Osman Gəzəkər
Turqut Ərə cavab Verdi
(Əvvəli ötən
saylarda)
Azərbaycan-Türkiyə münasibətlərində uzun müddət xidmətləri olmuş Osman Gəzəkərin
"Təzadlar" qəzeti
vasitəsilə açıqlamaları
"Mənim Azərbaycanda
qürur duyduğum bir sıra insanlar
var. Onlardan biri də daxili işlər naziri sayın Ramil Usubovdur"
- Osman bəy, Turqut Ər qeyd edir
ki, siz Azərbaycanda
diplomatik fəaliyyətə
başlayan kimi dərhal Azərbaycan iqtidarının xüsusi
qayğısı və
diqqətinə malik olan müstəsna adam olmusunuz. Sizə xüsusi mənzil şəraiti və səfirin belə, malik olmadığı minik avtomobili və digər şəraitlər
yaradılmışdı.
- Hər
bir insan öncə sözünün
məsuliyyətini dərk
etməlidir. Mən Turqut Ərin iddia etdiyi kimi,
Bakıda diplomatik vəzifədə çalışdığım
zaman düz üç il rəhmətlik Əbülfəz
Elçibəyin çox
yaxın qohumlarının
birinin evində, yəni "Nizami" metrostansiyasından bir qədər yuxarıda kirayədə yaşamışam.
Bu ailənin çox böyük maddi sıxıntısı var
idi. Sadə bir mənzildə həm ev sahibi
məndən, mən də onun əxlaqlı
bir insan olmasından çox məmununluq duymuşuq. Mənə ən çox xoş gələn də mənzil sahibinin böyük türkçü
insan olması idi. Mənə şəxsən Azərbaycan
iqtidarı tərəfindən
xüsusi mənzil verilməsi, xidməti maşın hədiyyə
edilməsi hadisəsi
olmayıb. Turqut Ər əsassız olaraq iddia edir
ki, guya Türkiyə səfiriliyinin
malik olmadığı
yüksək səviyyəli
qayğı mənə
olub. Halbuki o zaman
- Sizinlə
bağlı qeyd olunan iddialardan biri də guya
Azərbaycanda polis rejiminin
qurulmasında yaxından
iştirak edən əsas simalardan biri olmusunuz. Hətta o zamankı səfir Altan Karamanoğlu belə, sizin təyinatınızdan
narazı olub.
- Öncə
onu qeyd etmək istəyirəm ki, mənim səfirlikdə əmniyyət
müşaviri vəzifəsində
fəaliyyətə başlamağım
o zaman səfir vəzifəsində çalışan
Altan Karamanoğlunun da təəccübünə səbəb
olmuşdu. Turqut Ər bu faktı
haqlı olaraq qeyd edir. Ancaq
səfirliyin nəzdində
belə bir statusla mənim çalışmağımın əsas mənası "bir millət-iki dövlət" maraqlarını
uzlaşdıran səbəblərdən,
eyni zamanda bir sıra uzlaşmaları
daha da dərinləşdirmək,
çevik şəkildə
bu prosesin inkişaf etdirilməsi məqsədini güdüb.
Onu da qeyd
etməyi zəruri bilirəm ki, iki dövlət arasında qarşılıqlı
güvənlik məsələsinin
dərinləşməsi, Azərbaycandan
Türkiyədəki polis akademiyalarında
müasir standartlara cavab verə biləcək kadrların təhsil alması kimi məsələləri
həll edirdik. İndi aradan xeyli müddət keçib. Belə bir təhsil siyasəti əslində Azərbaycanın keçmiş
sovet təfəkkür
tərzindən uzaqlaşması,
müasir dünya standartlarına uyğun kadr siyasətinin tərkib hissəsi kimi başa düşmək lazımdır.
Mərhum prezidentimiz Heydər Əliyev belə bir fəaliyyətə
xüsusi önəm verirdi. Türkiyədəki
polis akademiyalarında təhsil
almış həmin kadrlar bu gün
Azərbaycanda xidmət
edirlər. Şəxsən
bu yöndəki xidmətimdən çox qürur duyuram. Mənim Azərbaycanda qürur duyduğum bir sıra insanlar
var. Onlardan biri də daxili işlər naziri sayın Ramil Usubovdur. Onunla diplomatik fəaliyyətim müddətində çox
sıx təmaslarımız
olub. Hər iki dövlətin arasında dərin tellərin bağlanılmasında
onun xidmətlərinin
misli yoxdur. O, sadəcə, bu barədə başqaları
kimi danışmağı
sevmir. Əsl dövlət xadimi etdiklərini dövlətinə
və millətinə
sədaqət andı
kimi qəbul edir. Mən bu mənada, Ramil Usubovdan çox razıyam.
- Turqut Ər sizinlə bağlı daha bir iddia ortaya
qoyub ki, Osman Gəzəkər diplomatik səlahiyyətini
aşaraq, Bakıda çoxlu sayda restoranlar şəbəkəsinə
malik idi.
- Bəli,
mən qeyri-rəsmi şəkildə bir insanlıq borcu kimi bu yöndə
bir sıra addımlar atmışdım.
Bakıda fəaliyyət
göstərən bütün
universtitetlərdə xeyli
sayda türkiyəli tələbələr təhsil
alırdılar. Onların
əksəriyyəti kasıb
ailələrdən çıxmış
insanlar idi. Bu tələbələrin hansı
qayğılar və maddi sıxıntılara malik olduqlarını zatən Turqut Ər, digər səfirlik işçiləri
də bilirdilər. Mən öz təşəbbüsümlə həmin tələbələrin
gənclik yaşında
belə bir maddi və mənəvi
sıxıntılar içində
əzab çəkmələrinə
dözə bilmirdim. Onlara imkanımız daxilində nə qədər dəstək olsaq da, bütün
bunlar etdiklərimizin qarşılığında çox
cüzi idi. Onlar bəzən bir dəfə etdiyimiz yardım və dəstəyin qarşılığında ikinci
dəfə bizə müraciət etməyə
utanırdılar. Buna görə
də həmin gəncləri bir araya gətirərək, dərs saatlarından sonra hər hansı bir kafedə və restoranda çalışmaları
üçün imkan
yaradılmasına onlara
dəstək oldum. Demək olar ki, tələbələrin
hamısı burada pulsuz qidalanırdılar. Eyni zamanda öz
maddi problemlərinin həllində bir sıra uğurlar da əldə etmişdilər. Elə tələbələr var
idi ki, Bakıdan
Türkiyədəki kasıb
ailəsinə belə
maddi cəhətdən
kömək etməyə
başladılar. Turqut
Ərin bütün bunlardan xəbəri yox idi. çünki
onun başı iş rejimi bitdikdən sonra bahalı viskilər içməyə qarışmışdı.
Turqut Ərin heç xəbəri belə yoxdur ki, mənim həmin restoran və kafelərdən bir quruş da olsa xeyrim
olmayıbdır. çünki
həmin kafe və restoranları tələbələrin özləri
icarəyə götürürdülər.
Mən, sadəcə,
onlara qarşı
problem yarandığı təqdirdə,
rəsmi şəxs qismində kömək etmişəm. Belə bir dəstəyin nəticəsi olaraq, türkiyəli tələbələrin
başqa mənasız
əməllərə qurşanmasının
qarşısı alınırdı.
O zaman Turqut Əri daha çox
əntiq malların ticarətilə maraqlandırırdı.
Mən çox-çox
sonralar onun belə bir qeyri-rəsmi
fəaliyyətindən xəbər
tutmuşam. İndi bəlli olur ki, Turqut Ər
Azərbaycan rəssamlarını
içki məclislərinə
dəvət edərək
onların qiymətli sənət əsərlərini
çox ucuz qiymətə almaq siyasətini aparırmış.
O zaman Azərbycanda çox ucuz qiymətə aldığı
həmin qədim sənət əsərlərini
bu gün Türkiyədə çox
baha qiymətə satmaqla məşğuldur.
- Osman bəy, Turqut Ər iddia edir
ki, siz Azərbaycanda
diplomatik xidmətdə
olduğunuz zaman qardaş Türkiyəyə
qarşı fəaliyyət
göstərən PKK-çılarla
əlaqədə olubsunuz
və eyni zamanda onların himayə olunmasında yaxından iştirak etmisiniz. Bu iddalar nə qədər doğrudur?
(Ardı var)
Ənvər Yusifoğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü
Təzadlar.- 2011.- 10-12 fevral.- S.7.