Ata ömrü qibləmizdir
Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız!
Biz, Mütləqə İnam Ocağı olaraq zaman-zaman xalqımıza Asif Atanın ömrünü, Dünyabaxışını, fəlsəfəsini təqdim eləmişik. İndi də Asif Atanın Yolunu yaşadırıq, İnamını davamlı olaraq öyrənirik və öyrədirik.
Bu gün biz
Asif Atanın 75 illiyi
qarşısındayıq. 25 Ata Ayı, 32-il (sentyabr,
2010) tarixdə Asif Atanın anadan olmasının 75 ili tamam olur. Bu məqsədlə sayğılı
oxucular, onun ömrü ilə bağlı diqqətinizi bir məsələyə yönəldək.
Bəllidir ki, 75 yaş
cəmiyyətdə yubiley
yaşı kimi qəbul olunub. Ancaq bu vaxta qədər
biz Asif Ataya yubiley keçirməmişik.
Özü də bunu istəmirdi. Yubiley hadisəsini
adi bir təqdimat
hesab edirdi. Hələ 15 il
bundan öncə məni (red. - Soylu
Atalını) müxtəlif
ədəbi orqanlara göndərərək təkidlə
bildirmişdi ki, bizdən xəbərsiz heç kəs Onun (Asif Atanın)
60 illik yubileyini keçirmək təşəbbüsündə
bulunmamalıdır.
Asif Ata heç vaxt öz adının, şöhrətinin gələcəyini
düşünməyib, xalqının
gələcəyini düşünüb. Bu günün şöhrətinə
küsənməyi miskin
aqibət yaşayanlara
aid edibdir. Əslində Asif Atanın ömrü yubiley hadisəsinə sığmır
da. Elə buna görə
də Asif Atanın doğum təqviminə yönəlik
söz demək xeyli çətindir.
Asif Atanın ömründən
bəhs etmək - şair ömründən,
əməkdar xadim, yaxud siyasi xadim
ömründən bəhs
etmək qədər sadə deyil. Heç kimin ömrünü aşağılamadan
bildiririk ki, Dünyabaxış hadisəsi
hansısa bir cəhət, yaxud element deyil, dərin özülü və gələcək istiqaməti
olan məsələdir;
bir ömrün tutumundan qat-qat artıq olan Bəşəri dəyərdir;
bir günə, bir tədbirə sığmayan məzmun
nadir ömürlərdə yaşayır.
Bu səbəbdəndir
ki, hər il Ata Ayının
(sentyabr) 25-ni Ocağımızda
Mərasim kimi keçiririk. Bu təqvim
həmişəlik olaraq
Ocaq Mərasimi kimi qəbul olunubdur. Mərasim - Atanın ömrü,
işi, Ata-Evlad vəhdəti, Mütləqə
İnamın xalqda oturuşması məzmununda
həyata keçirilir.
Yol Yaradan öz Davamçılarından ciddi
məsuliyyət tələb
edir. Asif Atanı yaşatmaq
- əslində xalqı
yaratmaq deməkdir.
Bu fikir şüar
kimi görünməsin.
Mütləqə İnam - Asif
Atanın şöhrətlənməsi
üçün deyil,
xalqın var olması üçündür.
İnam
- xalqın içində
özümlü quruculuq
deməkdir. Ona görə
də İnamın şöhrət üçün
olmasından danışmağa
dəyməz. Bu günün şöhrəti
kütlənin səviyyəsinə
uyğun davrananda, kütlə kimi yaşayanda yaranır.
İnam isə kütlənin mövcud səviyyəsini
inkar edir, onu özündən yüksək olmağa sövq edir. Ona görə də ilk mərhələlərdə "İnkar" özünə
qarşı inkar yetirir. Asif Ata yaratdığı İnamı bu topluma verdiyi ilk gündən çağdaşları
tərəfindən danılmağa
başlayıb. Ancaq bununla
belə xalqın içinə yol tapıb və barmaq sayda olsa
belə öz ardıcıllarını yetirib.
Əslində İnam Yükü
elə barmaq sayda adamların çiyninə düşür.
Bu çiyinlər möhkəmləndikcə İnam
da xalqlaşır.
Təsadüfi deyil ki, bu gün İnamın
sorağı yurdumuzun
sınırlarından qırağa
çıxıb əks-səda
doğurmaqdadır.
Asif Atanın məzmunca dərin, həcmcə geniş elə bir İrsi yaranıb
ki, düşünürük
bu, Azərbaycan xalqı üçün başucalığıdır. Bu xalqın
öz içindən yaranan və İnsani Həyat ahəngi vəd edən bu İrs, onu
həm Qədim Dünyanın bir hissəsi kimi təqdim edir, həm də bəşər gələcəyinin
böyük, ruhani bir xalqı kimi. Asif Atanın ömrü
belə bir zəngin gedişatın arxasında dayanıb.
Bu aqibət onun
sağlığında gecikən
xoşbəxtliyidir. Ona
görə də hesab edirik ki,
bu Aqibəti yubileylərdə xırdalamaq,
kiçiltmək olmaz...
Yükümüzdən Böyük
Fərəhimiz Yoxdur!
Atamız Var Olsun!
Soylu Atalı
Təzadlar.- 2010.- 25 sentyabr.- S.14.