Kitabxana işçilərinin ikinci qurultayı vaxt olacaq?

 

Bir-iki kitabxananın kompüterlə təchiz edilməsi, onun televiziyada ya digər kütləvi informasiya vasitəsilə nümayişi tam olaraq bugünkü reallığı əks etdirmir

 

Kitabxana deyiləndə öncə gözümüzün önündə milli sərvətimiz, tariximiz, keçmişimiz bu günümüz canlanır. Kitabxanalar haqqında düşünəndə fikirlərimiz bizi 1962-ci illərə çəkib aparır. 1962-ci il aprelin 11-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan kitabxana işçilərinin birinci qurultayı keçirilmişdi. Bu qurultayda Azərbaycanın görkəmli kitabxanaşünas-biblioqraf alimlərindən A.A.Xələvof, Ə.Xələfov digərləri iştirak etmişlər.

Qurultayın gündəliyində "Sov.İKP-nin XXII qurultayının qərarları ilə əlaqədar olaraq Azərbaycan kitabxana işçilərinin vəzifələri haqqında" mövzusu dururdu qurultay öz qətnaməsində kitabxanaların işini daha da yaxşılaşdırmaq, yeni insanın - kommunizm cəmiyyəti adamının tərbiyə olunmasında onların rolunu yüksəltmək üçün yollar müəyyən etmişdir. Qurultay haqqında ətraflı informasiya almaq istəyənlər "Bakı" qəzetinin 1962-ci il 11 aprel nömrəsində, "Kommunist" qəzetinin 1962-ci il 12 aprel nömrəsində, "Bakinskiy Raboçiy" qəzetinin 1962-ci il 13 aprel nömrəsində dərc olunan məqalələrdən yararlana bilərlər.

Bu tarixdən təqribən 48 il keçir. Bu zaman kəsiyində Azərbaycan SSRİ-nin tərkibindən çıxaraq müstəqil, demokratik bir dövlət olub. Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin ənənələrinin varisliyinə əsaslanaraq "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq 18 oktyabr 1991-ci ildə 6 fəsil, 32 maddədən ibarət "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edir. Yəni 1991-ci il oktyabrın 18-dən ölkəmiz istiqlal bir ölkə, 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Müasir dövrdə kitabxana işinin təşkili idarə olunmasının hüquqi əsaslarını 1999-cu il martın 12-də mərhum prezident Heydər Əliyevin "Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanununun (bu qanun 6 fəsil, 34 maddədən ibarətdir) tətbiq edilməsi barədə fərmanı təmin edir.

Hələ 1995-ci il iyunun 3-də M.F.Axundov adına milli kitabxanada miniatür kitabın təqdimat sərgisi keçirilərkən mərhum prezident Heydər Əliyev demişdir: "Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət ehtiram hissi duyuram. Kitabxanaya, burada çalışan insanlara hörmət ehtiramımı bildirmək istəyirəm".

Artıq 2011-ci ildir. Azərbaycan kitabxanaçıları hələ özlərinin birinci qurultayının nostalji hisslərini yaşamaqda ikən Azərbaycan aşıqları (29 avqust 2008-ci il) Azərbaycan jurnalistləri (22 iyun 2008-ci il) özlərinin sayca beşinci qurultayını keçirmişlər. Demək, onlar özlərində isə inkişaf görürlər, danışmağa, dərdləşməyə sözləri var. Azərbaycan kitabxanaçısı isə hələ susur. Ancaq bu susmaq məşhur atalar sözündəki ("Danışmaq gümüşdürsə, susmaq qızıldır.") susmağa bənzəmir. Yaddan çıxarmayaq ki, hörmətli kitabxanaçılar xalqın milli sərvətini mühafizə edir. Azərbaycan kitabxanalarının fondunda mühafizə olunan istənilən tip ya növ sənədlər (əlyazmaları, çap əsərləri, qrafik audiovizual vasitələr, təsviri əsərlər, mikrofilm, maqnit lenti, disklər, qrafik vasitələr s.) xalqın milli sərvətidir. Xalq bilməli məlumatlanmalıdır ki, onun bu xəzinəsi necə cür qorunur, bu sənədlər gələcək nəsillərə necə çatdırılacaq?!

Düşünürəm ki, yazdıqlarım heç kimin xətrinə dəyməyəcək, sosializm, kommunizm artıq arxada, keçmişdə qalıb. Biz artıq informasiya cəmiyyətində yaşayırıq. İnformasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, burada insanlar informasiyanın, xüsusən onun ən yüksək forması olan biliklərin müasir informasiya texnologiyalarının köməyilə istehsalı, yadda saxlanılması, onun emalı reallaşdırılması ilə məşğuldur. Görəsən, ölkə kitabxanaları bu reallıqlarla ayaqlaşa, informasiya cəmiyyəti oxucularının tələblərini ödəyə bilirlərmi? Məncə, bir-iki kitabxananın kompüterlə təchiz edilməsi, onun televiziyada ya digər kütləvi informasiya vasitəsilə nümayişi tam olaraq bugünkü reallığı əks etdirmir. Hətta 15-20 paytaxt ya region kitabxanalarının belə müasir texnoloji avadanlıqlarla təchizatı bugünkü reallığı əks etdirə bilməz.

Bunu ancaq ölkənin kitabxanaşünas-biblioqraf alimləri başda olmaqla, Azərbaycan Milli Kitabxanasının, Parlament Kitabxanasının, Naxçıvan Muxtar Respublikasının dövlət kitabxanasının, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasının, Bakı Dövlət Universitetinin Elmi kitabxanasının digər universal, xüsusi kitabxana əməkdaşlarının təşəbbüsü ilə çağrıla biləcək, özlərinin xalqın qarşısında verdikləri hesabatla "Azərbaycan kitabxanaçılarının ikinci qurultayı" əks etdirə bilər.

Bax buna deyərdim reallıq. Məhz belə təşəbbüs nəticəsində kitabxanaların onların yükünü, əziyyətini çəkən kitabxanaçıların hazırkı vəziyyəti, problemləri bəlli ola bilər. Bu problemlərdən hətta bəzilərini sadalaya bilərəm, amma bu fərdi yanaşma olacağından etmirəm. bunu oxucuların ixtiyarına buraxıram.

İnanıram ki, kitabxana işçilərinin ikinci qurultayı indi olmasa da, zamansa olacaq. inanıram ki, bu, cəmiyyətdə kitabxanaya, kitabxanaçı əziyyətinin bəhrəsi olan, kitabxana-biblioqrafiya qaydası ilə işlənilib hazırlanaraq oxucuların sistemli-ictimai istifadəsinə verilən milli sərvət kimi mühafizə olunan sənədlərə olan marağı, ora oxucu kütləsinin axınını daha da artıracaq. Axı deyirlər, ümid axırda ölür.

 

 

Nəzmiyyə Hicran,

şair-publisist,

AYB üzvü

 

Təzadlar.- 2011.- 2-4 iyun.- S.14.