Türk oğlu türk
"Bakının
dərdi var, Bakı xəstədi",
Qarabağ can verir,
son nəfəsdədi.
Gözüm yolda, qulaqlarım səsdədi,
Yenə ümid sənədi, türk oğlu türk.
Tanrı qəlblərinə
barış salmadı,
Nə sülh,
nə də ATƏT deyən olmadı,
Vaxt daraldı,
sözə meydan qalmadı,
Yenə ümid sənədi, türk oğlu türk.
"Sülh"
deyib açdığın
qapı qalmadı,
Namərd yağı
heç vecinə almadı,
Sülhə ümid
dəryada bir damladı,
Yenə ümid sənədi, türk oğlu türk.
Daha millət
dözməyir bu sınağa,
"Sülh"
sözünü qatla
qoy bir qırağa,
Uşaqdan böyüyə
sarıl silaha,
Yenə ümid sənədi, türk oğlu türk.
Qeyzə gəl ki, qeyrət olsun silahın,
İrəvanı vahiməyə salağın.
Bir həmləyə
Xankəndini alağın,
Yenə ümid sənədi, türk oğlu türk.
İyirmi il ana torpaq
özgədə,
Bədənlər bayırda,
başlar kölgədə,
Şah oğlu
idik, olmuşuq gədə,
Yenə ümid sənədi, türk oğlu türk.
Bu günəcən
gözləməyin bəs
edər,
Bəsdir daha, səbr eləməyin yetər,
Şah babamın
zəhməti gedib hədər,
Yenə ümid sənədi, türk oğlu türk.
Adın Türkdür!
Tarixlərədə yenilməz,
Damarında qan incələr, üzülməz,
Türk yüz baş kəsməsə, başı kəsilməz,
Yenə ümid sənədi, türk oğlu türk.
İlhamam, arxamda ağır el - Turan,
Hayqıranda nəfəsindən
od yağan,
Türkün sərkərdəsi
Tayyib Ərdoğan,
Yenə ümid sənədi, türk oğlu türk.
Kürsüyə qalxanda həmin Ərdoğan,
Cürət etmir nəfəs almağa, inan.
Nə erməni,
nə yahudi, nə yunan,
Yenə ümid sənədi, türk oğlu türk.
Elə sən özün də şir oğlu şirsən,
Gücünə güvənib
savaşa girsən,
Ermənini darmadağın
edərsən,
Yenə ümid sənədi, türk oğlu türk.
Alaq bir-bir şəhidlərin qanını,
Kafir oğlu
kafirlərin canını,
Yaşatmayaq qudurmuşu,
harını,
Yenə ümid sənədi, türk oğlu türk.
Belə düyün
qan-qadasız açılmaz,
Ay ellər,
bizimçün savaş
qaçılmaz,
Qurd balası
büdrəsə də,
basılmaz,
Yenə ümid sənədi, türk oğlu türk.
Bir gözəl
görmüşəm
Bir gözəl
görmüşəm - qaşlar
hilalı,
Aləmə nur saçır hüsnü, camalı.
Yüz il də ömr etsəm bu gündən belə,
Mənlə qoşa
yaşayacaq xəyalı,
Hansı asimanın pərisidir bu?
Gül bağında
sığınmışdı bir gülə,
Açıb yaxasını
verirdi yelə,
Dedim: min-min sənə
şükür, Xudaya,
Hurimi, mələkmi göstərdin
belə?
Hansı asimanın pərisidir bu?
Ağ gül olub qarışmışdı
güllərə,
Hansı aşiq
görsə, düşər
çöllərə,
Bu mələyin
vüsalına yetməsəm,
Məcnun olub düşəcəyəm dillərə,
Hansı asimanın pərisidir bu?
Oğrun-oğrun baxdıqca
bu mələyə,
Qısqandım sinəsin
açan küləyə,
Eşq atəşi
yandırdıqca içimi,
Başladı bir fikir məni üzməyə,
Hansı asimanın pərisidir bu?
Ağ bədən,
ağ gərdən,
qardan ağ sinə,
Tanrı Cənnətindən
göndərib demə,
Bu tər-təravətli
behişt barının
Tamından dadarsan,
könül, qəm yemə,
Hansı asimanın pərisidir bu?
İlham, Tanrım
izin verib görməyə,
Qoy, gedim önündə düşüm
səcdəyə,
Ziyarət eyləyib
gül əndamını,
İzn alaram ağuşunda ölməyə,
Hansı asimanın pərisidir bu?
İlham DADAŞOV
Təzadlar.- 2010.-9 oktyabr.- S.15.