Görkəmli alim Xudu Məmmədovun 27
il əvvəl yazdığı bu məqaləsini dəyərli
şair Zəlimxan Yaqubun 60 illik yubileyinə töhfə
bilirik
Eldən gələn yol eldən
başlanar
(Əvvəli ötən sayda)
...Bir dəfə bir nəfər öz şeirini böyüklər arasında çəkinmədən oxuyan kiçik qardaşı haqqında dedi: necə də utanmır, mən öz şeirimi oxumağa utanırdım. Sənin şeirini oxumağa mən də utanardım. Kişi gözəlcə şeir yazıb, niyə də onu oxumağa utanmalıdır. Söz yox ki, bu sözlər zarafatla deyilə bilər. Mən öz aləmimdə pis, yaxşı fıkrini şeirlə deyənlərin hamısına haqq qazandırmışam. Ancaq bu deyilənlərin bir şeir kimi tanınmağa nail olub-olmadığı başqa şeydir.
Doğrusu, oxucunu utandıran şeirlər də az olmur. O, belə halda tərifləməyi riyakarlıq, pisləməyi də qəlb sındırmaq hesab edir və əllərini ovuşdurub qızarmaqdan başqa bir çarəsi qalmır. İstərdim ki, elə şeirlərlə qarşılaşaq ki, dinlədikdən sonra deyə bilək:
"Bu nə şirin nəğmədir, bu nə gozəl avazdır, dinləmək istəyirik, heyif vaxtımız azdır".
Nitq formalarından şeir az sözlə ən həcmli fıkir deyilən sadə, çox yadda qalan deyiliş tərzidir. Məlum olduğu kimi, belə bir nəticəyə fikrin qrammatik qaydalarla söz şərhini axtarmaqla deyil, uğurlu şair tapıntısı kimi nail olmaq lazımdır. Hər belə tapıntı dili zənginləşdirir, dilə yeni imkan verir. Adi qaydada çox sözlərlə deyilən bir fıkri iki, üç sözlə daha duyumlu, sadə, yaddaqalan şəkildə verə bilir. "ömrü-günü ömürlərə calana", "İllərin qoynunda itdi, əridi", "dərildikcə dərilən", "ayrılıq olmadı istəyimizdə" və s.
İstənilən qədər idarə dili
yaratmaq olar. Obrazlı dili ancaq xalq, söz sənətkarları
yarada bilir. Mən xalq və şair sözlərini
xoşa gəlmək üçün demədim. Şair
sözünü söz ustası ilə də əvəz ctmək
olardı. öz sözündən aydındır ki, söz
ustasının yolu eldən başlanmış olsa, dağ
çayları çöllərə dirilik gətirən
kimi, dilə münbitlik daha güclü gəlməlidir.
çünki bu qayda ilə iki qaynaq birləşir. ümid
edirəm ki, Zəlimxanın bugünkü, sabahkı
oxucuları mənim bu fıkrimlə razılaşacaqlar. Onun
nə şeir yazdığını, nə də xalq ədəbiyyatına
oxşarsız vurğun olduğunu bilməsəydim də təkcə
poeziyamızın gözəl təbliğatçısı
kimi pərəstiş edərdim. Səməd
Vurğun, Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə,
Hüseyn Arif, Xəlil Rza, Cabir Novruz və mən yaşda
oxucuların, gənc oxucuların gənc hesab etdiyi Məmməd
Aslan, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı,
Nüsrət Kəsəmənli və başqa şairlər
Zəlimxanın dilində nə qədər də təzələnir.
çox sevindirici və təqdirəlayiqdir ki, bu buketdə hər
kəsin öz birincilik yeri var. Hər kəs heç kəslə
müqayisə olunmur və nəticədə söz sənətimizin
bu qəribə buketindən alınan heyranlığa ad tapa
bilmirsən.
Ocağımız sönməz oldu,
Közümüz bir olan yerdə.
Azmı biri yüz elədik,
Yüzümüz bir olan yerdə.
- sətirlərinin müəllifindən poeziyamıza başqa cür münasibət gözləmək də olmazdı. Başqalarının fikrinə, yaradıcılıq yoluna vurğunluq yaradıcılar arasında çox da tez-tez rast gəlinən xoşbəxtlik deyil. Belə bir vurğunluğa bir qədər adət də olunub. Həm öz/ yaradıcılıq yoluna fanatikcəsinə inam, həm də belə bir inamda araşdırmalar bu vurğunluğun əzəli səbəblərindəndir. Sənət tarixindən buna misal gətirmək mümkündür. Belə nadirlər üçün qaranlıq göydə tək ulduz olmaq darıxdırıcıdır. Onlar ulduz olub, uldu/zlarla danışmaq, yaratmaq həvəsi ilə yaşayır.
Qüdrətim olsaydı istədiyimtək,
Eşqinə ölümsüz dastan deyərdim.
- deyərək öz gücsüzlüyünə sakitcə təəssüflənir. Məncə, heç bir yaradıcıdan tələb etmək olmaz ki, onun qüdrəti istədiyi tək olsun. Qüdrətsizliyini görə biləcək qədər qüdrət bəlkə də yetər. İstədiyini deməyə çətinlik çəkməyən yazıçı, çətinliyi oxucu üçün yaratdığını yadından çıxarır. Bir sözlə, istedadı tanınmış şairin öz keçmişinə söykəndiyini müasirləri haqqında heyranlıqla danışıb özünün yaradıcı varlığını unutduğunu görmüşəm. Belə bir münasibət şairi oxucu gözündə çox yüksəldir. Əslində şairlərin şair dilində yeniləşməsi görünməmiş bir iş deyil. Belə də olmalıdır. Şairin dediyini şairdən də yaxşı kim anlar, kim anladar?
Yaradıcı haqqında yaradıcının fıkri çox şirin oxunan janrdır.
Dünya ədəbiyyatında da belə gözəl yazılar çoxdur. Şairin kitabına yazdığı giriş subyektivlik olsa da, o, qiymətli bir sənəd olmağından qalmır və şeirdəki fərdi şair subyektivliyi kimi qəbul olunur. Bu dediklərimdən elə nəticə çıxmamalıdır ki, belə bir iş, ədəbiyyatın, tənqidçinin oxşar məsələlərə münasibətini qiymətləndirə bilər. Onların yazılarında böyük subyektivliklə deyilmiş qiymətli elmi fikirlər olur. Bu fıkirləri adi oxucular arasında poeziya təbliği kimi qiymətləndirmək onların rolunu azaltmaq kimi başa düşülməlidir.
Poeziyamızın oxucular arasında təbliğinə görə böyük olan bir sıra yazıçılarımızı tanıyıram. Kiçik görüşlərdə onların poeziya haqqında ötəri söhbətləri məni giinlərlə fıkirləşdirib. Belə yaradıcıların oxucularla görüşləri bəzən də bütünlükdə poeziyamıza həsr olsaydı nə qədər yaxşı olardı. Oxucu poeziyamızı ayrı-ayrı yaradıcıların aynasında görə bilərdi. Belə görüş zərrə qədər ayrı-ayrı müəllif yaradıcılığına həsr olunmuş görüşləri qiymətsizləşdirmir, əksinə, onların çox olması üçün həvəs yaradır.
Zəlimxanın oxucularla belə görüşündə fikrimə gələn başqa bir məsələ haqqında da bir neçə söz demək istərdim: Saz və sazla bağlı söz sənətimizə münasibət. Bu məsələyə yaradıcının münasibəti onun gələcəyi haqqında çox şeylər deyir. El ədəbiyyatının bu qolu bütün dövrlərin sənət yollarını öz üzərində saxlayan əsas ana gövdədir. Bütün budaqlar bu gövdəni böyüdür və bu gövdə ilə kökə bağlanır. Kənarda cücərmək mümkün olsa da, böyüyüb bu gövdəyə yapışmaq olmaz. Bu gövdədən cücərib böyümək lazımdır. Başqa sözlə, elin olmaq üçün, yolun eldən başlanması çox vacibdir. Söz yox ki, Borçalıda dünyaya göz açan şair üçün söz dünyasına pərəstiş heç kəsi təəccübləndirə bilməz. Ancaq Borçalıdan daha böyük dünya ilə təmasda olandan sonra bu pərəstişin dərinləşməsi, bu günün elmi dünyagörüşünə əsaslanması və onu işə çevirmək arzusu yaxşı mənada çox düşündürücüdür. Saz dilimizlə, poeziyamızla bir böyümüş musiqi alətidir. Dilimizin indiki şəklini yüz illərlə o qorumuş, o saxlamışdır. Sazla oxuna bilməyən söz el dilimizdə vətəndaşlıq tapmayıb. Elimizin saz sənəti üçün yaramayıb.
Qəribə də olsa, keçmişlərdə dilimizin dövlət dili, idarə dili kimi istifadə olunmamasının müsbət cəhəti də olub. Quru, qeyri-səmimi idarə sənədləri üçün başqa dillərin zəngin arsenalından istifadə olunub. Dilimiz saz dili, dərdləşmək, oxşamaq, layla dili kimi saxlanıb. Yad tikinti materialları çox asanlıqla yad memarlıq forması gətirdiyi kimi, yaz sözlər də yad şeir forması gətirir.
Kurqanlarda tariximizin keçmiş səhifələri saxlandığı kimi, sazla bağlı ədəbiyyatda da poetik təfəkkürümüzün yüksəliş nağılı saxlanıb. Sazla bağlı ədəbiyyata öz fəaliyyət dairəsində münasibət dözülməzdir. Bu, ən azı özünü yaxşı bilməməkdən başqa bir şey deyil. Saz şeirinə bağlılıq Zəlimxanın yaradıcılığında kəskin duyulur. Söz yox ki, buradakı artıqlıq saz sənətinə məhəbbətin gücündəndir. İndi bu məhəbbət Zəlimxanı "Aşıq Ələsgər" poeması yazmaq mərhələsinə gətirmişdir. Mən onun ilk parçalarını bir oxucu kimi çox yüksək qiymətləndirdim. Mənə çox xoş gəldi ki, Zəlimxan Aşıq Ələsgərin obrazını yaratmaq fıkrinə düşməyib. O, böyük sənətkarın haqqında düşüncələrini dilə gətirir, onu anlamaq məqsədi ilə çırpıntılarını şirin bir avazla oxucuya, çox vaxt da özünə danışır. Bir sözlə, biz Aşıq Ələsgərin öz şəklini deyil, şairin düşüncə aynasında bu mövzuya çəkilmiş naxışları görürük.
Zəlimxan Aşıq Ələsgər mövzusunun monopolieti olmur, mövzu qurtarmır. İstər Zəlimxan, istərsə də başqa yaradıcılar bu mövzuya istənilən vaxt qayıda bilər. Böyük sənətkarların "insanpərvər", "böyük sənətkar" olduqlarını "işıqlandıran" "elmi" məqalələrin vaxtı keçdiyi kimi onların bədii obrazlarının da həyat faktlarının şeirlə deyilməsi yolu ilə yaranması çoxdan köhnəlmişdir.
Diri var ki, tez bükəsən ağlara,
ölü var ki, dayaq olub sağlara.
Qarğaları
qaldırasan dağlara,
Qartal kimi öyülməz ki, öyülməz.
Hər
ucalıq bir alçağa dərd olar,
Zirvələr
özünü yetim sayardı,
İnsan o yerlərə ucalmasaydı.
Qoy
qaldırsın zirvələrə
Sən verdiyin qanad məni.
Bu misraların həm musiqisi, həm fikirlərin
deyiliş tərzi və başqa ad tapa bilmədiyim bir
sıra digər xüsusiyyətləri Hüseyn Arifi yada
salır. Məncə, gənc şair üçün bu, qəbahət
sayıla bilməz. Fərdilik birdən-birə
yetişmir. çox güman ki, təbiətdə
olduğu kimi, poeziyamzın keçdiyi yolları keçib
öz fərdiliyinə çatmaq daha təbiidir. Söz yox ki, bu yollarda da çox ləngimək
olmaz. Mən Zəlimxanda bu fərdiliyin irəliyə
doğru irəliləyişin ildən-ilə təzələşdiyini
görürəm. çox gözəldir
ki, bu istiqamətdə irəliləyiş məqsəd deyil. Qoy xalqın sevdiyi şeir dilinə, şeir
formasına yadlaşmaq, "yenilik" gətirmək
hesabına olmayan yeni formalar da yaransın. Ancaq
bu yenilik yüz illəri geridə qoymuş, kökləri
xalqın qəlbində olan formaların hesabına
olmamalıdır. Sənət ənənəsi
də abidədir. Bəs onu
qorumağın yolu nədən ibarət olmalıdır?
özünü heç bir təbliğata
ehtiyac duymadan belə qulluğa həsr edənlərə minnətdar
olmalıyıq. Mən bir oxucu kimi inanıram
ki, Zəlimxanın elimizə, el sənətimizə
böyük sevgisi və borc hissi onu heç kəslə
qarışdırıla bilməyən bir yüksəkliyə
gətirmək ərəfəsindədir.
Bu borc
hissi aşağıdakı sətirlərdə nə qədər
aydın, nə qədər düşündürücü
şəkildə deyilmişdir:
Torpağın
borcunu qaytarmaq olar,
Günəşin borcunu necə qaytarım?
Günəşə
ödənilməz borcunu hiss edən şairin min ömrü
də olsa axtarışdan yorulmaz.
Təzadlar.- 2010.- 12 yanvar.- S.9.