Erməni jurnalistin sualları azərbaycanlı politoloqun
cavablarında
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri,
politoloq Elxan Şahinoğlu Ermənistanın "Tretya
sila+" qəzetinə müsahibə verib. Müsahibəni təqdim
edirik.
- Rəsmi Bakı
Qarabağı Azərbaycanın tərkib hissəsi,
qarabağlıları isə Azərbaycan vətəndaşı
adlandırır. Dövlətin vətəndaşları ilə
problemi varsa, ən azı onları dinləməlidir. Ancaq
Qarabağın dialoq çağırışlarına
Bakı hər zaman bombardmanla və raket atəşləri ilə
cavab verib. Dövlətin vətəndaşlarına olan bu
münasibəti sizi təəccübləndirmirmi? Yəni
masa arxasında oturub müzakirə etmək bu qədərmi
çətindir? Dialoq çağırışlarına
raket atəşləri ilə cavab verən dövlətdə
necə birgə yaşamaq olar?
- Əlbəttə,
Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi
olduğundan orada yaşayan insanlar da Azərbaycan vətəndaşlarıdır.
Bir vətəndaşın isə o birisindən
üstünlüyü yoxdur. Biz öz vətəndaşlarımızla
bir masa arxasında oturub müzakirələr
aparmalıyıq. Sadəcə, Dağlıq Qarabağda
yaşayan erməni vətəndaşlarımıza rəhbərlik
edənlər Ermənistan hakimiyyətinin təsiri
altındadırlar. Xankəndi İrəvanın təlimatı
əsasında fəaliyyət göstərir. Ermənistan kənara
çəkilən kimi, işğalçı qüvvələrini
bölgədən çıxaran kimi Azərbaycanın öz
erməni vətəndaşları ilə dialoqa
başlaması üçün heç bir maneə qalmayacaq.
- Azərbaycanın hakimiyyət
dairələri Dağlıq Qarabağa ən geniş muxtariyyət
verməyə hazır olduğunu açıqlayır.
"Geniş muxtariyyət" nə deməkdir? Bu,
keçmişdəki "dar" muxtariyyətdən nə ilə
fərqlənir? Muxtariyyət ermənilərə nə verəcək?
İndiyə qədər bir azərbaycanlı bu suala cavab verməyib.
Görünür, Bakı Dağlıq Qarabağa nə təklif
edəcəyini özü də bilmir...
- Dağliq Qarabağa
yüksək muxtariyyət o deməkdir ki, bölgədə
yaşayan ermənilər və azərbaycanlılar ən
böyük imkanlara sahib olacaqlar, yerli parlamentlərini, bələdiyyələrini,
idarəetmə orqanlarını formalaşdıra biləcəklər.
Dağlıq Qarabağın erməni əhalisi Ermənistanla
təmaslarını əvvəlki kimi maneəsiz davam etdirə
biləcək. Dağlıq Qarabağdakı rejim bircə
müstəqillik tələb etməsin, bu bölgəyə
istənilən şəraiti yaratmaq olar. Bu həm
Dağlıq Qarabağın inkişafına, həm də Azərbaycan-Ermənistan,
o cümlədən Ermənistan-Türkiyə münasibətlərinin
normallaşmasına yol açar.
- Qarabağ 23 ildir Azərbaycanla
döyüşür ki, "muxtariyyət" əldə
etsin. Azərbaycanda yaşayan yüzminlərlə ləzgi və
talış Azərbaycana qarşı heç bir müharibə
aparmasalar da, "dar" muxtariyyətə belə yiyələnə
bilməyiblər. Sizcə, bu ədalətsiz yanaşma deyilmi?
Azərbaycanla savaşanlara geniş muxtariyyət təklif
edildiyi halda Bakıya loyal olanlar ən adi hüquqlara malik
deyillər. Talış və ləzgilər öz dillərində
tədris ala bilmir, televiziyaları yoxdur...
- Məgər dövlətdə
yaşayan hər azsaylı xalqın muxtariyyəti
olmalıdır? Belə çıxır ki, ABŞ-ın
hansısa ştatında ispandillilər çoxluq təşkil
edirsə onlara avtomatik muxtariyyət verilməlidir. Azərbaycanda
talış və ləzgilərin öz dillərini və mədəniyyətlərini
yaşatmaq və inkişaf etdirmək üçün
heç bir problem yoxdur. Azərbaycanın başqa bölgələrində
durum necədirsə talış və ləzgilərin
çoxluq təşkil etdiyi bölgələrdə də vəziyyəti
oxşardır. Bu gün talış və ləzgilərin
çoxluq təşkil etdiyi bölgələrdə sənaye
və turizm obyektləri tikilir. Misal üçün, Azərbaycanın
bölgədə ən müasir qış turizm obyekti
hazırda ləzgilərin daha kompakt yaşadığı
Qusarda inşa edilir. Bu obyekt istifadəyə verildikdən yerli
əhali üçün xeyli iş yeri açılacaq. Bu
yalnız bir nümunədir.
- Dağlıq Qarabağ ərazisində
1600 qədim erməni abidəsi və 2 məscid var.
Dağlıq Qarabağda ən qədim erməni abidəsi
eramızdan əvvəl 4-cü əsrdə tikilib, ən qədim
məscid isə XVIII əsrdə inşa olunub. Sizcə, belə
olan halda min illərlə Dağlıq Qarabağda kim
yaşayıb və bu torpaqlar kimə məxsusdur?
- Dağlıq
Qarabağın qədim tarixdə kimə məxsus olması
mövzusu köhnəlib. Təəssüf ki, separatizmə məhz
bu kimi iddialar səbəb olmuşdu. Bəzi erməni
tarixçilərinin irəli sürdüyü iddialara
qarşı azərbaycanlı tarixçilərin də bir o qədər
və ondan da çox iddiaları olar. XXI əsrdə "min
il əvvəl bu ərazi bizim olub" iddiaları ilə
problem həll etmək bizi orta əsrlərə sürükləmək
deməkdir. Eyni iddianı mən də irəli sürə bilərəm
ki, nədən Dağlıq Qarabağda ermənilərin 200
il əvvəl İrandan Dağlıq Qarabağa köçmələrini
əks etdirən abidə sökülüb? Halbuki həmin
abidəni erməni heykəltəraş
hazırlamışdı. Biz keçmişə yox gələcəyə
baxmalıyıq. Əgər beynəlxalq münasibətlərdə
"bu torpaqlar qədim keçmişdə bizim olub" fəlsəfəsi
işə düşsə, gərək dünya xəritəsi
tamamilə dəyişə.
- Bu yaxınlarda Azərbaycan
prezidenti İlham Əliyev deyib ki, əslində Ermənistan
paytaxtı Azərbaycan şəhəridir. Erməni
çarı Birinci Arqişti bunu eşitsəydi, hər halda,
qəbrində çönərdi. Siz də Yerevanı Azərbaycan
şəhəri sayırsınız?
- Erməni tərəfi Azərbaycan
şəhərlərinin adlarını dəyişib erməniləşdirəndə
adekvat cavab alacağını düşünməliydi. Azərbaycan
şəhəri olan Ağdamın adının dəyişdirilməsi
hansı məntiqə uyğundur? Siz Dağlıq
Qarabağın paytaxtına Stepanakert, biz isə ilkin adı ilə
Xankəndi deyirik. Məncə, bu problem deyil. Ancaq ermənilərə
heç bir aidiyyəti olmayan Ağdamın adının dəyişdirilməsi
başdan-ayağa absurddur.
- Yeni Azərbaycan
versiyasına görə, qədim erməni abidələri əslində
qədim alban abidələridir. Onda nəyə görə bu
abidələrdə erməni hərfləri gözə dəyir
və nəyə görə Azərbaycan hakimiyyəti
Naxçıvanda olduğu kimi "öz" abidələrini
məhv etməklə məşğuldur?
- Siz tarixi məqamlara yaman
çox önəm verirsiz. Biz irəli baxmaqdansa orta əsrlərə
gedib çıxırıq. Əlbəttə, qədim tarixi
abidələr qorunmalıdır, ancaq buna hər iki tərəf
riayət etməlidir.
- Necə
düşünürsünüz, üçüncü
dövlətin partiyası qonşu ölkənin ərazi
problemini həll edə bilərmi? Məsələn, Müsavat
Partiyası Estoniyanın bir hissəsini Litvaya bəxşiş
edə bilərmi? Əgər bu mümkün deyilsə, vaxtilə
bolşeviklərin Qarabağı Azərbaycana verməsini necə
izah etmək olar?
- Məgər bolşeviklər
olmasaydı, Qarabağ Ermənistana veriləcəkdi? Sizin
sözlərinizdən belə çıxır ki, tarixdə
Qarabağ xanlığı da olmayıb. Sizcə,
"xanlıq" türk sözüdür, yoxsa erməni?
Qarabağı illər boyu xanlar idarə edib. O xanlar ki,
İranla qanlı döyüşlər aparıblar, Rusiya ilə
sazişlər imzalayıblar. Yerevan Qarabağın erməni
torpağı olduğunu iddia edir. Ermənistandakı bəzi
dairələr eyni məntiqlə Gürcüstanın
Axalkalaki bölgəsinin də qədim erməni
torpağı olduğunu iddia edirlər. Bəs onda niyə
Gürcüstana qarşı torpaq iddiası irəli
sürmürsünüz və ya oradakı erməniləri
silahlandırmırsınız?
Əslində Ermənistandakı
dairələrin imkanı olsaydı, Axalkalakini zəbt etmək
planlarını hərəkətə gətirərdilər.
Sadəcə, Ermənistan üçün indiki şəraitdə
Dağlıq Qarabağ məsələsini həll etmədən
Gürcüstana girişməsi məqbul deyil. ümumiyyətlə,
heç düşünmüsünüz ki, niyə bölgə
separatizmi haqqında danışdıqda öncə Ermənistan
yada düşür? Ermənistanın 3 qonşusuna - Azərbaycana,
Türkiyəyə və Gürcüstana torpaq iddiası var.
Yenə Gürcüstanı
misal çəkmək istərdim. Ermənistan rəsmiləri
Gürcüstanı dost dövlət adlandırırlar. Bəs
belə isə niyə Gürcüstan rəsmiləri və
ictimaiyyəti məhz Azərbaycanı əsas tərəfdaş
adlandırır? Cavab sadədədir. Çünki Azərbaycan
Gürcüstana köməyini, dəstəyini əsirgəmir.
1990-cı illərin ortalarında Azərbaycanın enerji
resurslarından qazancı olmadığı illərdə belə
Bakı Gürcüstanda yaranan ağır vəziyyəti nəzərə
alaraq qonşusuna elektrik enerjisi ötürürdü. Halbuki
Gürcüstanla qonşu kəndlərimiz o zaman
qaranlığa qərq olmuşdu.
Cənubi Osetiyadakı
ağır müharibədən sonra Azərbaycan yenə
Gürcüstana yardım əlini uzatdı. Azərbaycan bu
gün Gürcüstanın əsas iqtisadi tərəfdaşıdır.
İki ölkə yalnız enerji sahəsində əməkdaşlıq
etmir, Azərbaycan Gürcüstanın qeyri-neft sektoruna
investisiyalarını atırır. Çünki mehriban
qonşuluq, dostluq məhz bu növ əməkdaşlıq
üzərində qurulur. Gürcüstanda kompakt yaşayan azərbaycanlıların
sayı orada yaşayan ermənilərin sayından çox
olsa da, azərbaycanlılar heç zaman separatizmə baş
vurmayaraq, Tiflisə problem yaratmadılar. İndi
özünüz fikirləşin ki, niyə Gürcüstan
üçün Azərbaycan Ermənistandan daha faydalı
partnyordur.
- Sizcə Türkiyə Kiprdən
qoşunlarını çıxarmalıdırmı və
ümumiyyətlə Kipr problemi necə həll
olunmalıdır?
- Kipr probleminin həllinin
hansısa mərhələsində orada yerləşən
Türkiyə silahlı qüvvələrinin adadan
çıxarılması müzakirə predmeti ola bilər.
Ancaq bundan əvvəl adada yaşayan türklərə təhlükəsizlik
təminatı verilməlidir.
- Məlumdur ki, Bakıda
İranın şimal əyalətlərini Azərbaycanın
tərkib hissəsi kimi görürlər. Sizcə, İran azərbaycanlıları
öz müqəddəratlarını müəyyənləşdirməlidirmi
və ümumiyyətlə bu məsələ necə həll
olunmalıdır?
- İranın şimal əyalətləri
qədim Azərbaycan torpaqlarıdır və Ermənistanın
hakim dairələrindən fərqli olaraq İran rəsmiləri
əyalətlərin adını dəyişdirməyiblər.
İranda Qərbi və Şərqi Azərbaycan kimi toponimlər
işlədilir. İran azərbaycanlılarının bir hissəsi
öz ana dillərində yazmaq və oxumaq istəyirlər, mədəniyyətlərinin
inkişafını vacib sayırlar. Cənubi Azərbaycanın
İrandan ayrılaraq Azərbaycan Respublikasına birləşdirilməsindən
söhbət getmir. Söhbət İranın demokratikləşməsindən
və orada yaşayan xalqların hüquqlarının
artırılmasından gedir.
Biz tarixin dalınca
qaçıb və həqiqətən vaxtilə var olan
"Böyük Azərbaycan" yaratmaq ideyasından
uzağıq. Ancaq şimallı, cənublu hər bir azərbaycanlı
haqlarının artırılması və bir-birləri ilə
əlaqələrin genişləndirilməsini istəyir. Azərbaycan
Dağlıq Qarabağda yaşayan ermənilərin də eyni
haqlara sahib olmasını istəyir. Yəni Dağlıq
Qarabağdakı ermənilər də öz dillərində
yazıb, oxumaq və mədəniyyətlərini inkişaf
etdirmək haqlarına sahib olmalıdırlar. Dağlıq
Qarabağ ermənilərinin Ermənistanla sıx əlaqə
qurmasını əngəlləməyi də Azərbaycanda
heç kim düşünmür.
Təəssüf ki,
bütün bu istəklər kənara atılaraq Ermənistanda
yalnız müstəqllikdən danışırlar. Ermənistan
və Dağlıq Qarabağdakı insanlar başa
düşməlidirlər ki, dünyada elə bir azərbaycanlı
tapılmaz ki, bölgənin müstəqilliyinə
yaşıl işıq yandırsın.
Bir məqamı da deyim. Ermənistanın
hakim dairələri İran hakimiyyəti ilə sıx təmaslara
çox da alüdə olmasın. Doğrudur, İrandakı
rejim Azərbaycan Respublikasının inkişafından
ehtiyatlanır, çünki bu halda Azərbaycan Respublikası
İranda yaşayan azərbaycanlılar üçün daha
çox cəlbedici görünür. Onsuz da Tehran lazımi
siyasi islahatlar həyata keçirməsə, İranda
yaşayan azərbaycanlıların fəallığının
qarşısını ala bilməyəcək. Bu gün
İrəvanın Təbrizdə konsulluğunun
açılması gümdəmdədir, Ermənistan-İran
qaz boru xətti işləyir. Ancaq kim zəmanət verə
bilər ki, Dağlıq Qarabağda savaş
başlayacağı halda İranda yaşayan azərbaycanlılar
qardaşlarının ölümünə seyrçi qalacaqlar
və Ermənistanın Təbrizdəki konsulluğu da rahat
çalışacaq, İran-Ermənistan boru xəttindən
də davamlı qaz ötürüləcək. Ona görə
də 3 milyonluq Ermənistan Dağlıq Qarabağa müstəqllik
tələb edərkən, 9 milyonluq Azərbaycanın üzərinə
İranda yaşayan 30 milyon azərbaycanlının da
narazılığını əlavə etməlidir.
- Azərbaycanın hakimiyyət
mənsublarının sözlərinə görə, əgər
Ermənistan və Dağlıq Qarabağ "konstruktiv
yanaşma" ortaya qoymasa, Azərbaycan ordusu hücuma
keçəcək. 1994-cü ildə Azərbaycan prezidenti
Heydər Əliyev və digər rəsmilər
- Çoxlarına bəllidir
ki, Dağlıq Qarabağdakı qüvvələr Azərbaycan
ordusu üzərində qələbə qazana bilməzdi. Azərbaycan
ordusu 1990-cu ilin əvvəllərində Xankəndinin bir
neçə kilometrliyinə yaxınlaşmışdı.
Rusiyanın təcili göndərdiyi silahlar,
generallarının planları və Azərbaycan ordusu
içində təxribatları olmasaydı, Ermənistan
torpaqlarımızı işğal edə bilməzdi.
Bəli, belə bir şəraitdə
Azərbaycan atəşkəs imzalamaq məcburiyyətində
qaldı. Bu dəfə vəziyyət fərqlidir. Azərbaycan
ordusu möhkəmlənib, texnikası artıb və
müharibə başlayacağı halda bu dəfə nəticə
Ermənistan üçün yaxşı olmaya da bilər.
Ancaq aydındır ki, müharibə hər iki tərəfə
böyük itkilər verəcək. Ona görə əgər
Ermənistan hakimiyyəti müharibə istəmirsə,
bölgədə davamlı sülhün tərəfdarıdırsa
bu gün masa üzərində olan
Təəssüf ki, Ermənistan
və Dağlıq Qarabağdakı rejim statusu müəyyənləşdirəcək
referendumdan ikiəlli yapışıb. Sizi inandırıram
ki, işğal altındakı torpaqlar boşaldılsa, məcburi
köşkünlər geri qayıtsalar, Dağlıq
Qarabağa gərəkli təhlükəsizlik təminatı
verilsə, bununla da Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə
münasibətləri normallaşsa, bundan hamı xeyir
götürəcək. Bəlkə də referenduma ehtiyac
qalmayacaq. Dünya qloballaşır, sərhədlər şəffavlaşır,
yeni dövlət yaratmaq kimə xeyir verə bilər?
Ermənistanda Kosovo modelindən
ağızdolusu danışırlar. Dünyada onlarca yüksək
muxtariyyət modeli var, onlara niyə müraciət etməyək?
Məhz yüksək muxtariyyətlər sabitlik və rifah gətirir.
Tatarıstan və ya Cənubi Tirol hansı müstəqil
dövlətdən pis yaşayır? Dağlıq Qarabağda
yüksək muxtariyyət modeli tətbiq olunarsa, Azərbaycan
neft və qazından əldə etdiyi gəlirin bir hissəsini
bölgənin inkişafına xərcləməyə
hazırdır. Məgər Dağlıq Qarabağın indiki
iqtisadi vəziyyəti qənaətbəxşdir və ya
bölgədə yaşayan ermənilər Ermənistanın
bölgəyə ayırdığı ianələrdən
razıdırlar?
- Müşahidəçilərin
yekdil fikrinə görə, ATƏT-in Astana sammitində Azərbaycan
təklikdə qaldı. Beynəlxalq vasitəçilər Ermənistanın
münaqişənin həllinə yönəlik 3 bəndlik
mövqeyini - gücdən istifadə etməmək,
xalqların öz müqədərratını təyin etmə
və ərazi bötüvlüyü prinsipini dəstəklədilər.
Bakı bu yalnızlıqdan necə çıxmağı
düşünür?
- Azərbaycan təklənməyib,
dünya dövlətləri əvvəlkitək Dağlıq
Qarabağı Azərbaycanın tərkib hissəsi
sayırlar. Astana sammiti isə həqiqətən fiaskoya
uğradı. Rusiya prezidentinin il yarımlıq fəal vasitəçiliyi
də işə yaramadı. Sülh təşəbbüslərinin
nəticəsiz qalması bölgədə lokal
toqquşmaların başlaması ehtimalını
artırır. Top Ermənistanın meydanındadır.
Vaqram AĞACANYAN,
Ermənistan, "Tretya sila+",
(Təqdim etdi:"Media forum")
Təzadlar.- 2011.- 1 fevral.- S.9.