Mənaya dönə bilsən
Dərin çaylar sakit axar həmişə,
Dayazları daim hay-küy qoparar.
Cahillər xor baxar ulu keçmişə,
Aqillər tarixi çəkib aparar.
Üzdən
görünəni görməyə nə var,
Gərək dərinliyə
enə biləsən.
Axınla bir ömür
sürməyə nə var,
Şərt odu mənaya dönə biləsən.
Elə qarış,
eldən yapış,
- deyiblər,
Amma gərək yolunu da tapasan.
Yolsuzları hər tərəfə əyiblər,
Yollu olsan- kökdən çətin qopasan.
Amalsız yaşamaq yaşamaqdımı?
Məqsədsiz, məramsız yol nəyə gərək?!
Məqsədlə ya\nmırsa bir ömrün şamı,
Onu sovurasan
küləyə gərək!
Vətən eşqi
iynə ilə vurulmur,
Əqidədə öz yerini tapmalı.
İnam istək
ilməsiylə hörülmür,
Ruha, qana layla ilə hopmalı!
Ağatlıya bənzəməz
hər at minən,
Nə olsun ki, atı ağdı,
ya qara!
Könül evi deyildir hər görünən,
Məkan hara, Ocaq hara,
o hara?!
1 avqust 2010
Özündən öyrən
Yaxşını yamandan seçmək istəsən,
Danışdır, kəlmə kəs - özündən öyrən.
Keçilməz yolları
keçmək istəsən,
Səndən öndəkinin izindən öyrən.
Belə gəlib,
belə gedir bu dünya,
Gör-götür dünyası deyirlər ona.
Eyni gözlə
o baxmayır hamıya,
Oğul gərək sınaqlara qatlana.
Onun qarşısında
acizlik etsən,
Səni yıxıb, üzərindən
keçəcək.
Yox, əgər
yol seçib, yolunla getsən,
O zaman o səni hədəf seçəcək.
Bəs onda neyləyək? Var olmaq üçün
Nəyi inkar edib, nəyi
seçməli?!
Zamanla döyüşə
atılmaq üçün
Nəyi qurban verib, nədən
keçməli?!
Öz yolu - qibləsi olmayanları
Dövrün küləkləri tez əyir yaman.
İdraka, İnama
dolmayanları
Həyatda qov təki oynadır
zaman.
Ulu keçmişinə,
kökünə söykən,
Kökdən güc almayan palıd da çökər.
Ruhunda ləyaqət
toxumu əkən
Özünə fərəhdən abidə
tikər.
Sentyabr 2010
Ay mənim ağ buludum
Hərdən bəyaz
olursan,
Ömrümə yaz olursan,
Heyif ki, az olursan,
Ay mənim
ağ buludum.
Yurdsuzam, yuvasızam,
Yurd yoxdu - havasızam,
Dünyada dünyasızam,
Ay mənim
ağ buludum.
Ürəyimdə odum var,
Xəyaldan qanadım
var,
Bir quruca adım var,
Ay mənim
ağ buludum.
Ürəyim tək dol ki sən,
Mənə həyan
ol ki sən,
Boğulmayım qəhərdən,
Ay mənim
ağ buludum.
Mənim ümidgahımsan,
Güvəncim, hənahımsan,
Bir bəyaz
sabahımsan,
Ay mənim
ağ buludum.
04.09.2010
Bir "Segah" çal, ay Vaqif
Uzun illər
Səxavətlə birgə
çalışan, bənzərsiz
"Segah"ıyla qəlbləri
riqqətləndirən qarmonçalan
Vaqifə
"Segah"ınla
sanki qanad açırıq,
Xəyalların ağuşunda
uçuruq
Bax budur məharət, budur bacarıq!
Həsrətlərə gəl məlhəm ol, ay Vaqif,
Bir "Segah" çal, bir "Segah" çal, ay Vaqif.
Dərdə məlhəm
qarmonunun dilləri,
Vəcdə gəlir
könüllərin telləri,
Könül oxşar
"Segah"ının gülləri,
Qanadlanıb uçur
xəyal, ay Vaqif,
Bir "Segah" çal, bir "Segah" çal, ay Vaqif.
Uzun illər
Səxavətlə çalışdın,
O yandısa,
sən də şam tək alışdın,
Yanıb-yanıb sən
"Segah"a qarışdın...
Yaddaşlarda "Segah"ınla
qal, Vaqif,
Bir "Segah" çal, bir "Segah" çal, ay Vaqif.
Dədə Qorqud hikməti var "Segah"da,
Xətainin qeyrəti
var "Segah"da,
Füzulinin heyrəti
var "Segah"da
Bir "Segah"
çal, bizi bizdən al, Vaqif,
Bir "Segah" çal, bir "Segah" çal, ay Vaqif.
Gülablıda qoy dillənsin "Segah"ın,
Küləklərlə qoy tellənsin "Segah"ın,
Duyğularla qoy güllənsin "Segah"ın,
Bir anlığa
bulud təki dol, Vaqif,
Bir "Segah" çal, bir "Segah" çal, ay Vaqif.
Bizə hər bir zövqü-səfa verən - ruh,
Ömrümüzü ömür
kimi hörən - ruh,
Eşidən - ruh, danışan - ruh, görən - ruh...
Ruhumuza bir işıq sal, ay Vaqif.
Bir "Segah" çal, bir "Segah" çal, ay Vaqif.
Avqust 2010
Güllü muğam oxuyur
Kaman yaxşı,
tar yaxşı,
Yağır rənglər yağışı.
Güllü Muğam
oxuyur,-
Oyadır qan yaddaşı...
Güllünün əfsun
səsi
Sehirləyir hər kəsi.
Ağ buluda bələnir
Bu səsdən
göy qübbəsi
Güllü Muğam
oxuyur,
Səsdən çələng toxuyur.
Hər kəlməsi,
hər sözü
Müşki-ənbər qoxuyur
Eldən gəlir
bu ahəng,
Hər çeşnidə neçə
rəng.
Güllünün şaqraq
səsi
Çağlayır şəlalə
tək
Muğam oxuyur Güllü,
Sözləri dürlü-dürlü.
Gözü-könlü oxşayır
Güllünün bulaq dili
Əsrlərdən gəlir
bu səs,
Sehirlidir bu nəfəs.
Düşür sirli aləmə
Bu səsi
eşidən kəs
Güllü oxuyur Muğam,
Səsə bələnir axşam.
Bu Muğam
gecəsində
Görünməmiş ehtişam...
Qəşəm İlqar RUHDAŞ
Təzadlar.- 2010.- 12 oktyabr.- S.15.