"Hollandiyada çox güclü Azərbaycan diasporu yaranmaqdadır"

 

Elxan İsazadə: "Azərbaycan həqiqətlərini Hollandiya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif tədbirlər həyata keçirilir bilavasitə Qarabağ məsələsi, erməni vəhşiliyi bu tanıtımın ön planındadır"

 

Hollandiya-Azərbaycan münasibətlərinin inkişaf etməsində özünəməxsus rol oynayan, ötən ilin dekabr ayında ofisi ermənilər tərəfindən basqına məruz qalan Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri, fəal diasporçu Elxan İsazadənin "Təzadlar" qəzetinə müsahibəsi

 

- Elxan bəy, Hollandiya cəmiyyətinə Azərbaycan adı tanışdırmı? Dağlıq Qarabağ münaqişəsi haqqında Hollandiya cəmiyyətində bilgilər yetərincədirmi?

- Təəssüflər olsun ki, Azərbaycan uzun illər Sovet Rusiyasının ideoloji məngənəsində sıxılaraq öz gerçək kimliyini lazımi qədər dünya ictimaiyyətinə tanıda bilməyib. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra qarşısında duran ən mühüm məsələlərdən biri kimi ölkəmizin bütün yönü ilə tanıdılması məsələsi olub. Təbii ki, bu məsələdə sadə vətəndaşdan tutmuş məsul şəxslərə qədər hər kəsin üzərinə düşən milli vətəndaşlıq təəssübkeşliyi mühüm rol oynamalıdır.

Hesab edirəm ki, Azərbaycanın istər son illərdə həyata keçirdiyi sistemli diaspora siyasəti, istərsə dinamik iqtisadi inkişafı onun bir çox ölkələrdə, o cümlədən Avropanın aparıcı ölkələrindən olan Hollandiyada lazımınca tanınmasına dəstəklənməsinə gətirib çıxara bilib. Lakin bu bizi qane etməməlidir. Daha çox görməliyik.

Təbii ki, biz təbliğat müharibəsinə ermənilərdən gec qoşulduğumuz üçün bu sahədə bəzi çətinliklər yaşansa da, tam əminliklə deyə bilrəm ki, artıq Dağlıq Qarabağ məsələsi haqqında burada çoxsistemli ciddi işlər aparılır. Azərbaycan həqiqətlərini Hollandiya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif tədbirlər həyata keçirilir bilavasitə Qarabağ məsələsi, erməni vəhşiliyi bu tanıtımın ön planındadır.

- Hollandiya-Azərbaycan münasibətlərinin inkişafında Azərbaycan diasporu hansı rolu oynayır?

- Biz Hollandiya-Azırbaycan həmrəyliyini gücləndirmək üçün artıq neçə illərdir ki, burada yaşayan azərbaycanlılarla işlər görürük. Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyətinin xəttilə 26 fevral Xocalı soyqırımın ildönümü burada müxtəlif tədbirlərlə qeyd olunur. Eləcə xalqımızın digər tarixi günlərinin, milli bayramlarının burada yüksək səviyyədə qeyd olunması artıq ənənə halını alıb. Cəmiyyətimizin xəttilə burada təşkil olunan Azərbaycan dili kursları, müxtəlif mövzularda keçirilən müzakirələr Hollandiya ictimaiyyətinin marağına səbəb olur. Bu günə qədər Azərbaycan əleyhinə aparılmış saxta tezislər burada yaşayan azərbaycanlıların dilindən gerçək şəkildə ictimaiyyətə çatdırılır. Xüsusilə çalışırıq ki, bu cür tədbirlərdə Hollandiya ictimaiyyəti ilə bərabər burada yaşayan digər millətlərin, holland rəsmilərinin, türk diaspor təşkilatlarının nümayəndələrini cəlb edək. Hollandiya-Azərbaycan münasibətlərinin inkişafında Hollandiyada yaşayan, təhsil alan, işləyən hər bir azərbaycanlı böyük rol oynayır bu munasibətlərin inkişafi üçün hansısa qurumun, təşkılatın məsul vəzifəli şəxsi olmaq mütləq bir şərt deyil, millətini, dövlətini sevən hər bir azərbaycanlı Azərbaycandan kənarda diaspor məsuliyyəti daşıyır. İstər yaşadığı məhəllədə, işlədiyi müəssisədə, oxuduğu məktəbdə hər bir hərəkətində Azərbaycanımızı təbliğ etdiyini unutmamalıdır buna layiq olmalıdır.

- Bir müddət öncə Hollandiya bazarında separatçı Dağlıq Qarabağ rejiminin adı altında müxtəlif malların satılması ilə bağlı məlumatlar gedirdi. Bu faktın qarşısının alınmasında diasporumuz hansı addımları atdı?

- Əlbəttə ki, ermənilər hər addımda tarixi Azərbaycan torpağı olan Qarabağın Ermənistana aid olmasını göstərmək üçün bu tipli addımları dayanmadan həyata keçirirlər. Məsələn, abidələrimizi, bir çox hallarda isə islam-türk abidələrinin onlara aid olmasına dair həyasızcasına iddialar irəli sürürlər, milli mətbəximizlə, ədəbiyyatımızla, mədəniyyətimizlə bağlı digər iddialar onlar üçün adi hal olsa da, bizim üçün ciddi məsuliyyət yaradır biz bu cür saxta tezislərə qarşı dəfələrlə Haaqa Məhkəməsi bələdiyyələr qarşısında etirazlarla çıxış etmişik. Holland rəsmilərinə bu iddiaların saxta olduğunu faktlarla isbat etməyə çalışmışıq.

- Tez-tez Hollandiyada erməni diasporunun Azərbaycan diaspor təşkilatlarının ofislərinə hücumları haqqında xəbərlər eşidirik. Bu məsələ ilə bağlı diaspor qurumlarımızın Hollandiya hüquq-mühafizə orqanlarına müraciətləri olubmu?

- Ermənilər yaxşı anlayırlar ki, təbliğat müharibəsində Azərbaycan günü-gündən güclənir. Diaspora ilə Azərbaycan dövlətinin mühüm amillərindən birinə çevrilir. Dünyanın bir sıra ölkələri əksər beynəlxalaq təşkilatlar Azərbaycanın xeyirinə artıq qərarlar qəbul edirlər. Dünyanın ən inkişaf etmiş ölkələrində Azərbaycan həqiqətləri ilə bağlı işlər aparılır.

Bizim cəmiyyətimiz Hollandiyada keçirilən tədbirlərin sayı əhəmiyyətinə görə ciddi fəallıq göstərir. Ermənilərin saxta tezisləri ifşa olunur. Bu halda, erməni irticasının görəcəyi tarixən sınaqdan keçirdikləri terror, dağıdıcılıq işləridir.

Bəli, bizim Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin binasına dəfələrlə basqın olub soyğunçuluq halları baş verib. Bunlardan biri yaxınlarda - keçən ilin dekabr ayının 29-da baş vermişdi. Cəmiyyətimizin ofisində bayraq, bilgisayar, pul başqa ləvazimatlar soyğun zamanı oğurlanmışdı. Hal-hazırda bu soyğunun maddi yöndən ağrı-acısını çəkirik. Bəli, Hollandiya polisinə bu soyğunun ermənilər tərəfindən ediliyini sübut edə bilməsək , yenə öz şikayət müraciətlərimizi etmişik. Məlumat üçün deyim ki, Benuluks ölkələrində Azərbaycan Respublikasını təmsil edən özünəməxsus yeganə diaspor təşkilatı Azərbaycan-Hollandiya Dostluq Cəmiyyətidir. Təəssüflər olsun ki, bu gün biz binanın saxlanılmasında, maddi xərclərimizin ödənilməsində illərdir çox çətinlik çəkirik hazırda bu çətinlikləri yaşayırıq. Cəmiyyətimizin maddi gəliri yoxdur beş-on nəfər üzvlərimizin köməyilə ayaqda qalaraq fəaliyyətimizi davam etdiririk.

- Olmazmı ki, Hollandiyada Azərbaycan diasporu bir ideya ətrafında birləşib birgə fəaliyyət göstərsinlər. Siz, bu perspektivi necə görürsünüz?

- Diaspora fəaliyyətində milli dövlət maraqları vahiddir belə olmalıdır. Hesab edirəm ki, buradakı diaspora təşkilatları da bu sahədə vahid mövqeden çıxış edirlər. Təşkilatların nizamnamələrində yaranmış fərqlər isə yalnız həmin təşkilatların fəaliyyət strukturu, yaxud tədbirlərin mözvusu ilə bağlıdır. Əlbəttə ki, necə deyərlər, birlikdən güc doğar. Fəaliyyət göstərən hər bir diasporamiz onsuz da eyni ideya yolunda mübarizə aparır, amma bu gün siz dediyiniz kimi, daha effektli qurmaq üçün birləşmək birgə fəalliyyət göstərmək, məncə, daha məntiqli olardı.

- Soydaşlarımızın Hollandiya cəmiyyətinə inteqrasiyası (qaynayıb-qarışması) hansı səviyyədədir?

- Azərbaycanlılar burada elə ciddi çətinliklərlə üzləşmirlər. Biz çalışırıq ki, azərbaycanlılar burada aparıcı, fəal qüvvə kimi təmsil olunsunlar Hollandiyanın siyasi-ictimai mədəni-sosial həyatında aktiv rol oynasınlar.

- Azərbaycan diasporu tərəfindən vaxtsa Qarabağda, xüsusilə, Xocalıda yaşanan faciələrlə bağlı Hollandiya hökuməti ya parlamenti qarşısında məsələ qaldırılması mümkündürmü?

- Bəli, bu, mənim fikrimcə, mümkün olan bir məsələdir. Amma parlament səviyyəsinə birbaşa çıxarılması zaman tələb edir. Bu gün Azərbaycan diasporası Xocalı soyqırımını Hollandiya parlamentində müzakirəyə çıxara bilməsə , Hollandiyadakı beynəlxalq insan haqları başqa beynəlxalq qurumlara öz müraciətimizi bildirmişik onlardan cavab istəyirik. Hər il bu soyqırımla bağlı etirazlar, mərasimlər keçirməkdəyik...

 

 

Elnur Eltürk

 

Təzadlar.- 2011.- 10-12 mart.- S.9.