Haqsız axan qan...
Misirin eks-prezidenti Hüsnü Mübarəkə.
Heç
vaxt yerdə qalmayır
Millətin ah amanı.
Vaxt vədə yetişəndə,
Zaman özü gətirir.
Hər şeydən qırılanda,
Hər ümidü, gümanı,
O baxmır bu dünyada
Nə qazanır, itirir.
Gedir ərşdə dayanır,
Onun səsi, naləsi.
Özünü haqlı sayır
Tanrının da yanında.
Dönüb baxa bilməyir,
Hansı yanda qibləsi.
Nifrəti püskürəndə
Ürəyində canında.
Hər söz söndürə bilmir,
Dərdlə gələn tufanı.
Silir, süpürür,
atır
Nə çıxsa qarşısına.
Ölümlər qorxutmayır
Təngə gəlmiş
insanı
Daha məhəl
qoymayır
Pisinə, yaxşısına.
Etiraf eləsən
də,
Yüz dəfə,
milyon dəfə,
Günahsız tökülən
qan
Etirafla yuyulmur.
Özün günahsız
sayan
Layiqdirsə, nifrətə
Ona öz vətənində
Daha hörmət
qoyulmur
Bu dünya
çox görübdü
Qan tökən fironları.
Adını tarixlərə
Əbədi yazan da var.
Onların diktəsinə
Axıdılan qanları
Nə tarix yuya bilir,
Nə də özləri yuyar.
Kamal Alışoğlu
Təzadlar.- 2011.- 12-15 fevral.-
S.15.