31 Mart günü...

 

Ədalət güc deyil, güclü olan ədalətlidir!

 

Hüseyn Cavid

 

Tarix həmişə xalqların taleyinə xoşbəxt təqvimlər yazmır. Bizim də təqvimizə 20 Yanvar, 26 Fevral, 31 Mart qanla qazıldı. Faciə burasındadırki, bu günlər ilin ilk rübünə düşdüyünə görə bizim üçün il bu günlərlə başlayır. Qafqazın işğalına XIX əsrdən başlayan çar Rusiyası torpaqları işğal etdikdən sonra regionun ən böyük xalqı olan türk-müsəlman insanına qarşı ən qəddar cinayətləri işlətdilər. 1918-ci ilin mart-aprel tarixində demək olar ki, məmləkətin hər yerində, bütün şəhər və kəndlərində ruslardan hərbi və siyasi dəstək alan erməni dasnakları insanlarımızı kütləvi şəkildə qırdılar. Həmin hadisələri şərh edən N.Nərimanov qeyd edirdi ki, "Mart hadisələri zamanı insanları ideologiyasina - bolşevik, menşevik, sosialist və demokrit olmasına baxmırdılar. İnsanları milli mənsubiyyətinə görə məhv edirdilər. Onlar deyirdi ki, "türk-müsəlman olmağın kifayyətdir".

Mən burada o hadisələrin xırda detallarını söyləmək istəmirəm, amma hadisənin ümumi səbəb və məqsədlərinə diqqət çəkmək istərdim.

Kim idi bu erməni daşnak dəstələri? Bunlar harada və nə zaman yaranmışdı və kimə qarşı yönəlmışdi? Əvvəlcə bunları ingilislər dəstəkləyirdi. Aydın məsələdir, avropalıların "xəstə adam" adlandırdıqları Osmanlı imperiyasını içindən məhv etmək üçün çox böyük planlar hazırlayırdı, imperiyanın içində qeyri-türkləri imperiya əleyhinə qaldıraraq və onlara hər cür yardim etmək siyasəti aparılırdı, məhz erməni təşkilatları yaratmaq bu planın tərkib hissəsi idi. XIX əsrin 80-90 illərində dasnak, erməni korpusu və s. silahlı təşkilatlar tamam ingilis hökumətinin nəzarəti altında idi və Londondan idarə olunurdu. Bu təşkilatların siyasiləşməsi və silahlanması Avropadan təmin olunurdu. Təkcə ermənilər deyil, imperiyanin bütün etniklərini "inqilab"a, qiyama qaldırdılar. Bunlar arasında ermənilər və yunanlar daha aktiv və "məhsuldar" idi. "Çəkilən zəhmət və sərf olunan pullar" nəticə verdi - Osmanlı imperiyası süqut etdi. İngilislər Anadolunun işğalından sonra Qafqazın işğalını planlaşdırırdı ki, çar Rusiyasını əvəz edən Sovet Rusiyası Cənubi Qafqazda tamamilə işğal planı həyata keçirmək üçün erməni daşnaklarından istifadə etdi. Bu dəfə ermənilərdən terrorçu kimi istifadə edib azərbaycanlıların kütləvi qırğınını apardılar. Şaumyan, Dro, Andiranik, Hamazaps kimi quldurlar şimali Azərbaycanda terrora rəhbərlik edirdilər. Bakıda Şaumyan, Şamaxıda Lalayan, Qubada Hamazaps, Naxçıvanda Andiranik, İrəvan və Qarsda Dro kimi quldurlar vəhşi niyyətlərini gerçəkləşdirdilər. Bunlar kim idi ki, böyük qəhraman xalqa qarşı belə divan tutsunlar? Təbii ki, çar Rusiyasından yardım alırdılar. Daşnaklar silah-sursatı, ordunu hardan əldə edə bilərdilər? Sual ortaya çıxır: bəs qəhraman Azərbaycan türkləri onların qarşısını ala bilmirdilərmi? Təbii ki, ala bilərdilər, amma necə? Türk-müsəlmanlar çar Rusiyasinin işğalı dövründə hərbi mükəlləfiyyətdən uzaq tutulur, orduya xidmətə aparılmır. Belə şəraitdə insanlarımız döyüş qabiliyyətini itirirdi. Xalqımız həmişə qəhrəmandı, amma düşmənin silahlı qruplaşmalarına qarşı orta əsrlərin taktikasından istifadə edib qalib gəlmək mümkün olmurdu. Bütün zamanlarda əli silahsız insanlara erməni daşnakları divan tutmaqda mahirdirlər. Lakin millətmiz özünün azadlıq, istiqlal mücadiləsini gücləndirdi və HÜRRİYYƏT qazandı. Bu hadisədən sonra millətmiz tarixinə ən böyük ŞƏRƏF GÜNÜNÜ yazdı - 28 mayda AXC-ni qurdu.

Tarix həmişə təkrar olunur. Əsrin əvvəllərində rusların birbaşa yardimı ilə xalqımıza qarşı soyqırım törədən ermənilər əsrin sonunda, daha dəqiq, 90-cı illərdə Qarabağda Şaumyanın törəmələri olan Robert Koçaryanlar, Serj Sarkisyanlar Sovetlərin köməyi ilə XOCALI SOYQIRIMINI törətdilər. Bu regionda türkləri tamamilə təmizləmək siyasəti 1918-ci ilədək müxtəlif üsullarla aparılırdı, amma 31 Mart tarixində GENOSİD səviyyəsində aparıldı. Əslində, 31 Mart simvolik bir gündür. Xalqımıza qarşı kütləvi zərbələr, qırğınlar 31 Mart çevrəsində məhdudlaşa bilməz. Məhz buna görə də ümummilli lider H.Əliyev tərəfindən tarixi həqiqət kimi, Azərbaycanlıların SOYQIRIMI GÜNÜ olaraq siyasi və hüquqi qiymətini aldı.

Bütün bunlar soyqırım haqqında qısa xronika idi. Problemlərmizin və bizə qarşı torədilmiş soyqırımların ümümmilli dərkinə gəldikdə isə, gərək nə qədər acı da olsa, biz də qüsurlarımızı danmayaq. Huseyn Nihal deyir: "Tarix ən yaxşı tərbiyə metodudur". İndi biz də düşmənlərimizi tanımalı, onlarla heç bir iltibasa keçməməliyik. Tarixdən bilirik ki, erməni-rus şovinistləri bizə qarşı cinayətləri kütləvi şəkildə 1905-1907, 1918-1920, 30-cu, 1948-52, 1988-1993-cü illərdə törətdilər. Hesab edirəm ki, tarixi problemlərimizə səbəblər axtararkən bu məsələlərə qlobal müstəvidə baxmaq lazımdır. çünki bizim ölkəmiz dünyanın ən zəngin təbii sərvətləri olan, ən əlverişli tranzit arealında yerləşir. Buna görə də qonşuluğumuzdakı imperiyalar bu ərazilərə yağlı tikə kimi baxıb. Hətta uzaq imperialist dövlətlər də bu gün vətənimizə göz tikib. Və bu gün biz bütün qüvvələrimizi birləşdirməliyik, bizi yalnız ÜMUMMİLLİ BİRLİK düşmənlərdən qoruya bilər. İsmayil bəy Qaspirallının "fikirdə, işdə, əməldə birlik" ifadəsinin tam zamanıdır. Bu gün biz gənclər heç bir yad ünsürlərə qoşulmamalı, başqalarının mənfur fikirləri ilə özümüzü və gələcəyimizi zəhərləməməliyik. Bütünlüklə azərbaycanlı olaraq ancaq Azərbaycan uğrunda yaşamalıyıq.

Bəzən bizə irad tuturlar ki, biz öz aramızda özümüz üçün danışırıq, dünya səsimizi eşitmir. Düzdür, dünya arenasında böyük miqyasda HAQQ SƏSİMİZ catdırılsa da, əksər hallarda bizim haqlı mövqeyimiz müdafiə edilmir. Biz artıq dünyanın gücünü və "ədalətini" görmüşük. O həmin dünyadır ki, əlləri 20 Yanvarda azərbaycanlıların qanına batmış M.Qorbaçova Nobel mükafatı verdi, neft maraqları üzündən ərəb ölkələrini viran qoyur... İndi bu dünyadan nə kömək gözləyək?

 

 

Əjdər Ərhun,

BDU, tarix fakültəsi

 

Təzadlar.- 2011.- 5-7 aprel.- S.9.