Gəlin sıx birləşək,
ay el-obalar!
(Poemadan bir parça)
Səadət ulduzu saçar
nurunu,
Ellərə göstərər öz uğurunu.
Yaş da yandırmasın daha qurunu,
Gəlin
sıx birləşək,
ay el-obalar!
Qorunun düşmənin yağlı
dilindən,
Fəlakət törədən fitnə-felindən!
İş mötəbər olar
öz təməlindən,
Gəlin
sıx birləşək,
ay el-obalar!
Badına
verməyin ömrü
fələyin,
Acı bəhrəsini duyun kələyin!
Tanrıdan mərhəmət,kömək
diləyin;
Gəlin
sıx birləşək,
ay el-obalar!
Adam var hiyləylə intiqam alır,
ürək-dirək verib arxayın salır.
Sonra ilan kimi arxadan
çalır,
Gəlin
sıx birləşək,
ay el-obalar!
çox şey doğulsa da Vətən doğulmaz,
Nə qədər işlənsə
torpaq dağılmaz!
İndi
sözü geri götürmək olmaz,
Gəlin
sıx birləşək,
ay el-obalar!
Həyatın həmişə qanunu
budur:
Haqq qalib,nahaqqsa məğlub
olubdur.
Qarı
düşmən indi qana dolubdur,
Gəlin
sıx birləşək,
ay el-obalar!
Düşmənə dost deyib etdik etibar,
Bilmədik qəlbində xəyanəti
var.
Aldı
yolumuzu çətin tufan, qar...
Gəlin
sıx birləşək,
ay el-obalar!
Niskilli könlümü qayğılar
alıb,
Canımı yandıran od-alov salıb.
Dağların yerində təpələr
qalıb,
Gəlin
sıx birləşək,
ay el-obalar!
Fərq
qoya bilməyi bacarsın hərə,
Qazancla ziyana, xeyirlə şərə...
Yoxsa millət düşər böyük zərərə,
Gəlin
sıx birləşək,
ay el-obalar!
Zahirdən bilinmir işin batini,
Düşünün hər işin aqibətini!
Ayırd
edə bilin asan,çətini...
Gəlin
sıx birləşək,
ay el-obalar!
Bunları saxlayın öz
yadınızda,
Mərdlik təməli var
soyadınızda!
Qarabağ sözü var öz adınızda,
Gəlin
sıx birləşək,
ay el-obalar!
Birləşib çıxsanız hamar
bir düzə,
Başqa bölgələr də birləşər sizə.
Onda Günəş doğar öz bəxtinizə
Gəlin
sıx birləşək,
ay el-obalar!
Bir canda qovuşaq Şəki,Şirvanla;
Gəncəylə,Qazaxla,gözəl Aranla.
Əl-ələ tutuşaq mərd
Naxçıvanla...
Gəlin
sıx birləşək,
ay el-obalar!
Belə
birləşmənin özəyində
siz,
Daha çox
yenilməz, çox mətinsiniz.
Ən çətin sınaqda çökmərsiniz diz,
Gəlin
sıx birləşək,
ay el-obalar!
Bu birlik xalqıma havadı, sudu;
Ata-babaların saf arzusudur!
Nicatın açarı, əlacı
budur,
Gəlin
sıx birləşək,
ay el-obalar!
çatdıraq kamına
çətin səfəri,
Səfərbər eləyək mərd
igidləri!
Hicran içindəyik nə vaxtdan bəri,
Gəlin
sıx birləşək,
ay el-obalar!
Biz öndə getməsək,bəs kim gedəcək?!
Bütün ölkə sizə
kömək edəcək!
Onda birliyini xalq göstərəcək,
Gəlin
sıx birləşək,
ay el-obalar!
Torpaqsız yaşamaq sizlərə
ardır,
Fədakar olmağa haqqınız
vardır!
Əhdiniz pozulmaz saf etibardır,
Gəlin
sıx birləşək,
ay el-obalar!
Torpağım fəryadla haray
qoparır,
Düşmənin əlində sinəsin yarır.
Zalım tale bizi hara aparır?!
Gəlin
sıx birləşək,
ay el-obalar!
Burdakı torpaqlar onu istəyir,
"O mənim bir parçam,canımdır"-deyir.
Onun bəhrəsini düşmənlər
yeyir,
Gəlin
sıx birləşək,
ay el-obalar!
Ay ellər, obalar, bu günkü gündə,
Daha sarsılmayaq
dara düşəndə.
Səfərbər olmağa hazıram
mən də,
Gəlin
sıx birləşək,
qarabağlılar!
Sizə
süd verəndə qeyrətli ana ,
Deyib ki,çəkməyin heç zaman yana!
Əsil
övlad olun Azərbaycana,
Gəlin
sıx birləşək,
ay el-obalar!
Sizə
çörək verən
o torpaqlara
Qoymayın düşmənlər vursunlar yara!
Dözün mətanətlə çətinə,dara,
Gəlin
sıx birləşək,
ay el-obalar!
İstərəm ağ olsun hər an üzünüz,
Qələbəyə dönsün kişi sözünüz
Bayrağı Şuşaya sancın
özünüz!
Gəlin
sıx birləşək,
qarabağlılar!
Dünya
yaxşı bilir,işimiz haqdır,
Haqqa xain çıxmaq ağır günahdı!
Daha bəs deyilmi,çox
qanlar axdı,
Gəlin
sıx birləşək,
ay el-obalar!
Olaq öz bağbanı bağçanın,bağın;
Yandıraq ellərin sönən çırağın.
Olaq xilaskarı Ana Torpağın,
Gəlin
sıx birləşək,
ay el-obalar!
Əjdər
Qiyaslı
İqtisadçı alim, şair
Təzadlar.- 2011.- 27 dekabr.- S.15.