Bizi
Tufanlarda yıxılmadıq,
Yıxdı çətin yollar bizi.
Tələ qurdu - çidar oldu,
Buraxmadı "kollar" bizi.
Uzandıqca yollarımız,
Başçı oldu kallarımız-
Zay eylədi
kallar bizi!..
Hər nadana
"qanan" dedik,
Yad ifritə
"canan" dedik,
Çor deyənə
"haycan" dedik,
Oynatdı yad vallar bizi.
Züy tutduqca hər avaza,
"Yarın"dıqca
yaramaza,
Qənim çıxdı
Qınadı kar, lallar bizi.
Milyonları verdik bada,
Diri-diri yandıq
oda,
Hürr etsə
də bizi Xuda,
Buraxmadı qallar bizi.
Kin köksünü
deşə-deşə-
Tələ qurdu haqq gedişə-
Ermənini qatdı
işə...
Əzdi sarı,
çillər bizi!
Əzilsək də üzülmədik...
Ulu türkük
- həmin mərdik,
Pöhrələndik şölələndik!
Alqışladı ellər
bizi!..
O dünya
Bir əbədi
gedər-gəlməz yoludur,
Nəşimizlə dolasıdır
o dünya!
Bu dünyanın
barın-bağın, bostanın...
Aram-aram yolasıdır
o dünya!
,,Çox-çox qurğu-büsatları
dağıdır...
"Mənəm-mənəm"
deyənlərə yağıdır-
Apardığı bir dəst kəfən ağıdır,
Bir də ki, "göz qarası"dır o dünya!
Milyon-milyon çal-çağırı
susdurur
Qaniçənə son anda qan qusdurur!
Baş kəsənin
başın dibdən
kəsdirir,
Əzrailin qalasıdır
o dünya!
Bünövrəsin Adəm,
Həvva qoyandı...
Fironların dərisini
soyandı,
İsgəndərin fateh gözün oyandı,
Bu dünyanın
mirasıdır - o dünya!
Şərə batıb:
"Peyğəmbərəm" deyənlər,
Zöhhaklar tək insan beyni yeyənlər,
Ömür boyu haqqın yükün əyənlər,
Sizə məhşər
qurasıdır o dünya!
Bu dünyanın
əkdiyini biçəndi,
Hatəmlərə nur cənnəti seçəndi,
Qatil Kiri cəhənnəmə çəkəndi,
Tomris ana laylasıdır o dünya!
Tora saldı
sultanları, şahları...
Heç bir yana yetişmədi
ahları,
Haqqa bəla
harınları, toxları
Cəhənnəmə alasıdır
o dünya!
Elə ki, sən əl uzatdın harama,
Duz səpirsən
qövr eləyən yarama,
Bu dünyadan
haqq - azadlıq arama,
Haqq - azadlıq
talasıdır - o dünya!
Ey Səfərli,
ötür əcəl
karvanı
Hara çəkir yerin-göyün
Soltanı?!
Pak əməllər
yaşadacaq cahanı,
Zalıma üz qarasıdır o dünya!..
Xalqım zəfər çalmayanda
Necə yara yar deyim mən,
Yar qəhrimə qalmayanda?!
Çəkdiyim yurd həsrətinə -
O da şərik olmayanda?!
Dönük çıxır
dostlarım da
Tutuşuram yanar oda!
Yurd-yuvamız qalar yada,
El döyüşə
qalxmayanda!..
Təklənəndə söz qılıncım,
Kəsir məni
öz qılıncım,
Qəlbdə açır
iz qılıncım,
Xalqım zəfər
çalmayanda...
Müqəddəs amala çatmamışam
mən
Sənə tapınandan,
qadir Allahım!
Halalı harama qatmamışam mən.
Dar gündə
olmusan arxam arxam, pənahım,
Namərd körpüsündə yatmamışam
mən.
Vətən sevgisilə
dolmuşam yaşa,
Vəfalı olmuşam
dosta, sirdaşa,
Sadiq yaşamışam,
torpağa, daşa...
Ruhu təmənnaya satmamışam
mən.
Əqidə yolunda dönmüşəm şama,
Dönük çıxmamışam
eşqə, ilhama,
Min-min çətinliklə
girib qiyama,
Haramın havasın udmamışam mən.
Fitnəkar quldurlar
çıxanda başa,
Nadanlar aqili basırlar daşa...
Xəyanət edəndə
qardaş-qardaşa,
Haqlayıb-günaha batmamışam
mən!..
Nurlu yollarında
yolçu olmuşam
Göylər tutulanda
mən də dolmuşam!
Ulu dərgahına
səcdə qılmışam
Sellərə qərq
olub itməmişəm
mən!..
Hər şeydən
ucada duran da Sənsən!
Külli-aləmləri quran da Sənsən!
"İncil"
də, "Tövrət"
də, "Quran" da Sənsən!
Adına sənasız ötməmişəm
mən.
Adın sifətində
əmanətindir,
Fəxrim, ülviyyətim,
qüdsiyyətimdir!
Məni yaşadan
da məhəbbətindir-
Məhəbəbti ucuz tutmamışam mən!
Tamama yetməmiş
hələ üç
yaş da-
Alın yazısını
seyr etdim başda...
Dünyanı bürüyən
qanlı savaşda
ölümün dəhşətin
dadmamışam mən.
Sənin qüdrətini
duyandan bəri-
Göyləri müqəddəs
sanır Səfərli..
Bağışla, Allahım,
qərinələri
Keçsəm də, amala çatmamışam
mən!
Qeyd: 1942-ci ildə
- II Dünya müharibəsinin
tüğyan etdiyi zaman - hər yerdə olduğu kimi, bizim kəndimizdə
də insanlar acından qırılırdı.
Hər gün kəndimizdən
2-3 meyit çıxırdı.
Mirvari nənəm bizi - dayılarımı və
xalalarımı Beyləqan
(o vaxtkı Jdanov) rayonuna apardı. Pambıqçılıq rayonu
olduğu üçün
orada talonla hər işçiyə gündə 500 qram, uşağına isə
200 qr çörək
verirdilər.
Bir gün 3 ¹-li şöbəyə
səs düşdü
ki, itlər qəbirləri eşib meyitləri yeyir.
Nənəmgilin "alın yazısı"ndan
etdiyi söhbət məni çox maraqlandırırdı. Qışın çiskinli boz havasında qəbiristana yollandım. Bir kişi də
furqonda kəfənsiz
bir meyit gətirirdi. O, tək idi. İtlər bizi görüb
qəbiristanlıqdan qaçdı.
Qəbiristanlıqda əti getmiş
bir insan kəlləsinə rast gəldim. Onun alnı tamam
(ərəb əlifbasını
xatırladan) yazıdan
ibarət idi. Şeirin 8-ci
bəndindəki "alın
yazısı" ifadəsi
həmin müşahidəmə
əsaslanır. O, vaxt
üç yaşım
hələ tamam olmamışdı.
Niyazxan Səfərli
Təzadlar.- 2011.- 5-8 fevral.- S.14.