Əbdül Hüseynovun yeni kitabı

 

Moskvada görkəmli yazıçı, çoxsaylı tarixi romanlar müəllifi Əbdül Ənbiya oğlu Hüseynovun (1927-ci ildə anadan olmuşdur, İkinci dünya müharibəsi veteranıdır) rus dilində yazdığı "Arzamas qızı" ("Arzamasskaya deva") kitabının təqdimat rasimi oldu. Həmin tədbiri burada yaşayan azərbaycanlı ziyalıların-yazıçı şairlərin, ədəbiyyat həvəskarlarının yaratdıqları "Şəhriyar" Ədəbiyyat Mədəniyyət Cəmiyyəti təşkil etmişdi.

İclası "Şəhriyar" cəmiyyətinin sədri Vasif Məmmədov açaraq Əbdül müəllimin həyat yaradıcılığı haqqında məlumat verdi. Sonra yazıçının yeni kitabı haqqında ümumrusiya Azərbaycan Konqresinin sədrinin məsləhətçisi, şərqşünas Manaf Ağayev məruzə ilə çıxış etdi. O, kitabın siyasi-ictimai bədii məziyyətlərini açıqlayaraq nəticədə Əbdül müəllimin yaradıcılığını belə dəyərləndirdi: "Əbdül Hüseynov öz kitabları ilə sübut etdi ki, sənətkar iki mədəniyyətin təmsilçisi ola bilər. Tütçev özünün siyasi məqalələri ilə əsil fransız yazıçısı kimi görünür. Nabokov rusdilli ingilisdilli yazıçı idi. Əbdül Ənbiya oğlu bir daha sübut etdi ki, ədəbiyyat xalqa bəşəriyyətə şərəfli sərhədsiz xidmət vasitəsidir."

Təqdimatda Moskvada yaşayan şair yazıçılar, alimlər, digər ziyalılar - Azərbaycan Yazıçılar Birliyinin Moskva Bölməsinin katibi Nəsib Nəbioğlu, Azərbaycan Yazıçılar Birliyinin Rusiya Azərbaycan jurnalistlər birliklərinin üzvü, "Diaspora inform" qəzetinin baş redaktoru Əliş Əvəz, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Sultan Mərzili Salman Məhəmmədov, Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidentinin beynəlxalq işlər üzrə müavini Ariz Gözəlov, Rusiya Təbii Elmlər Akademiyasının Avrasiya seksiyasının sədri, akademik Rezvanolla Seyfullayev, "Şəhriyar" cəmiyyətinin sədrinin müavini Rövşən Əliyev və üzvləri Əlipənah Abuşov Fariz Hacıyev Əbdül Hüseynovun yeni kitabını Azərbaycan Rusiya mədəni əlaqələrinin inkişafına töhfə kimi qiymətləndirdilər.

Yazıçı tarixçi alim Əbdül Hüseynov özü şıxış edərək dedi ki, "Arzamas qızı" povestini 20-ci əsrin 80-ci illərinin əvvəllərində tarixi sənədlər, arxiv materialları, həmçinin Arzamas, Temnikovo şəhərlərinin sakinlərinin rus Janna de Arkı kimi tanınan Arzamaslı Alyona haqqında danışdıqları əfsanələşmiş əhvalatlar əsasında yazmışdır. Povesti 1997-ci ildə Moskva nəşriyyatı "Overley" iki min tirajla çap etmişdi. Alyona haqqında tarix elmində az məlumat olduğundan əsər Rusiyada geniş əks-sədaya səbəb olmuış, tez bir zamanda satılıb qurtarmışdır. Oxucuların xahişini, nəşriyyata müəllifə yazdıqları məktubları nəzərə alaraq Əbdül Hüseynov əsəri 2011-ci ildə, nəhayət, yenidən nəşr etdirdi.

Qeyd etmək lazımdır ki, əsərin qəhrəmanı Alyona (Arzamaslı Alyona, Temnikovlu Alyona, Ataman Alyona, Rahibə Alyona) XVİİ əsrdə Rusiyanın Arzamas şəhərində yaşamış tarixi şəxsiyyət - Alyona İvanovna Nefyodovadır. Çar Aleksey Mixayloviçin Boyar duması ilə birgə 1649-cu ildə çıxardığı qanun rus kəndlilərini tamamilə təhkimçilik əsarətinə saldı. Onları bir əşya ya heyvan kimi alıb-satmaq, iki qadını bir kişiyə dəyişmək olardı. Alyona bu ədalətsizliyə qarşı üsyan qaldıran kəndlilərin başçısı, sərkərdəsi oldu. Hücumla Temnikov şəhərini alaraq (Temnikovlu Alyona adı da buradandır), Moskvaya qədər gedib təhkimli kəndlilərin acı taleyi haqqında çarla danışmaq qərarına gəldi. Ancaq onun yolunu nizami çar qoşunları kəsdi. Qeyri-bərabər döyüşdə onun kəndli qoşunu məğlub oldu. Alyona tonqalda yandırıldı.

"Arzamas qızı" povestində Azərbaycanla bağlı səhnələr var. Günahsız həbs edilmiş şirvan tacirlərinin azad edilməsi belə epizodlardandır.

Ümumiyyətlə, Əbdül Hüseynovun Azərbaycandan yazdığı əsərlər Rusiya ilə, Rusiyadan yazdığı əsərlər isə Azərbaycanla əlaqələnir. Onun yaradıcılığı bu iki qonşu xalq, iki mədəniyyət arasında körpü təsiri bağışlayır.

 

 

Əliş Əvəz

 

Təzadlar.- 2011.- 12-14 aprel.- S.15.