Nizami Tağısoy
tənqidçi və
publisist kimi
Ədəbiyyat adamı
olaraq deyirəm: elə vaxtlar olur ki, elmdə,
sənətdə imzası
olan, hərtərəfli
yaradıcılığa malik,
şəxsən tanıdığımız
və tanımadığımız
adamlar haqqında söz demək ehtiyacı duyursan; ancaq hansı səbəblərdənsə (şəxsən
məndən asılı
olmayan, özüm üçün də aydınlaşdıra bilmədiyim)
bu cür yazılar ya gecikir, ya da
vaxtında yazılmadığından
daim səni narahatçılıq içində
buraxır. Nədənki cəmiyyətin aparıcı
simaları olan ziyalılar, elm və sənət adamları, müəllimlər bir xalqın, millətin yaşam ağacının
müxtəlif budaqlarıdır.
Gərəkdir ki, o budaqları
vaxtında tanıyasan,
belədə millət,
xalq da cəmiyyətin
bu sağlam qollarını yaxşı
tanımağa və tanıdığı üçün
də qorumağa çalışacaq. Ancaq nə
yazıq ki, həmişə bu cür yazıları yazmaqda bəzən gecikirik, bəzən də hansısa bir münasibət (məsələn, yubiley) gözləyirik. Budur,
özüm də bilmədən yaxşı
tanıdığım, son illərdə yaradıcılığını
daha yaxından izlədiyim filologiya elmləri doktoru, professor Nizami Tağısoy (Məmmədov) haqqında
yazmaq istədiyim bu yazı da
onun 60 illiyinə təsadüf edir.
Nizami Tağısoyu
yaxından tanıdığım
vaxtlardan onun fəaliyyətini izləyir,
hər uğuruna sevinir, əsərlərilə
Nizami Tağısoy
tərcümə nəzəriyyəçisi
və tədqiqatçı
kimi elmi fəaliyyətlə məşğul
olan məhsuldar alimlərimizdən biri olaraq Azərbaycan ədəbiyyatının, türk
xalqları ədəbiyyatının,
eləcə də tərcümə nəzəriyyəsinin
müxtəlif aspektlərinə,
aktual problemlərinə
aid bir neçə monoqrafiya və 300-ə yaxın məqalələr
yazıb. Bunlardan yalnız bir neçəsinin adını
çəkmək kifayətdir
ki, elmi yaradıcılığının məhsuldarlığını göz önünə gətirəsən: "XX əsr
rus poeziyası Azərbaycan tərcümələrində"(1992),
"Qazax ədəbiyyatı"(1993),
"Əslin milli özünəməxsusluğu və tərcümə",
(1998), "Səməd Vurğun
dramaturgiyası rus dilində"(1999), "Poetik
tərcümə"(2001), "Qaraqalpaq ədəbiyyatı"(2007)
və s. Burada o, adı çəkilən
monoqrafiya və məqalələrində ayrı-ayrı
problematikanın, ədəbi
hadisə və faktların nəzəri təhlilçısi kimi çıxış edir,
elmi təsnifatları
və şərhlərilə
elmi təsərrüfatın
zənginləşdirilməsinə çalışır. Əslində N.Tağısoyun elmi fəaliyyətinin bu sahəsi özü bir neçə lokal sahəyə bölünür ki, bunların hər biri ayrıca bir tədqiqatın mövzusudur. Onun qaqauz,
qazax, qaraqalpaq, qaracay, qırğız, malkar, özbək, xəzərlər və s.türk qövmlərilə
bağlı araşdırmaları
bu sahədə yeni bir başlanğıcın
əsasıdır.
Nizami Tağısoy tənqidçi
və publisist kimi. O, bir ədəbiyyat
tarixçisi və tərcümə nəzəriyyəçisi
olaraq yalnız ədəbi prosesi izləməklə qalmır,
ədəbi prosesin ayrı-ayrı şəxsiyyətləri,
ədəbi hadisələrlə
bağlı məqalələrdə,
monoqrafiyalarda fikir və mülahizələrini
söyləyir. Onun müasir ədəbi prosesin aparıcı simaları Sabir Əhmədli, Elçin, Anar, Kamal Abdulla,
Ağarəhim Rəhimov,
Elçin Hüseynbəyli,
Əlirza Xələfli,
Yusif Nəğməkar
və başqalarının
yaradıcılığı ilə bağlı yazdığı məqalələr
ədəbi tənqidimizin
yeni mərhələsinin
əsas səhifələrini
təşkil edir. "Nəsrin axarı:
zaman və məkan konteksti" bu axtarışların məntiqi nəticəsi olaraq meydana gəlib. "Şilyan:
özü, sözü-çeşmənin
gözü"(2009), "Səftər
Həsənzadə. Vətən həsrətli,
barıt qoxulu sətirlər"(2009) kitabları
isə onun publisistikada son uğurları
hesab olunmalıdır.
Onun bir şair, yazıçı olaraq özünüifadə etməsində
də bir məntiq və ardıcıllıq görmək
mümkündür. Təbiiilik, səmimilik,
dağ çayıtək
axıcılıq pafos
və ifadəlilik onun xarakterinin, təbiətinin əsas cizgilərindəndir."Axtaracaqsan
məni"(2000), "Bəlkə
dünya öz yolunu çaşıbdı"(2004)
şeirlər kitabları,"Natiqlə
qara zurnanın nağılı və ya hər ikisinə
elegiya"(2008) povesti
ədəbi prosesdə
maraqla qarşılandığındadır
ki, şeir və poemalarının bir neçəsi tərcüməçi Giya
Paçxataşvili tərəfindən
rus dilinə tərcümə edilib, bir neçə şeirinə isə bəstəkarlar Cavanşir
Quliyev və Razim Paşayev tərəfindən mahnı
yazılıb. N.Tağısoy
digər müəlliflərlə
(professor Rafiq Manafoğlu
və dosent Rüstəm Kamalla) birlikdə Azərbaycanda
ilk dəfə olaraq
"İzahlı tərcüməşünaslıq
terminləri lüğəti"ni hazırlayıb. N.Tağısoy regional etnoqrafiya və
folklor nümunələrinin
toplanılıb araşdırılması
və nəşri istiqamətində də müəyyən işlər
görüb. 25 ilə yaxındır ki, onun bu
istiqamətdə apardığı
tədqiqatlar ayrı-ayrı
məcmuə və monoqrafiyalarda öz əksini tapıb.
Şübhəsiz, N.Tağısoyun yaradıcılıq
sferasının, elmi fəaliyyətinin çoxşaxəli
istiqamətlərinin siyahısını
uzatmaq, bu yaradıcılıq istiqamətlərinin
hər birinin ayrıntıları üzərində
geniş dayanmaq, araşdırmalarının məzmununa
nəzər yetirmək
də məqsədəuyğun
olardı. Belə ki, N.Tağısoyun
özü ilə sözü, yaradıcılığı
ilə kimliyi vəhdətdədir. Onun
yaradıcılığını səciyyələndirən amillərdən
biri məhz budur; bəzi hallarda zaman-zaman ziyalılarda bu vəhdətin qabarıq nəzərə çarpmadığının
az şahidi
olmamışıq. O, həyatda
olduğu kimi, elmi fəaliyyətində,
bədii və publisistik yaradıcılığında
da eyni dərəcədə
səmimidir, təvazökardır.
Azərbaycan ədəbiyyatının müxtəlif problemləri,
ədəbi prosesin inkişaf istiqamətləri,
tərcümə məsələlərilə
eyni dərəcədə
və eyni doğmalıqla məşğul
olur. Hətta bəzən bu
fəaliyyətində o, nədənsə
mənə ifrata varmış kimi görünür; dayanmadan
işləyir, yazır.
Məqalədən gah dərsliyə,
gah proqrama, gah da monoqrafiyaya
keçir, çox zaman bu əziyyətin
adekvat qarşılığını
almasa belə usanmadan, yorulmadan yenə yazır və yazdıqlarını
dərc etdirir. Onsuz da o, yazdıqlarından heç bir təmənna və qarşılıq gözləmir.
Bu cəhətdən N.Tağısoyu klassik alim və ziyalı
tipinə bənzədirəm.
O, üzərinə düşən
missiyanı təbiətinə
uyğun olaraq həyata keçirməyə
çalışır və
çox zaman buna nail olur.
N.Tağısoyun bütün fəaliyyəti
boyu yazdıqları (həm elmi-publisistik, həm də bədii düşüncə
sahəsində) əslində
onun yaşadığı
şərəfli tərcümeyi-halın
yalnız kiçicik bir hissəsidir. Biz də burada həyatda və yaradıcılığında son dərəcə səmimi
olan bu ziyalımızın
əsərləri üzərində
demək olar, dayanmadıq. Bizə yalnız
onu demək qalır ki, N.Tağısoyun yaradıcılığı
çağdaş və
gələcək oxucular
üçün mənəvi
sərvətdir. Yaxşı
haldır ki, bu mənəvi sərvətin sahibi bizim tez-tez qarşılaşdığımız
həmkarımızdır: onun yaradıcılığı
kimi xarakteri də safdır, təmizdir.
Bədirxan Əhmədov,
filologiya elmləri doktoru,
professor
Xalq Cəbhəsi.- 2010.- 25 may.- S.14.