Qan yaddaşı

 

Nazim Tapdıqoğlunun (Vəlişovun) "Azərbaycan faciələrinin təqvimi" kitabını oxuyarkən

 

Oxudum kitabı, dəhşətə gəldim,

Qəmin dəryasında vəhşətə gəldim.

Fikirlər, xəyallar başımdan aşdı,

Dağları, daşları, eli dolaşdı

Bu məzlum millətin yoxmu pənahı?

Sülhsevər millətin olmur günahı.

Bu adi təqvim yox, bir salnamədir.

Yanında onlarca kitab de nədir?

Hər cümlə altında qanlı tarix var,

Hər oxuyan ondan bir ibrət alar.

Burada hər bir fakt gözə ox sancır,

Adamın qəlbini eyləyir qançır.

Mən "Əhsən!" deyirəm kitab yazana,

Dərdləri nəql edən qəmli ozana.

Tərcümə olunsun bütün dillərə,

Həqiqət car olsun bütün ellərə.

Yoğrulub tarixim faciələrdən,

Qovrulub oxudum bu kitabı mən.

Çıxarsaydı bundan nəticə millət,

Çəkməzdi, əlbəttə, bu qədər zillət.

Bu kitab hayların üzün açır,

Nadanlar beyninə o, işıq saçır.

"Soyqırım" sözünü kimlər işlədir-,

Bilsinlər haqq nədir, ədalət nədir

Tərsalar xalqıma kəsilib qənim,

Qəzəbə tuş gəlib millətim mənim.

Qəsblər kiçildib Vətənimizi,

"Kürəkçay", "Gülüstan", Türkmənçay" bizi.

Bölünə-bölünə xırdalanmışıq,

Kiçik bir quzeydə daldalanmışıq.

Türkün türkdən başqa qeyri dostu yox,

Namussuz, qeyrətsiz düşmənləri çox.

Sığınacaq verdik o nankorlara,

Onlar sinəmizə vurdu min yara.

Qətllər törətdi hər addımbaşı,

Qurumaq bilməyir türkün göz yaşı.

Ar olsun bu qətli törədənlərə!

Onları himayə qoy edənlərə!

Erməniyə qulluq eyləyənlərə,

Haylara "baş üstə" söyləyənlərə

Qəlbimin nidası min lənət deyir,

Desəm , qəm-qüssə içimi yeyir.

Qatillər cəzasın hökmən alacaq,

Tarix səhnəsində ifşa olacaq.

Bizə qan yaddaşı olsun bu kitab!

Şəhid olanlara edilib xitab.

Stolüstü kitab olsun hər kəsə.

Monolit birləşib verək səs-səsə.

Biz dostu, düşməni tanıyaq gərək,

Keçmişdən dərs alıb sabahı görək.

Arxa durmalıyıq bir-birimizə,

Cavab tapmalıyıq kədərimizə.

Bu kitab bir sual doğurdu məndə,

Qurbanlıq olmuşuq niyə hər fəndə?..

qədər əziyyət, zillət çəkmişik?

Dərddən qəlbimizdə kədər əkmişik.

Nədən başımıza bəlalar gəlir?

Niyə fəryadımız göyə yüksəlir?

Bu qədər qurbanlar bəs deyilmidir?..

Dumanlı fikirlər qəlbimi didir.

Nəticə çıxarıb durulmalıyıq,

Bir daha yenidən qurulmalıyıq.

Qəflət yuxusundan ayıl, millətim!

Çıxsın ürəyimdən ahım, zillətim.

Vətən övladları çevrilsin nərə,

Son qoyaq dözülməz məşəqqətlərə.

Kitabdan nəticə çıxarmayan türk,

Qoyun libasında qoy geyinsin kürk...

Uğurlar dilərəm bu kitaba mən,

Sədası gələcək qərinələrdən!..

 

 

İnqilab Nadirli

 

Təzadlar.- 2011.- 12-15 fevral.- S.15.