Simurq quşunun qanadında

 

Oçerk

 

- Təəssüratın kövrəltdi məni. İcazə ver, gün-güzəranımızı görmüş gözlərindən öpüm həm o nişanları bir anaq: yar-yoldaşınla Xoşni bulağında oldunmu? Azacıq enişdə Gədiyi, yamacda Lahıcdan bir soraq gördünmü? Qızlar bağı indi meşənin pənahında qalıb? Deməli, unudulmaz xatirələr axınına düşdün. Əbəs deməyiblər: "Bura bir gələn dübarə dönmək istər"... Dərələrlə üzüyuxarı Səid bağından hansı duyğuda çıxdın? "Xar Kələdih" (böyük kəndin hamarı) deyilən yerin ətəyində Xaliqdən soraq, nəqqaş qələmindən çıxmış daş kitabələri danışdırdınmı? Burada təbii qızılgüllük var. Əkəni kim? Becərəni kim? Ətirli, qozulu xalis Məməşq qızılgülü!.. Kəbirminin armud ağacları dururmu? Onları yetirənə rəhmət. Sərsəngə sarı aşmaq istədin? Vəroda üç ayrılmaz dostu - üç bulağı soruşmadın? Başqa haradadır - bir cəmdə dadı, tərkibi özgə-özgə üç su? Soruşdunmu kim, vaxt, haradan çəkib, quraşdırıb bu bulaqları? Görən ruzigar nəyi gizlədib, nəyi sovuşdurub o qəflətdən? Deyəsən, arxa aşırıma keçdin? Mayak nisbət uyğun yerini axtarırsan? Görünür, meşə xoşuna gəlmədi? Qırqovul səsinə tamarzısan? Ah, bu yerdə meşə xoruzları necə səs-səsə verərdi? Bir vaxtlar bu arxa sirtdə möhtəşəm Axund bağı, böyründə ucu-bucağı bilinməyən vahiməli Urus meşəsi vardı. Niyə Urus meşəsi?!

Doğrudur, Axund bağının yerində Bəlibağ-gilas bağı da yaratdılar, ancaq ürəmədi... Bənd olma, Həmid Hacızadənin bağından öt qənşər şirtə; qalx zirvəyə. Buradan beş-üç ayaqdır "Xınalığ"a. Qırızdəhnədən yuxarı böyük Xınalıq kəndinə yox, fəndgir kişinin acgöz qaynanaya bir heybə xına tədarük gördüyü xəzinə...

Yox, sən dördyola - Sirt-Dər-Məlik deyilən səmtə yol aldın. Deyəsən, həvəsin var Məlik zirvəsinə çıxıb Cahan seyrinə dalasan. Bu baxışda sən Simurq qanadındasan, dəniz ayağının altında; Samur-Abşeron kanalının Vəl-vələni, Qudyalçayı adlayıb cövlan etdiyi göz qabağındadır. Şah dağına tək səpələnib Qubanın işıqları. Dəniz yuyar ayağını, Qala örtər örpəyini... Quru çobanın kefini xəbər aldın? Papaq eləsən, Pirəbədildən hay verərlər. Başını qaldır, Qılıt meşəsinin üstündə daşa dönmüş qız-gəlinin fəryadına bax! Kəmfürsət düşmənin əlinə keçməsinlər deyə, daşa dönmək arzusuyla Allaha yalvarırlar... Kimi yuxa yayır, kimi inək-buzovu farağatladığı yerdə. Nənnidə körpə uyuyur... Baba yamaca boylanır... Dünya düzələndə onların da canı qayıdar... Bəşər övladı vaxt fəlakətlərdən uzaq, vaxt qorxusuz yaşayıb ki?!

Mən bilən, "Sərsebilə" deyilən yerdə payızın ortalarında olmusuz. Birbaşa dənizdən əsən küləyin meşə ilə ülfətinə tamaşa etdinmi? Meşə necə xəbərləşirdi ərzi-cahandan? çöplüyü keç, Nəsmi bağı uçub, yarğana düşüb. Azacıq yoldu Pirəliyə. Bu, Xar Həsən, bu, qışlaq Əşədir. Qabaqda Tənkəmərdir - Sasani qoşunlarının qərargahı Başkumaları (çox güman, basılmış qom, löküt - ot) qaratikan kolları örtüb. Adda-budda yola çıxan xınalı kəklikləri, kövşəndə çil balalarını gördünmü? Bəs sən harada oldun? üzümə baxırsan, nigarançılığın sonu çatır. Bu yer bizim kəndimiz, inamımız, doğmamız, ümidimiz İsnovdur.

Deyilənlərə inansaq, İsa Məsihin mövludu günlərində, elə onun təqvimi ilə 1935 il ondan sonra İsnovlu Nurəli kişinin evində diksiniblər. görüblər ki, qapıya yaxın yerdə saxsı güvəc partlayıb, su ayaq altını batırıb. Ev əhli güvəcə hayıfsılananda aşağı başdan, anamın qılçası yanından etiraz səsimi qaldırmışam, ev əhlini etinasızlıqda taqsırlandırmışam... Mənim etirazım, mübarizəm uzun çəkdi. Ancaq hələ müəmma qaldı: güvəci mənmi sındırdım, yoxsa?..

Söz yox, güvəcin partlamasını, sısqa etirazımı o vaxtkı qəzetlər yazmayıb. Amma günün tələbi olan kollektivləşmədən, kolxoza girmək istəyənlərə məxsusi "Şaliko" çaldırıb, bir dəftər bir qələm mükafat almaları yəqindir.

O ki qaldı zamanın baş xəbəri - Stalin konstitusiyasının qəbuluna, onu mən sonradan öyrənmişəm bir neçə dəfə imtahan versəm , o günləri yaşaya bilmərəm. Yaxşı ki, etiraz səsimi elə bulaşıq əsgi-üskü eşidib. Rəvayət edirlər ki, mənim güvəc çatlatdığım günlərdə qara meşin pencəkli qulluq adamları kənd-kənd, məhəllə-məhəllə gəzib, Stalin konstitusiyasını oxuyur, dövlət gerbini şərh edir, rəy soruşurmuşlar. Bizim kəndə gələndə məcburən yığıblarmış kənd əhlini ağzıbirə. O vaxt ki, soruşurlar, "kimin iradı var?", onsuz da "lal" olan camaatın cınqırı çıxmır. Sükut uzun sürür gecdən-gec arxadan kiminsə səsi gəlir: "Mənim sözüm var!" Səhnədən: "Buyurun, qabağa gəlin!" - deyir, camaatsa vahiməyə düşür, həyəcanlanır indicə ağsaqqallarının əli-qolu bağlı Sibirə yollanacağını - sürgün ediləcəyini güman edirlər bəlkə gizlətmək həvəsinə düşürlər. Ancaq sən demə, irəlidə onun kim olduğunu biliblər. Odur ki, təlimatçı bərkdən deyir: - Gəl, Ağamurad kişi, qabağa gəl!.. ümid üzülür, kişini irəli buraxırlar. Kişi göstərilən yerdə durub:

- Yaxşı konstitusiyadır, - deyir, - Nişanlar da yerində. - Ancaq...

Söz kişinin boğazında qalır, həmkəndlilərimiz gizli olsa, "vay!" deyib, ah çəkirlər. Təlimatçı əl götürmür: - , dediz "ancaq". O ancaqdır?

- , hər şey - oxumaq, savad, bərabərlik, sayılıb-seçilmək, adamı adam yerinə qoymaq yaxşıdır, ancaq...

- , kişi, - deyə təlimatçı israr etdi: - ancaq? yoxdur?

Ağsaqqal gücünü toplayıb:

- Zoğal ağacı, - dedi. Bu gözəl qanunları başa düşməyənlərə kötək vacibdir. Deyən, axırı yaxşı oldu. Adamlar qısıla-qısıla olsa da, güldülər. Təlimatçı bir bərabərlikdən, hadisələrə savadlı yanaşmadan söz saldı, cəhalətin ölümə məhkumluğunu açıb-ağartdı...

, sən Dördyola yön aldın. Deyəsən, həvəsin var Məlik zirvəsinə çıxıb, cahan seyrinə dalasan... Bu baxışda dəniz ayağının altında Vəlvələnin, Qudyalçayın da naxışı var: Şah dağı tək səpələnib Qubanın işıqları. Dəniz ayağının altında, Qala nişangahındadır. Quru çobanın kefini xəbər aldın? Papaq eləsən, Pirəbədildən hay verərlər. Başını qaldır, Qılıt meşəsinin üstündə qız-gəlinin daşa dönmələrini, başlarının üstünü alan rəhmsiz düşməndən xilas üçün Allaha yalvarışlarını duyursanmı?

...Kimi yuxa yayır, kimi inək-buzovunu farağatlayır.

Bəşər övladı vaxt qorxusuz, fəlakətsiz yaşayıb ki? Dinc qoyaq çobanı, girməyək Allaha Daş gəlinlərin xəlvətinə.

Enək üzüaşağı. Dəryadan qanadlanan küləklə meşənin hallaşmasına fikir ver.

Allahla bəndəsi arasına girmək şeytan işidir. Necə ki, Şeytan Həvvanı aldadıb, Adəmi cənnətdən qovdurdu.

 

Quba, İsnov kəndi

 

 

Tat QÜDRƏT

 

Təzadlar.- 2011.- 22-24 fevral.- S.12.