AY DƏDƏ dastanı
(Əziz dostum, görkəmli alim, gözəl memar Hüseyn Artıkoğlunun 60 illik yubileyinə ithaf edirəm.)
Mən sənin
tək dağa saldım nəfəsi,
Sən də qaytar göylərə sal bu səsi.
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb bağırır,
Bu mürvətsiz insanları
çağırır.
Şəhriyar
Qoyman qurdalanım
məni, a dağlar,
Qoyman xırdalanım
məni, a dağlar,
Qoyman murdarlanım
məni, a dağlar,
Sinəmdə tər-təmiz
havanız çağlar,
Könlümdə Koroğlu davanız çağlar.
Müəllif
Ömür
zıq-zaqlıdır, kələ-kötürdü,
Kim gələndə
özünnən nə gətirdi?
Kim köçəndə
özünnən nə götürdü?
Bu da belə bir həyatdır,
ay Dədə,
Sirr-soraqlı
kainatdır, ay Dədə.
İqbal da var, tale də var, baxt da
var
Qul bazarı,
qul çiynində təxt də var,
Əqidəli mərd
insandır baxtavar,
Səndən nişan yaxşı addı, ay Dədə,
Yamanlıqlar sənə yaddı, ay Dədə.
Əlinnən od, gözünnən
qor götürdün,
Sağ ələ
nə gəldi, solnan ötürdün,
Kimsəsizlər harayına
yetirdin,
Mərd insanı
yarı yolda qoymadın,
Yaman gündə, yaman halda qoymadın.
Təmənnasız arxasan çox insana,
Torpaq aldın,
toy da etdin mərdana,
Bunlar nə xəyaldır, nə də əfsana,
Alnın tökdü
pucur-pucur tər,
Dədə,
İstəmədin xeyri yenə şər, Dədə.
Tələbələr sevir səni ata tək,
Elminlə, helminlə
olmusan kömək,
Fəhlələrlə çox
kəsmisən duz-çörək,
Xeyirxahsan, səmimisən,
ay Dədə,
Rüşvətxorlar qənimisən, ay Dədə.
Nə qazansan halal olub qazancın,
Olmayıb qulbeçən,
nə də dilmancın,
Millət qeyrətindi,
vətən baş tacın,
Onlarsız bir anın yoxdu, ay Dədə,
Şükür qədd-qamətin şaxdı,
ay Dədə.
Yox kimsədən,
nə gileyin, qınağın,
Xalıdakı ərş-arxacdı
sınağın,
Altmış yaşda
dostlarındı qonağın,
Dost istəməz
dostu düşə heç dara
Tanrım səni çox görməsin dostlara.
Of qocaldıq,
niyə deyək bu vaxtda,
Görüləsi işlər
nə çox qabaqda,
Qazan qaynar ağzı bağlı qapaqda,
Görək kimlər yol dəyişir, ay Dədə?
İmam Hüseyn
yada düşür,
ay Dədə.
Gəlib xəlifəmiz
o olsun deyə,
Yüz minlər
çağırdı onu
Kufəyə,
Küfə beyət etdi Yezidə niyə?
Müxənnətdir candan qorxan, ay Dədə,
Beş-on qaşıq qandan qorxan, ay Dədə.
İmam Əli çox hikmətlər söyləmiş,
Bic Müaviyə gəlib-gedib
neyləmiş?
Qarın xaşallayıb,
peysər piyləmiş,
Uzun hekayətdir
çoxdan, ay Dədə
Taxt-səltənət qorxur haxdan, ay Dədə.
Bir söz demir Əli, Vəli, Pirvəli,
Söz bir olsa, işlər olar görməli,
Tamahkar sərvətə
zəlidir, zəli,
O zalımlar
söz duymayır, ay Dədə,
Qarın doyur, göz doymayır, ay Dədə.
O zalımlar
iblisdimi, divdimi?
Ya cin-şeytan, ya da qorxunc mifdimi?
Onlar çəkən təlaşdımı,
kefdimi?
Onlar kimsə,
deyil insan, ay Dədə
Yerə girsin yersiz ad-san, ay Dədə.
Hamı kamil insan olanmaz ki,
eh
Kimsə nəsə
satsa əvvəl alar beh,
Hərə əməlinə
özü cavabdeh,
Quran öyrənmədi
onlar, ay Dədə
Axirəti nədən anlar, ay Dədə?
Onlar məndə
məni dağıtmaq
istər,
Sözümü tərsinə
oxutmaq istər,
Oxunu qəlbimə
toxutmaq istər,
Allah girər
aralığa, ay Dədə,
Qəlbim dözməz paralığa,
ay Dədə.
Yüz yaşda
da səni belə şux görüm,
Alnı açıq,
gözü, könlü
tox görüm,
Hər işini,
hər sözünü
hax görüm,
Haqq sevəni
sevən haxdı, ay Dədə,
Şair təbim coşsun, vaxtdı, ay Dədə.
Bir Allahdı
insanları sınadan,
Heç kimsə
yox, sən özünsən binadan,
Mərd yarandın
mərd atadan, anadan,
Mərdlikdən də həzz alırsan, ay Dədə
Ərş-əlaya ucalırsan, ay Dədə.
Götürməzsən bən-Adəmdən
hədə sən,
Allah saxlar,
sınmazsan heç vədə sən,
Tək mənə
yox, türk dünyama Dədəsən,
Dədə Qorqud timsalısan, ay Dədə,
Həsrətimin vüsalısan, ay Dədə.
Hər binanın
düzsə hımı,
təməli,
Deməli, qızıldır
memarın əli,
Bina da, şeir də tanrı gözəli,
Ölçüsü, biçisi
yerli yerində,
Məna görkəmində, hikmət
dərində.
Mən riyaziyyata
qoşsam başımı,
Korşalmış görərəm
öz yaddaşımı,
Dərdli vətənimi,
türk sirdaşımı,
Bu Allahdan
agah sənə, ay Dədə
Vəsf etsəm bəsimdir mənə, ay Dədə.
Of yenə
də ruhum yandı, alışdı,
Hər tərəf
mafyadı, qatma-qarışdı,
Bu nə düşmənçilik,
bu nə barışdı?
Bir sümük-dəriyəm niyə
demirsiz?
Vətən qan ağlayır səssiz-səmirsiz.
Bu nə
gəldi-getdi, çıxış-girişdi,
Vətən çöldən,
içdən alış-verişdi
ATƏT-çilər
yenə gəldi, görüşdü,
Nefti Qarabağdan
üstün saydılar,
Cağbacağ bir bəyanat da yaydılar.
BMT-də
də işlər düşüb kələfə,
BMT-də
sözün deyib dörd dəfə,
Amma oxu toxunmayıb hədəfə,
Sən Hayka yox, İvana bax, İvana,
BMT çəkənmir onu divana.
Belə BMT-yə
haqdı deyəsən-
Sən nə üzlə bu dünyaya yiyəsən?
De, ABŞ-a çoxmu boyun əyəsən?
O söz
ki, söz deyil əməl olunmur,
Bir milyardlıq türkmü saya alınmır?
"Məni
məndə demə"
- demiş Əmrəmiz,
Əmrə hazır
durmalıyıq yenə
biz,
Haqq dünyası
qurmalıyıq yenə
biz,
Türkün heç
kimsəylə yoxdur qərəzi,
Türkdür insanlığa mizan-tərəzi.
Türk bəşərin
ağ günü,
ağ üzüdür,
Fəsillər içində
yaz gündüzüdür,
Zülmət gecəninsə
dan ulduzudur,
Türk bəşərdən
bəşər türkdən
yarışın,
Dünyanı türklərə
verin qorusun
Bəd nəzərdən
olar uzaq,
Türkün nüvəsi,
nüvəsi
Göyçə, Amasya, Qarabağ
Türkün nüvəsi,
nüvəsi
Tur dağıdır
təpələnməz,
Dağa, daşa
səpələnməz,
Quma dönməz,
gilə dönməz,
Türkün nüvəsi,
nüvəsi
Türkün olmaz türk düşməni,
Türkün məni
Tanrı məni,
Toxunulmaz türk
məskəni,
Türkün nüvəsi,
nüvəsi
Ta qədimdən,
ta bu günə
Türk sadiqdir öz kökünə,
Çox qol-budaq
atar yenə,
Türkün nüvəsi,
nüvəsi
Yaralanıb soluxsunmaz,
Kədərlənib doluxsunmaz,
Məşhər günündə
də sınmaz,
Türkün nüvəsi,
nüvəsi
Türk bəşərin
heyrətidir,
Namusudur, qeyrətidir,
Son Atatürk,
ilk Metedir
Türkün nüvəsi,
nüvəsi
Osman Qazı
yaz mehidir,
Yunis Əmrə
dan şehidir,
Dünyanın ki, Fatehidir,
Türkün nüvəsi,
nüvəsi
Xaşıl yanığı
olanlar,
Türklüyü çətin
anlar,
Götürə bilməz
yalanlar,
Türkün nüvəsi,
nüvəsi
Aman, aman döndü zaman,
Son əsrlər
keçdi yaman,
Deyər sözünü
din-iman,
Türkün nüvəsi,
nüvəsi
Fəzail İsmayıl Böyükkişi
Təzadlar.- 2010.- 9 oktyabr.- S.15.