Şair haqqında söz
Bölgə-paytaxt ayrıntıları tarixən Azərbaycan ədəbiyyatında və eləcə də Milli mədəniyyətimizdə fərqli və əsaslı şəkildə gözə çarpmamışdır. Ona görə ki, istər fəlsəfi, istərsə də bədii fikir bu sərhədləri tanımır. Xəqanidən Nəsimiyə, Füzulidən Nəbatiyə və bu gün Musa Yaquba qədər bu gerçəklik tam doğru-dürüst və real bir gerçəklikdir.
Bu gün Şirvan torpağın da yaşayan yazıçı Mirəfsəl Təbib sözün həqiqi mənasında Tanrının ona verdiyi yaradıcılıq enerjisinin miqyas və vüsət qütblərinin bütün əhatəsində aydın görünə bilməsi ilə seçilən yazıçılarımızdandır. Yaradıcılıq nümunələrinin nəşri və ədəbi orqanlarda dərc olunması baxımından heç də paytaxtda yaşayan qələm dostlarımızdan fərqlənməyən Mirəfsəl bədii yaradıcılıq məziyyətlərinə görə həmişə orijinal və məhsuldar ampulası ilə diqqəti cəlb edir:
Bu da bir rübai-yüzbirincidir,
Yüz bir ləl, cəvahir,
yüzbir incidir.
Qüdrətdən yaranan hər şey gözəldir,
Amma Söz-möcüzə,
Söz birincidir.
Milli heca şeirimizin ənənələrinin böyük
ustalıqla qorunmasından
əlahidə bu bənddə orijinal bədii səciyyələndirmə
və sözə fəhmlə yanaşma Mirəfsəl misralarında
oxucunu elə ilk misralardan əfsunlaya bilir. Bu "əfsun" bədii ifadə tərzinin orijinallığından
daha çox, sözə bədii kredo və ədəbi
əxlaq prizmasından
baxıldıqda görüntüyə
gəlir, bədii mündəricə qazanaraq
şeirdə ustad nəfəsinin emosional bəlirtisini əhatə edə bilir. Mirəfsəl Təbib qələmində
bu səciyyəvilik milli ənənələrə
bağlılığın təzahürlərindəndir.
Şairin qələmə aldığı
mövzular özünün
zənginliyi və səciyyəviliyi baxımından
diqqəti xüsusi ilə cəlb edir. Belə ki, bu səciyyəvilik milli ədəbiyyatımızın mərhələ xüsusiyyətləri
ilə bədii-fəlsəfi
ənənəvilik əlaqələri
baxımından ciddi bir dinamikaya malikdir. Bu ənənəvilik
təriqət prinsiplərindən
başlayaraq, Azərbaycan
şeirinin təsəvvüf
çalarlarına qədər
davam edə bilir. Hətta, Mirəfsəlin bu səpkidən olan şeirlərində irfan motivləri elə ilk təəssüratlarında aydın
və konkret ideya-estetik məntiqi ilə nəzərə çarpır:
İlahi, bir eşq ver mənə,
Hardayamsa heç bilməyim.
Elə itirim özümü,
İtirsəm də qoy bulmayım.
Əlbəttə, şair
irfan əxlaqının
eşq ərkanatına
nişan verən bir ülvi məhəbbətdə
və bu eşqin dərinlik və zənginliyində əriyib itmənin, yox olub mənəviyyatca
ilahi nura qovuşmanın hicran duyğularını tərənnüm
işığına tutur
ki, bu işıqda
Şərq ədəbi
mühitinin irfan ürəfasının bu
yolda ifadə etdikləri xeyli mətləblərin əks-sədasını
aydın eşitmək
və duymaq o qədər də çətin deyildir.
Mirəfsəl şeirlərində bədii-fəlsəfi
duyum çalarlarında
şərtilikləri çoxdur. Bu şərtilik təzahürləri
baxımından şairin
dual bədii modifikasiyaları
daha çox Şərq-Qərb tandeminin
fəlsəfi dünya
duyumları ilə özünü büruzə
verir.
Mirəfsəl təbib poeziyasında vətən başdan-başa
Təbrizli- Dərbəndli,
Zəngəzurlu-Göyçəli, Qarabağlı, Borçalı
sınırları ilə
birdi, birgədi, bütövdü, tamdı. Vətən sözü
ilə, sazı ilə, baldan şirin dili ilə ən böyük poetik obrazdır. Bu poetik duyum daha çox
böyük türkçülük
motivləri ilə də şairin yaradıcılığında diqqəti gəlb edə bilir:
Tarixlər yaradıb
türkün türk soyu,
Hünərli döyüşü,
düyünü, toyu,
Əsrlər, əsillər,
nəsillər boyu
Olubdur şöhrəti, şanı
qeyrətin.
Milli pafos şairin bədii dünya duyumunda geniş mərhələni təşkil
edir. çünki bütün mövzuların
da bir vətəndaşlıq
pafosu misradan- misraya, bəndən-bəndə
həm tərənnüm,
həm də tarixi-milli təsdiq obrazını əhatə
və ehtiva edə bilir. Bu vətəndaşlıq pafosu yalnız dünənimizin deyil, elə yaxın tariximizin-müstəqillik dövrümüzün
də poetik düşüncə tərzini
səciyyəsi ilə
daha çox diqqəti cəlb edir. Və bu zaman dövlət-məmləkət
tandemi Mirəfsəl poeziyasında bir doğmalıq, birgəlik
və toplum-xalq anlayışının dövlətçiliklə
birlik təntənəsinin
simvoluna çevrilir:
Milli birlik olsun hər meyarımız,
Millilik dərk
etsin hər həmkarımız...
Uzlaşsın bizimlə
bütün yer üzü,
Siyasət hifz etsin, yaşatsın
bizi.
Bir yazıçı olaraq Mirəfsəl mövzu əhatəsinin genişliyi
ilə diqqəti cəlb edən yaradıcılıq manerasına
malikdir. İrəlidə qeyd etdiyimiz
şairin bədiyyatına
dair fikirlər onun hər misrasında,
hər cümləsində
özünü büruzə
verir. Məhz bu istiqamətdəki araşdırmalarında görkəmli
alim Nizami Cəfərov da Mirəfsəl Təbib yaradıcılığına işıq
tutaraq yazır:
"...dövlətçilik, millilik, türkçülüklə
bağlı fəlsəfi
qənaətlər və
mülahizələr bu
əsərlərin əsas
mahiyyətini təşkil
edir. Onun poeziyasın da
əsasən klassik ədəbiyyatımıza məxsus
ədəbi və əzəli mövzular qələmə alınmışdır".
Sitatdan da aydın göründüyü
kimi Mirəfsəl Təbib müasir vətəndaş şair
kimi eyni zamanda kökə, milli gələnəklərə
qırılmaz tellərlə
bağlı olan qələm sahibidir. Hətta bağlılıq
o qədər dərindir
ki, onun yaradıcılığını qeyri bir ampulada
təsəvvür etmək
də çox çətindir. Barəsində, yaradıcılığı haqqında,
düşüncələrindəki qızıl ilmələrinin
zərif naxışlarına
dair kifayət qədər geniş bəhs etmək imkanlarının mümkünlüyünə
baxmayaraq, qələm
qardaşımız Mirfəsəl
Təbibin yaradıcılığına
müfəssəl bir
baxışla onun böyük ürəyinin
döyüntülərinə şəhadət verdik.
Şöhrət Qaraoğlu,
fiziologiya üzrə fərsəfə
doktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Təzadlar.- 2011.- 14-18 iyun.- S.15.