Vallah, bu sevdada özün günahkar
Bir kəsdən
yox ikən ümid-pənahım
Çıxdın uğuruma - güldü sabahım.
Səni sevməyimdə varmı günahım?
Vallah, bu sevdada özün günahkar.
Xəyal dünyam
ilə söhbət edirdim,
Qəlbdəki niskili mən əridirdim,
Özüm öz yolumla çıxıb gedirdim,
Vallah, bu sevdada özün günahkar.
Sənə dedimmi ki,
çıx qabağıma?
Sənə dedimmi ki, gəl oylağıma?
Könüllü giribsən qəlb otağıma
Vallah, bu sevdada özün günahkar.
Neyləyim, yaradan gözəl yaradıb,
Şair ürəyimdə sevda oyadıb,
Demə ki, ayrılıq məqamı çatıb...
Vallah, bu sevdada
özün günahkar.
İlqar vəcdə gəlib,
yaman coşubdu,
Dürr kimi sözlərdən
şeir qoşubdu,
İxtiyar
çağında demə çaşıbdı...
Vallah, bu sevdada
özün günahkar.
İlk səfər
Relslərin üzəriylə
elə bil ki, uçur qatar,
Onun böyük sürətinə
nə quş yetər, nə ox çatar.
Hiss etmirəm bu sürəti,
tələsirəm düzü yaman,
Heç ayrılmaq istəmirəm
pəncərənin qarşısından.
Dan yerinin yanaqları
qızarırdı bir lalə tək,
Al şəfəqlər
rəqs edirdi üfüqlərdə şəlalə tək.
Artıq şirin
yuxusundan oyanmışdı sərnişinlər,
Gülər üzlü
baxışlardan nur yağırdı səhər-səhər.
Sonsuz sevinc oxuyuram mən onların surətində,
Səfər vaxtı ləzzəti var ən adicə
söhbətin də.
Mən Bakıya
tələsirəm, ürəyimdə
çırpıntılar,
Gözlərimdə vüsal eşqi, dodağımda pıçıltılar.
Paytaxtımın həsrətini
çox çəkmişəm
körpəlikdən,
Lap bir azdan gəzəcəyəm
qucağında doyunca
mən.
Tələsirəm buruqları,
göy Xəzəri seyrə dalam,
Bu füsunkar gözəllikdən
ürək dolu bir zövq alam.
Tələsirəm səfər
adlı bir kitabı bitirməyə,
Mingəçevir salamını paytaxtıma
yetirməyə.
Dağlar
Mənim də bir zaman dağlarım
vardı,
Qoynunda gəzdiyim
çağlarım vardı,
Gəlin Qayasında
növrağım vardı...
Zirvəniz bənzərdi
bir saça, dağlar,
Tarixlər şahidi ay qoca dağlar.
Hərdən üstünüzü
duman alardı,
Şimşəklər çaxanda
yaman olardı,
İzləri qayada, daşda qalardı...
Göyə olardınız
siz baca, dağlar,
Tarixlər şahidi ay qoca dağlar.
Hərdən həlimdiniz,
hərdən də zalım,
Deyərdim qoy ölüb burada qalım.
İndi çox
uzağam, qadanız alım,
Buluddan su içən ay uca dağlar,
Tarixlər şahidi ay qoca dağlar.
Sizləri tutubdu yağı nə vaxtdan,
Sinəmdədi dağlar
dağı nə vaxtdan,
Qoşmamda da bitib ağı nə vaxtdan,
Baş-başa dayanan
ay haça dağlar,
Tarixlər şahidi ay qoca dağlar.
Murovda, Taxtada izim qalıbdı,
Kəpəz, Dəlidağda
gözüm qalıbdı,
Hələ Savalana sözüm qalıbdı,
Vüsal qəlbimizə
nur saça, dağlar,
Tarixlər şahidi ay qoca dağlar.
Nə vaxtdan sizlərdən aralı düşən,
Asfaltın üstündə
qovrulub bişən,
Damcılı bulaqçün
dağlanıb şişən,
Bu İlqar
sizləri bir quca, dağlar,
Tarixlər şahidi ay qoca dağlar.
Qəşəm İlqar RUHDAŞ
Təzadlar.- 2010.- 16 oktyabr.- S.15.