Qədir Rüstəmovu dinlərkən
"Segah" ın canımı aldı,
Ötənləri yada saldı,
Həzin, şirin avazına
Bülbüllər də heyran qaldı.
Oxu Qədir, yandır Qədir, yan Qədir.
"Dili-dili" dilləri bəzər,
Qəlbimin evində gəzər,
Bu səs ilə dalğalanar
Dəli Kürüm, mavi Xəzər.
Oxu Qədir, yandır Qədir,
yan Qədir.
"Apardı sellər
Saranı"
Sızlatdı yenə
yaramı,
Xançobanın naləsidir
Yandırıb - yaxar
Aranı.
Oxu Qədir, yandır Qədir,
yan Qədir.
"Olmaz-olmaz" olar oldu,
Məlhəm olub qəlbə
doldu,
Can yandıran o səsindən
Çəməndə güllərim
soldu.
Oxu Qədir, yandır Qədir,
yan Qədir.
"Ay Laçın"
bağrım qan etdin,
Çox yalvardım, sən
yan keçdin,
Fələk də baş
açammadı
Yollarına qurban etdin.
Oxu Qədir, yandır Qədir,
yan Qədir.
"Çahargah" ruh kimi uçar,
Paslı könülləri
açar,
Ən ümidsiz qəlbə
belə
Sevgi dolu işıq
saçar.
Oxu Qədir, yandır Qədir,
yan Qədir.
"Sarı gəlin" mənim
varım,
Kimsənin yox, mənim
yarım,
Haram əllər uzanmasın
Dağ başında bəyaz
qarım.
Oxu Qədir, yandır Qədir,
yan Qədir.
Nə yaman soldurdu məni,
"Sona bülbüllərin"
qəmi,
Köz oldu düşdü qəlbimə,
Gözümdən doldurdu məni.
Oxu Qədir, yandır Qədir,
yan Qədir.
Adilə
Təzadlar.- 2011.-2-4 iyun.- S.15.