "Ulufərəh" Ata Ailəsinin 2-ci Ailə günü keçirildi. Mütləqə İnam Ocağının Odqoruyanı (Başçısı) Safruh ailəyə uğurlama sözü dedi: "İnsana yağılığın açıq və gizli ünvanları var. Dünyanın gedişatı insaniliyə qarşıdır. Ata bəşərin yerişinin dəyişilməsini istəyir. Atamız bütünlüklə Ruhaniyyata əsaslanır. Bu, Amallaşma məsələsidir, cismanidən yüksək" - deyən Safruh Ocaqçılığın bənzərliyini bir daha dilə gətirib. İşıqlı Atalı Ocaq soraqlarına insani ehtiyacın atrmasının təməlində insanların müqəddəsliyə təşnəliyinin durduğunu vurğulayıb. Yolruh Atalı, Uluruh Atalı son bir aydakı Ocaqçılıq əməllərindən aldıqları fərəhdən danışıblar.
25 çiçək Ayı, İnam Günü, 32-ci İldə isə İnam Evində "Ruhani İdrak Günü" Mərasimi keçirilib. Safruh Mərasimə söz deyib: "Ruhani İdrak Mütləqi dərk etmək məzmunu daşıyır. Ruhani İdrak tələb edir ki, hər birimiz insaniliyini tələbləri əsasında yaşayaq və onunla heç vaxt ikilik oyunu oynamayaq, qəlbimiz, vicdanımız daim ruhaniyyatla nəfəs alsın".
İşıqlı Atalı Ocağın ruhani İdrak tələbinin bənzərsiz, Zamanüstü olduğunu bildirib. Habelə, İnam Atanın Mütləqə İnam Ocağı Masazırda Safruhun kiçik qardaşı Firdovsinin evində onun yas törənini keçirib. Türk xalqının tarixində ilk dəfədir ki, yas törəni sonacan Ocağın yas kuralları üstə baş tutub. Yas törənini açan Safruh deyib ki, ali sözün ən yüksəyi İnam Atanın gətirdiyi Mütləqə İnamdır. Ali mənanı bilmək üçün insanda qüdrət olmalıdır. Türk xalqı özünə böyük gözlə baxmalıdır". İşıqlı Atalı Atanın "Mütləq", "ölümlə görüş", "Aqibət" və "Matəm üstə Mütləqlə Təmas" içsəslərini oxuyub. Yas törənində Ocaqçılar və Ocaq Dostları da iştirak ediblər.
İşıqlı Atalı
Təzadlar.- 2010.- 13 may.- S.15.