"O olmasın, bu olsun" Tehranda göstərilib

 

Azərbaycanın İrandakı səfiri tamaşaçılar arasında olub

 

Dahi Azərbaycan bəstəkarı üzeyir Hacıbəyovun dünyanın möhtəşəm teatr kino salonlarını dolaşa-dolaşa özünə misilsiz şöhrət qazanmış "O olmasın, bu olsun" komediyası Tehran tamaşaçılarına da göstərilib.

Bu barədə pedaksiyamıza Azərbaycan Dövlət Musiqili Komediya Teatrının əməkdaşı Fərid Rzayev məlumat verib. Onun sözlərinə görə, tamaşa bu ilin yanvarında İranda keçirilən 28-ci Beynəlxalq Teatr Festivalında iki dəfə göstərilib. Xalq artisti Cənnət Səlimovanın rejissorluğu ilə səhnələşdirilən komediya Tehran şəhərindəki Əhdi-Vəhdət Teatrında Dövlət Musiqili Komediya Teatrının aktyorları tərəfindən oynanılıb.

Xalq artisti Afaq Bəşirqızı Sənəm, əməkdar artist Ramiz Məmmədov Məşədi İbad, xalq artisti Arif Quliyev Hanbal, aktyorlardan Nadir Xasıyev Rüstəm bəy, Fərid Əliyev Sərvər, Əzizağa Əzizov qoçu Əsgər, Səməd Xasıyev Həsənqulu bəy, aktrisalardan Nərgiz Kərimova Gülnaz, əməkdar artist Əkbər Əlizadə Həsən bəy əməkdar artist Elçin Həmidov Rza bəy rollarını ifa ediblər. Bundan başqa, Ağaxan, Əlməmməd (Alik), Fərid, Rəşad, Aybəniz, Xəyalə, ülviyyə, Murad, Seymur, Təranə digərləri tamaşada epizodik rollarda çıxış ediblər.

Tamaşanın rejissor köməkçiləri Vidadi Həsənov, Elməddin Dadaşov, xormeysteri Vaqif Məstanov, baletmeysteri Zakir Əliyevdir.

Tamaşanın festivala qatılmasında teatrın direktoru Əliqismət Lalayevin direktor müavini Elxan Ocaqovun böyük rolu olduğunu vurğulayan F.Rzayev son bir neçə ildə əldə etdikləri uğurları teatr rəhbərliyinin kollektivə diqqət qayğısı ilə əlaqələndirib.

F.Rzayev bildirib ki, festivalın açılışına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının "O olmasın, bu olsun" komediyası ilə start verilib. Tamaşaçıların böyük marağına səbəb olan komediya növbəti gün oynanılıb. Tamaşanın sonunda teatrın yaradıcı heyəti Tehran Mədəniyyət İnstitutunun prezidenti Hocatullah Əyyubi tərəfindən fəxri fərmanla təltif edilib. Eyni zamanda tamaşa haqqında İranda nəşr olunan teatr jurnallarında geniş məqalələr dərc olunub.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov da öz xanımı ilə tamaşaçılar arasında olub. Tamaşadan sonra teatrın kollektivi ilə görüşən səfir onlara uğurlu çıxışlarına görə təşəkkür edib.

F.Rzayev onu da qeyd edib ki, İran İslam Respublikasının aidiyyəti qurumlarının dəvəti ilə Dövlət Musiqili Komediya Teatrının yaradıcı kollektivi Novruz bayramından sonra qonşu ölkəyə yenidən səfər edəcək. On beş günlük səfər çərçivəsində "O olmasın, bu olsun" komediyası İranın Tehran, Ərdəbil, Təbriz digər şəhərlərində nümayiş olunacaq.

 

 

ELBAR

 

Təzadlar.- 2010.- 28 yanvar.- S.15.