Çaylaq düzü
Mənbəyini Qarqar çayından götürüb Şelli, Şıxbabalı, Saybalı, Bağbanlar və İsmayılbəyli kəndlərindən Mərzili kəndinə qədər uzanan Xatın arxında (yay aylarında) su azalırdı.
Bu düzənlik Ağdam-Füzuli yolunun 10-12 km-liyindədir. Yolun sağında Xocavənd rayonunun Qarakənd kəndi, solunda isə Ağdam rayonunun İsmayılbəyli və Mərzili kəndləri yerləşir. Mənbəyini Qarqar çayından götürən, Şıxbabalı, Şaybalı və İsmayılbəyli kəndlərindən keçib Mərzili kəndinə qədər uzanan "Xatın arxı" da çaylaq düzünün ərazisindən keçirdi. Qarşıdakı Qarakənd və ona bitişik digər dağ kəndlərinə yağan yağışın seli əvvəlcə çaylaq düzünə yayılıb, sonra Mərzili kəndinə və "Haramı düzünə" doğru yol alırdı (Hətta canlı şahidiyəm ki, 1957-ci ilin iyun ayında Mərziliyə - Həsənalı əmimgilə gedərkən sel suları onların dərədən başlanan bağçalarından yoxuşdakı evlərinin qabağındakı üzüm çardağınadək yayılırdı...).
Kiçik dağ çaylarının qovşağında yerləşdiyi üçün bu düzənliyə çaylaq düzü deyirdilər. Bu düzün əsrarəngiz gözəllikləri Mil düzünə, Beyləqana (Jdanova), Füzuliyə (Qaryaginə), Xocavəndə (Martuniyə) gedib-gələn karvanların diqqətini cəlb edər, onun gözəlliklərini (dincəlmək bəhanəsi ilə) doyunca seyr etmədən ötüb keçməzdilər.
Sovet hakimiyyətinə qədər çaylaq düzü kəndimizin əkin-biçin, örüş yeri olmuş, sovetləşmə illərində isə kolxoz bu düzdə pambıq əkmək qərarına (1940) gəlmişdi. Həmin ərazi kəndimizdən 5-6 km uzaqda idi. Ən çətini isə ermənilərin Qarakənd kəndinə bitişik olan bu təsərrüfatı kimə tapşırmaq olardı? Nəhayət, kəndimizin ağsaqqalları təkidlə bildiriblər ki, bu işin öhtəsindən ancaq İsmixan gələ bilər, ermənilərin qarşısında o, tab gətirə bilər. Çünki İsmixan ağır təbiətli, ləyaqətli, vicdanlı, cəsarətli, qorxu bilməz bir cavan imiş. ömrü boyu dağda, aranda, el-oba arasında olan və tanınmış bir igid imiş.
Bundan sonra
kolxoz rəhbərliyi atamı çaylaq düzündə
pambıqçılıq təsərrüfatına briqadir
göndərir. O, kolxozçuları töküb bu düzənliyi
pambıq əkini üçün yararlı hala
saldırır. O zamanlar torpağı şumlamaq
üçün xışdan, öküz qoşulan tək
dişli kotandan başqa bir texnika yox imiş. Torpağı
cüt və kotanla əkirmişlər. Torpaq əkilib.
çiyid səpilib... Boy atıb sıralanan pambıq
kolları çaylaq düzünün əsrarəngiz gözəlliyini
daha da artırıb. Ərazidə yaranan coşqun canlanma təbiətən
xain olan erməniləri ciddi narahat edib.
1956-cı ildə mənə
atam haqqında xatirələrini danışan Hilal dayı
deyirdi ki, atamı yaxşı tanımayan ermənilər onu
pusquya salıb, təklikdə üstünə
tökülüb möhkəm əzişdirib çaylaq
düzündən qaçaq salmaq və beləliklə, başlanan
böyük işi pozmaq istəyiblər. Onlar bəhanə
üçün qabaqcadan sərhəd zolağını
öz tərəflərinə çəkiblər. Bunu
başa düşən İsmixan onları izləyib. O, bir
gün sahəyə lap erkən gələrək Qəmər
dayı çardağın dirəyinə bağlanıb sahəni
yoxlamağa başlayıb. Qəmər dayın qəflətən
kişnəyərək dal ayaqları üstə şahə
qalxması onu təəccübləndirib. Qarakənd tərəfə
baxanda görüb ki, bir dəstə əliçomaqlı
adam hədələyici sözlər
danışa-danışa onun üstünə gəlir. İsmixan
da onlara tərəf yeriyib. Lap öndə gələn yekəpər
bir erməni çomağı İsmixanın başına
enidirəndə çomağı göydə əlindən
alıb onun özünü döyüb yerə sərməsi
bir an içində baş verib. Yerə sərilən erməninin
çomağı ilə o birilərinin üstünə
cumub. Düşdükləri vəziyyətdən gözü
qırılan, qorxu və təşviş içində qalan
ermənilər artıq İsmixana ağac qaldırmağa
cürət etməyib, qaçanı qaçıb
canını qurtarıb, qaça bilməyənlər isə
ancaq özünü qorumağa çalışıb. Bu da
mümkün olmayıb. İsmixan müqavimət göstərənlərin
hamısının çomağını əlindən
alıb və 26-dək ermənini Qarakəndin girəcəyinə
qədər döyə-döyə aparıb...
Mənbəyini Qarqar çayından götürüb Şelli, Şıxbabalı, Saybalı, Bağbanlar və İsmayılbəyli kəndlərindən Mərzili kəndinə qədər uzanan Xatın arxında (yay aylarında) su azalırdı. Mərzili kəndinin su nəzarətçisi Muxtar kişi səhər o başdan bərələri yoxlayıb Mərziliyə qayıdarkən görüb ki, bir dəstə əliçomaqlı erməni İsmixanın üstünə tökülüb. İsmayılbəyliyə xəbər çatdırmaq üçün tez atın başını sola döndərib dördnala çapmağa başlayıb. özünü kənddəki "Nəsibin yalı" deyilən təpənin üstünə çatdırıb. Oradan kəndə hay salıb. Camaat bir anda Muxtar kişini dövrəyə alıb. Muxtar kişi hadisəni təfsilatı ilə onlara danışıb və atını yenidən çaylaq düzünə çapıb. Digər atlılar da ona qoşulub. Uşaqdan-böyüyə kənd camaatı dəyənəklə silahlanıb çaylaq düzünə doğru axışmağa başlayıb.
İsmixan erməniləri Qarakəndə doldurub geri qayıdanda dağın döşündən görüb ki, bütün kənd axışıb çaylaq düzünə doğru gəlir. Əvvəl fikirləşib ki, görəsən, nə baş verib? Muxtar kişini camaatın arasında görəndə hər şey ona aydın olub. Çaylaq düzünə doğru axışan izdihamı görən ermənilər qorxuya düşərək çaş-baş qalıblar.
İsmixan dağın döşündən enib çardağa yaxınlaşanda camaat onun ətrafına toplaşıb. O, isə üzünü Muxtar kişiyə tutub əhvalını pozmadan gülə-gülə deyib:
- Ay Muxtar, camaatı niyə işindən-gücündən ayırıb bura tökmüsən? Bir az dayanıb gözləyə bilmirdin?
- Axı sən tək, onlar 26 nəfər, necə gözləyə bilərdim? Allah eləməmiş, sonra başına bir iş gələ bilərdi...
- Ermənilər ata-babadan
namərd olublar. Həmişə çaqqal sürüsü
kimi gücsüzün, acizin üzərinə
tökülüblər. Mənim də kim olduğumu bilsəydilər
bu qorxaq çaqqallar heç vaxt cürət edib belə qələt
eləməzdilər. İndi paylarını yaxşı
aldılar. İnanıram ki, onlar bir daha belə hərəkətə
yol verməyəcəklər. Ancaq mənə təəccüblü
gələn odur ki, sən məni yaxşı
tanıdığın halda kəndə qaçıb,
camaatı təşvişə salıb tökmüsən
bura... Elə bil heç çomaq davasında bir qoşuna təkbətək
cavab verən "Dızıx Qara"nın içdiyi Mərzili
kəhrizinin suyundan mən də içməmisən?!
Muxtar kişi dilləndi:
- Ay İsmixan, mən onu
yaxşı bilirəm ki, igidi el saxlayar. Düzü, heç
cür ağlıma sığışdıra bilmədim ki,
sən, əliyalın bir o qədər əliçomaqlı
erməninin arasından salamat çıxacaqsan...
Sonra İsmixan haya gələnlərin
hamısına minnətdarlığını bildirib və
onları arxayın salmaq üçün ermənilərin əlindən
döyə-döyə aldığı 26 çomaq
qalağının yerini onlara nişan verib. Camaat sərhəd
zolağının o tayında kol-kosa qarışmış
ağacların yaxınlığındakı çomaq
qalağını görəndə heyrətlənərək,
bu igidliyinə görə İsmixanı alqışlayıb.
***
Hilal dayı atamla bağlı
bu xatirəni danışanda biz çaylaq düzündən
qayıdırdıq. çünki kəndimizə səs
düşdü ki, çaylaq düzünə bir
"Vilis" adam gəlib, gecə vaxtı - camaat buradan
çəkiləndən sonra nəsə gizli
ölçü-biçi və sövdələşmə əməliyyatı
aparırlar. Camaat çaylaq düzünə yetişəndə,
"gecə sövdagarları" özlərini itirib,
"Vilis" maşınına dolub Ağdam istiqamətində
gözdən itdilər. Ancaq danışıqlardan hiss olunurdu
ki, onların içində erməni də var.
1957-ci ildə yenə
çapar kəndimizə xəbər çatdırdı ki,
çaylaq düzünə Beyləqan (Jdanov)
köçü tökülüb. Yenə kənd camaatı
gecə saat 9-10 radələrində axışıb
çaylaq güzünə getdi. Mən də camaatın
arasındaydım. çünki atamın
abadlaşdırdığı bu füsunkar torpaq mənim
üçün müqəddəs bir məkan idi. Allahım
qədər sevdiyim atamın qoxusunu bu torpaqdan alırdım.
Çaylaq düzünə
- köçün düşdüyü yerə
yaxınlaşanda oradan bir atlı ayrılıb atını
bizə doğru çapdı. O, bizə çatıb əvvəlcə
ağsaqqallarla salamlaşdı və sonra dedi:
- Biz dost adamlarıq, narahat
olmayın. Sizin bu gözəl torpağa heç zaman ziyan vermərik.
Yəqin ki, İsmixanı tanıyırsınız,
müharibədən qabaq onunla dost olmuşuq. Bizi burada
saxlamamış nə dağa buraxardı, nə də arana.
Müharibədə Krımda da bir yerdə vuruşmuşuq.
Sonra bizi ayırdılar. İndi yaylaqlardan
qayıdırıq. Keçən günləri yada salıb
burada dayanmalı olduq. Dedim bəlkə İsmixandan bir xəbər
tuta bildik.
Ortayaşlı olmasına
baxmayaraq, atın belində qırğı kimi dayanan bu
adamın "İsmixan sorağı", torpaq
bastısına - davaya gələn hər kəsi fikrindən
çəkindirdi. Hətta atamı yaxşı tanıyan,
ondan həmişə dərin hörmət, ehtiram, təsibkeşlik,
cəsarət və igidlik görən yaşlılar kövrələrək
dilləndilər:
- O, müharibədən
qayıtmadı...
Bu kədərli xəbərin
nidası atlıya da sirayət etdi. O, tutula-tutula soruşdu:
- İçinizdə
İsmixanın yaxınlarından varmı?!
Ağsaqqallar məni göstərib
dedilər:
- Bu cavan oğlan həm
İsmixanın oğlu, həm də "Səfərli"
adlanan obanın kişi nəslindən olan tək yadigarı -
İsmixan, İsmayıl, Ağalar, Cabbar, Camal, Muxtar kimi
kişilərin tək nişanəsidir...
O, tez atdan enib mənə
sarı gəldi. Çiyinlərimdən tutub diqqətlə
üzümə baxıb yüksək səslə:
- Bu ki İsmixanın lap
özüdür - deyib məni bağrına basdı,
üz-gözümdən öpdü və ayrılanda dedi:
- İsmixan sağdı, o,
qayıdacaq!..
Çox təəssüflər
olsun ki, məni çox şeylərdən məhrum edən,
həyatda geri qoyan utancaqlığım ucbatından
atlıdan atam haqqında heç nə soruşa bilmədim.
Ancaq illər keçdikcə mənə məlum oldu ki,
atamın insani keyfiyyətləri eşitdiklərimdən,
bildiklərimdən daha yüksək imiş. Ona görə də
72 illik ömrüm boyu elə bir iş tutmamışdım
ki, atamın adına və şəxsi mənliyimə xələl
gətirsin. Lakin öz qanunları ilə işləməyən
Sovet hakimiyyəti başımıza çox müsibətlər
gətirmiş, insani şərəf və ləyaqətimizi
alçaltmışdır. Belə ki, xalqımızın
yaratdığı Demokratik Cümhuriyyəti işğal
etmiş, yüz minlərlə soydaşlarımızı
"müsavatçı" damğası ilə güllələtmiş,
həbsxanalara doldurmuş, əl-qolunu bağlatdırıb
qaranlıq quyularda (diri-diri) basdırtmış, 1937-ci ildən
başlayaraq millətimizi dəhşətli və amansız
repressiyaya məruz qoymuş, II Dünya müharibəsində
qırğına verdiyi yarım milyona yaxın azərbaycanlının
övladlarını yetim, ailəsini isə başsız
qoymuş, keçən əsrin 50-ci illərində yüz
minlərlə azərbaycanlını Ermənimstandakı qədim
dədə-baba yurdlarından zorla çıxarıb Azərbaycanın
pambıqçılıq rayonlarına sürgün etmiş
və 1905-ci ildən başlamış - elə ermənilərin
kəsdiyi son nəfəsinə qədər (1991) ermənilərin
tərəfində olmuşdur. İnqilabdan qabaq və sonra - həmişə
erməniləri silahlandırıb xalqımızı
onların amansız terroruna məruz qoymuş, bir dövlət
kimi onların barbar hərəkətlərinin
qarşısını almamış, əksinə, onları
yeni cinayətlərə şirnikləndirmişdir.
Sovet hökumətinin Azərbaycana
təiyn etdiyi baş prokuror İsmət Qayıbov və Azərbaycan
SSR-nin daxili işlər naziri Məhəmməd Əsədov
(Allah onların hər ikisinə və 20 noyabr 1991-ci ildə
vertolyot terrorunda həlak olanların hamısına qəni-qəni
rəhmət eləsin!) xalqımızın ən qeyrətli
və qorxmaz oğullarından idilər. O vaxtın hadisələrini
izləyəndə onları həmişə ermənilərlə
döyüşlərdə görmüşəm. Onlar
döyüş meydanlarında ermənilərə qan
uddururdular. Erməniləri əməlli-başlı təşvişə
salmışdılar. öz silahlı dəstələri ilə
ermənilərə gözlənilməz zərbələr
endirirdilər. Görünür, elə buna görə də
havadarlarının məsləhəti ilə onları
"sülh" danışıqlarına "dəvət
etdilər". Ancaq yenə namərd düşmənə
inanmaq, onun məkrli, qəddar siyasətinə aldanmaq tezliklə
öz dəhşətli "bəhrəsini" verdi. Bu hiylə
əsasən İsmət Qayıbovla Məhəmməd Əsədov
üçün qurulmuşdu. Bəlkə də
İ.Qayıbov və M.Əsədov vertolyotda olmasaydı, onu
vurmazdılar. çünki xalqımızı ümidsizlik
girdabından qurtarmağa çalışan, xalqımızda
qələbə əhvali-ruhiyyəsi oyadan bu iki şəxs
ömrünün son günlərini ermənilərə
bağışlamağa hazırlaşan SSRİ dövləti
üçün də arzuolunmaz idi. Odur ki, Azərbaycanın
dövlət və hökumət nümayəndələrini
ermənilərlə sülh danışıqlarına aparan
vertolyot Ağdamdan havaya qalxıb Qarakəndə doğru
istiqamət alanda hər şeyi unudub qəflətən
televizorun qarşısında qışqırdım:
"Saxlaaa!"
Evdəkilər bu hərəkətimdən
çaş-baş qalaraq "Nə olub sənə,
başına hava gəlib?" - deyə təlaşla
soruşdular. Bir təhər özümü ələ
alıb dedim:
- Nə olacaq, bu saat vertolyotu
vuracaqlar!..
Aradan heç 20 dəqiqə
keçməmiş vertolyot tüstülənib alovlana-alovlana
çaylaq düzündəki Qarakəndlə bizim
İsmayılbəyli kəndinin sərhəd
zolağının yaxınlığında yerə
düşdü. O yerə ki, vaxtilə atamı tək
görüb onun üstünə tökülən, nəticədə
canlarını güclə qaçıb qurtaran ermənilərin
çomaqlarını orada qalaqlanmışdı. 26
çomaq... İçi "sülh elçiləri" ilə
dolu yandırılmış vertolyot... Atam... Və çaylaq
düzü...
Çaylaq düzü,
buludun çox, səman yox...
Kimlər pozdu o
çağını atamın?!
Yaratdığı ülviyyətdən
nişan yox,
Hara saldın
bayrağını atamın?!
İrmaqların layla
çalıb dinəndə...
Yaşıl tağlar
nazlananda sinəndə-
Sevincini qız-gəlinlə
böləndə
Yaşadardın
növrağını atamın!
O, gəlincə ulduzları
sayardım,
Ay selində əl-üzümü
yuyardım...
Nə Qarqarın
laylasından doyardım,
Nə çəkərdim fərağını
atamın!
Qəmər dayı kişnəyəndə
uzaqdan,
Sevincimdən tez qalxardım
yataqdan,
Çatan kimi
öpüş alıb dodaqdan,
Sığallardım
yanağını atamın!
Ehtişamın Qarakəndə
göz dağı-
Öz başını əzdi
hayın çomağı,
Cənnətindən ta kəsildi
ayağı-
Daha susdu ev dustağı
atamın!
İki yaşa
yetişmişdim o zaman...
Yetmiş yayda o yay
çıxmır yadımdan!
Dünyamızda başlananda
ölüm, qan...
Tufan vurdu gül
bağını atamın!
Tərsə döndü
şən gedişin dövranı,
Fəlakətlər tutdu ərzi,
cahanı...
Bada verdi 60 milyon insanı-
"Qara yazdı"
varağını atamın!
O gün ki, mən addım
atdım çöllərə...
Qanım döndü
boz-bulanıq sellərə,
Haray çəkdim, soraq
saldım ellərə...
Almadım bir
sorağını atamın!
Pak duyğular yaşatsa da
ürəyim,
Gül açmadı arzu...
ümid çiçəyim...
Nədən belə qəzəbləndi
fələyim,
Kəsdi bizdən
ayağını atamın?!
Hər keçəndə
atam gəzən düzündən,
Tapmıram ki, öpəm
ayaq izindən!
Ötən karvan söhbət
açdı özündən,
Nişan verdi
bulağını atamın!
Getdi qanlı
döyüşlərə - dönmədi,
"Səfərli"də
təkcə şamı sönmədi-
Ruslar haqqı haqlamağa enmədi,
Haya verdi torpağını
atamın!
Rus-erməni bizə tələ
qurdular,
Qarakənddə vertolyotu
vurdular-
"Sülhə" gedən
başçıları qırdılar,
Qan bürüdü
oylağını atamın!
Qurtarmamış 20 Yanvar
yasından-
Haray çəkdi vertolyotda
bişən qan!
Yana-yana yerə endi səmadan!
Keçdi sərhəd
zolağını atamın!
Osman, Alı, Məhəmmədi
itirdik!
İsmət zülmün
Haqq Tanrıya yetirdik!
SSRİ-nin meyitini
götürdük-
Rus vermədi
çaylağını atamın!
Çaylaq düzü, qeyzə
gələr Yaradan-
Buludunu dara çəkər
sərt tufan!
Ay-ulduzun yenə parlar səmandan-
Yandırar Haqq
çırağını atamın!
Prezident verəndə cəng
fərmanı!
Mübarizlər halaylayan
meydanı!
Hayın "vay"ı
bezdirəndə cahanı,
Yaşadarıq
marağını atamın!..
Niyazxan Səfərli
Təzadlar.- 2011.- 7-9 aprel.- S.14.