Pərvərdigar
Öz qəlbimdən
şükr eyləyərəm
ərzimi, pərvərdigar,
Gecə-gündüz nitq söylərəm
sözümü, pərvərdigar.
Mərhəmətdən kəsmə
məni,
köməyimsən, ya
kərim,
Axıradək
məhrum qoyma
gözümü, pərvərdigar.
Qadiri sübhan
yolunda sadağa,
kəm etmənəm,
Rahimin dostu rəsulillah düşməz
mənim dilimdən.
Axiratın əzabından
çox qorxuram
ölümdən,
Haqq vətənə
imanlı ver ruzimi,
pərvərdigar.
Qiyamət gün
divan olar,
pislik çıxar zəhərinə,
Məhəmməd ol mustafadır düşər
hümmət qəhrinə.
Qismət eylə
meyvəsini, girim
cənnət şəhrinə,
Cəhənnəmdən azad eylə Əzimi,
pərvərdigar.
Yada düşdü
Salam alagöz
canana,
Keçən günlər yada düşdü.
Gülə-gülə xoş beş edib,
Vuran əllər yada düşdü.
Sürməlisən, gəl
bu bağa,
Qönçə-qönçə gül dərmağa,
Ala gözlü
yar görmağa,
Gedən yollar yada düşdü
Əzimdir dərya
tək coşan,
Bülbüldür güllə
savaşan,
Söhbət edib xoş danışan,
Şirin dillər yada düşdü.
Qaldı
Bülbül kimi qan ağlaram,
Baharda bir gülüm qaldı.
Gülüstanı soraqlaram,
Onda xoş xəyalım qaldı.
Boyu bəstə,
incə beli,
Gərdənində ipək
teli,
Yaşıl belli, tuti
dilli,
Belə bir sevgilim qaldı.
Şamamalar tağ içində,
Bəslənir torpaq içində,
Əzim deyər
bağ içində
Nərgiz rəngli gülüm qaldı.
Ya rəbbim
Gecə-gündüz yalvarıram
mən sənə,
Salmayasan yaman dərdə, ya rəbbim.
Təqsirsiz qul olmaz, rəhimsiz ağa,
Etmə məni bundan gərdə, ya rəbbim.
Rəhimkar padşahsan,
min bir adın var,
Genişdir ürəyin,
böyük səbrin
var,
Ələst meydanında
haq divanın var,
Mən şikəsti gözlə
orda, ya rəbbim.
Əzimin qəlbində,
ya böyük ata,
İzdihamlıq düşdü, sən vermə xata.
Ölsəm, qismət
eylə səkkiz cənnətə,
Yandırma o yeddi narda, ya
rəbbim.
Gəlir
Aşıb talanın
kəndini,
Yolu pərzivana gəlir.
Sinəsi tox, möhnəti tox,
Bax mərdi-mərdana gəlir.
Zülfi qarə
aşikarə,
Atıbdır gərdana
gəlir,
Açıq qabaq, alma yanaq,
Dşləri dürdanə gəlir.
Geyinib eşq libasını,
Gözəldi, hüsnünə
baxın,
Yar sevdası
məcnun edib,
Əhdinə peymanə baxın.
Cismini atıbdır
oda,
Alışan pərvanə baxın.
Dərdinə dərman
qılmağa,
Həkimə, loğmana gəlin.
Düşüb çölə-biyabana.
Axtarır öz cananını,
Kərəm ilə Əsli kimi,
İstər yandıra canını.
Pünhan-pünhan soraqlayır,
Mən Əzimin ünvanını.
Neçə mənzil
yollar aşıb,
Kəndi Yengiyana gəlir.
Yengiyanlı Əzim
Təzadlar.- 2010.- 2 oktyabr.- S.14.