20 Yanvar gecəsindən keçən yolumuz...
O gecənin
ağır yükü hələ də
ürəyimizdə qalıb
(Əvvəli
ötən sayda)
...Seyid Lazım ağanın cəddinin hökmü sayəsində ağır fəlakətdən sovuşduq. Belə ki, birdən BTR çevrilərək başqa istiqamətə yön aldı. Artıq içimizdəki həyəcan, qorxu geridə qaldı. Baş verənləri kənardan izləyən digər yoldaşlarımızın da bizə tərəf gəldiyini gördük. Sonra Avtovağzala tərəf irəliləyib gözləmə salonunu özümüzə daldanacaq yeri seçdik. Bu zaman bir "Jiquli" bizə tərəf gəlib yaxınlığımızda dayandı. Sürücü maşından düşüb kövrəlmiş halda bizə yaxınlaşdı, sonra da özünü saxlaya bilməyib hönkür-hönkür ağlamağa başladı. "Allah onların bəlasını versin", - deyə həyəcandan tir-tir əsməyə başladı. Onu birtəhər sakitləşdirdik. Onun Bərdə rayonuna gedəcəyini öyrənəndə bir qədər rahatlaşdıq. Və yola düzəldik. Hətta bizi Ağdamadək aparacağını bildirdi. Baxış da daxil olmaqla bir hissəmiz "Jiquli"yə əyləşməli olduq. Qalan yoldaşlar da özləri üçün maşın axtarmalı oldular. Ehtiyatı əldən verməyən sürücü şose yoldan çıxıb məhəllə yolu ilə hərəkət etməyə başladı. Yol uzunu həyəcan içərisində fikirləşirdim ki, görəsən, hansı hadisələrlə üzləşəcəyik?!
Məhəllənin birində gözləmədiyimiz halda qarşımıza çıxan bir BTR-lə üzləşdik. Qəflətən sürətini artıran BTR içində olduğumuz maşının üzərinə gəlməyə başladı. Artıq həyatımız təhlükə qarşısında idi. Biz özümüzü itrsək də, sürücü çıxış yolu tapdı. Maşını yol ayrıcında sağa burulan yola döndərib bizi ölümün pəncəsindən xilas edə bildi. Sonra şəhərin digər bir küçəsi ilə irəliləməyə başladıq. Maşındakıların hərəsi bir səmtə diqqət yetirirdi. Bu zaman dəhşətli bir mənzərəinni şahidi olduq. Yolun üst tərəfində, kiçik bir təpəciyin ətəyində rus əsgərinin gülləsinə tüş gəlmiş soydaşlarımızın qan gölməçəsində yıxılıb qalmış cəsədlərinin üstünə ağ kəfən sərəməyə cəhd edən insanlar qarşıdan gələn tankın onlara yaxınlaşdığından, ehtiyatlanıb geri çəkilməyə məcbur oldular. Yolun sağ tərəfində, beş-on addımlıqda "Zil" markalı yük maşınının kabinəsinin açıq qapısından arxası üstə, əlləri yerə sallanılı qalmış cəsədi gördük.
Bu mənzərələr bizi sarsıtdı. Bu ağrılı, tükürpədici mənzərələrin təsiri altında irəliləyib şəhərin çıxışına çatanda hərdi postla qarşılaşdıq. Posta yaxınlaşanda pusquda duran, əlləlri silahlı zabitlər bizi gözləiyrmiş kimi maşını saxlatdırdılar. Biz maşından düşüb zabitlərin itaətində dayanmalı olduq. Onların arasında mayor rütbəli bir zabit ötkəm nəzərlərlə bizi süzdü. Onun qorxunc sifəti hamımızı vahiməyə saldı. Onda hiss etdim ki, bu qədər qırğından sonra haqsızlıq, zalımlıq, qəddarlıq hələ də onların içindən əriyib getməyib. O, sənədlərimizi tələb etdi. Hamımızın sənədlərini toplayıb ona təqdim etdik. Sənədləri gözdən keçirən mayor başını qaldırmadan bizi sorğu-sual etdi, haradan gəldiyimizi soruşdu. Krasnodar şəhərindən gəldiyimizi, bir də hərbi hissədə qulluq edən övladlarımızı görmək, onların hal-əhvalını öyrənmək məqsədində olduğumuzu bildirdim. Bu dediklərim, deyəsən, öz təsirini göstərdi\. Mayorun bayaqkı istehzalı baxışlarından əsər-əlamət qalmadı. O birdən-birə üzündəki ifadəni dəyişib bizə baxdı, mənə bir az artıq diqqət yetirdi və papağını gözünün üstə basıb, mənalı-mənalı gülümsündü, mümkün qədər sakit görünməyə başladı. O, bizə yanaşıb postdan keçmək üçün razılıq əlamətini bildirdi. Artıq bir neçə dəqiqə əvvəl keçirdiyimiz təşviş, həyacan təmamilə yox oldu. Vaxt itirmədən maşina oturub yolumuza davam etdik. Bir qədər getmişdik ki, ikinci hərbi postla üzləşdik. Buradan əvvəlki tərzdə olan yoxlamadan keçib postdan uzaqlaşmışdıq ki, daha bir post qarşımıza çıxdı. Bir göz qırpımında qarşımızı kəsən əli silahlı zabitlərin çağırış\ına bu dəfə ancaq sürücü getməli oldu. Uzun söhbətdən sonra yüksək rütbəli zabitlərdən biri sürücünü təhqir etməyə başladı, dişinin dibindən çıxanı onun üstünə yağdırdı. Onu müşayiət edən digər zabitlər fürsət gözləyirmiş kimi, sürücüyə tərəf gəldilər. Vəziyyət savaş həddinə gəlib çatmışdı. Birdən zabit geri çəkildi və onunla mübahisə edən sürücüyə atəş açmaq istədi. Sinəsinə tuşlamış avtomatın atəşindən sürücünü qurtarmaq üçün belə bir yol seçdim. Bir anda maşından sıçrayıb təngnəfəs halda özümü sürücüyə çatdırdım. ölümlə əlbayaxa olduğumuz bir vaxtda qəflətən sürücüyə bir şillə vurmaq məcburiyyətində qaldım. Sürücü özü də nə baş verdiyini bilmədi. Mən onu məzəmmət etməyə başladım. Həmin anda avtomatın tətiyindən əli boşalan zabit sinəsini gərib başının hərəkətilə geri qayıtmaq əmrini bizə işarə etdi. Maşına oturduq. Sürücü dərindən ah çəkib maşını işə saldı. Əmrə tabe olub Bakıya qayıtmalı olduq. Şəhərdən çıxmaq cəhdimiz alınmasa da, sürücü çıxış yolu axtarırdı. O, postdakı zabitlərin gözündən yayınıb maşını kələ-kötür bir yolla geniş düzənliyə çıxartdı. çətinliklə də olsa hərəkət edən maşın az müddətdən sonra şose yola çıxdı. Artıq hərbi postlar arxada qalmış, demək olar ki, təhlükədən sovuşmuşduq. Yoluna davam edən sürücü bu dəfə maşını sürətlə idarə etməyə başladı. çünki yollar bomboş idi. Nəqliyyatdan əsər-əlamət yoxuydu. Bu səbəbdən də yolboyu içimə indiyədək duymadığım bir yalqızlıq kədəri çökdü. Bütün keçirtdiyim daxili gərginliklər, qarışıq fikirlərlə bərabər, enişli-yoxuşlu yollardan keçib axşamın toranlığında Şamaxıya çatdıq. Sürücü yol kənarındakı yeməkxanaların birinin qarşısında maşını saxladı. Maşından düşüb yeməkxanaya girdik.
Stol arxasında yerbəyer oladan sonra yemək sifarişi verdik. Bir azdan stolumuza gələn təam boğazımızdan keçmədi.
Əlbəttə, bu, keçirmiş
olduğumuz qorxunun, həyəcanın əlamətlərindəndir
ki, elə bil boğazımız tikilmişdi. Yoldaşların təəccüb dolu baxışlarla bir-birini süzdüyünü görsəm
də, ağzımızı
açmağa belə,
taqətimiz qalmamışdı.
Hamı süstləşmişdi. Ancaq mənə elə gəlirdi ki, ağır xəstəlik
keçirməkdəyik. Elə bu vəziyyətdəcə
yeməkxanadan çıxdıq.
Maşına əyləşib yolumuza davam etdik. Yorğunluqdan göz qapaqlarım
ağırlaşmışdı. Bir də ayıldım ki, Ağdama çatmışıq. Maşından
düşüb yoldaşlarla
sağollaşmaq istəyəndə
hiss etdim ki, onlar vidalaşmaq fikrində deyillər. Mən isə evə tələsirdim. Odur
ki, yaxınlıqdakı
dayanacaqda müştəri
gözləyən taksilərdən
birinə oturub kəndimizə yola düşdüm...
Bundan sonra müstəqilliyimizə qarşı
Bakıda törədilən
qanlı hadisələrlə
əlaqədar rayonumuzda
keçirilən gündəlik
nümayiş və mitinqlərə qoşuldum.
Hər il dövlət
səviyyəsində 20 yanvar
qırğını xalqımız
tərfindən qan yaddaşımız olan bir gün kimi
yad edilir və eləcə də xarici ölkələrin telekanallarında
qanlı hadisə ilə bağlı tarixi həqiqətləri
bir daha dünyaya çatdırılır.
O vaxtdan neçə illər keçsə də, ağır kədərin, əzabla və qorxunc hadisələrin, gərgin mübarizənin amansız şahidi, iştirakçısı olan və həmin anların məqamlarını birgə yaşadığımız Baxışla uzun illər köçkünlük həyatımızda zaman bizi ayırsa da, yenidən onunla görüşümdə keşməkeşli həyatıma yeni səhifələr yazılardı...
Seymur Bayramov
Təzadlar.-
2011.- 17 dekabr.- S.11.