"Qızıl Aypara" müəmması
Qurum rəhbərliyinin fəaliyyəti
barədə dolaşıq fikirlər və rəylər
adamı çaş-baş salır...
...Söhbətə ondan başlamaq istəyirəm ki, 2007-ci ildə Azərbaycanda "Qızıl Aypara Cəmiyyəti haqqında" Qanun da qəbul olunub. Həmin qanuna istinadən deyə bilərik ki, hər il martın 10-u ölkədə "Qızıl Aypara Günü" kimi qeyd olunur.
Bəs əslində, biz həmin gün də nəyi və kimin gününü qeyd edirik? Ümumiyyətlə, belə bir qurumu Azərbaycan Cəmiyyətində tanıyanlar kimlərdir? Yaxud, ölkə cəmiyyətində Azərbaycan Qızıl Aypara Cəmiyyətini necə və nəyinə, hansı işinə, xidmətinə görə tanıyırlar?
Bütün bu suallara cavab tapmaq üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında qanuna nəzər saldıq ki, görək sədri uzun illərdir millət vəkili olan, şair-bəstəkar Novruz Aslan olan bu qurum nə işlə məşğul olmalı, dövlətin qayğısı əvəzində dövlətə hansı dəstəyi verməlidir.
Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Federasiyası tərəfindən
Qızıl Aypara Cəmiyyətinə Hacıqabulun Nəvai kəndinin
seldən zərər çəkmiş insanlarına
yardım üçün ayırdığı 120.977 ABŞ
dolları vəsait hara qeyb olub?
Qızıl Aypara Cəmiyyətinin
fəaliyyətsizliyindən doğan nəticə
...Nədənsə, "Qızıl Aypara Cəmiyyəti" deyəndə qulağımız və gözümüz Böyük Vətən Müharibəsindən(BVM) bəhs edən filmlərə, bir də həmin ağır, məşəqqətli illərin canlı şahidi olan keçmiş veteran döyüşçülərin barıt iyi verən xatirələrinə hakim kəsilir. çünki BVM illərində Qızıl Aypara Cəmiyyəti əməkdaşlarını və ya könüllülərini yaralı əsgərin yanında, qan itirənin yarasının bağlanmasında və ona yardım edilməsində, bir də aclıq və səfalətdən əldən düşüb çarəsiz durumda olanların yanında görmüşük. Həm də eşitmişik. İndi həmin o gördüklərimiz filmlərin solğun yaddaşında ilişib qalıb.
Azərbaycan da 20 ilə yaxındır erməni faşistləri ilə müharibə aparır. Hər gün atışma, az qala hər gün yaralanan, ölən insanlar, əsgərlər... Amma çox təəssüflər olsun ki, bu gün çarəsizlərin yanında olmalı olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvlərini müharibədən zərər çəkən həmin ailələrin yanında görürük. Niyə?
...Çox istərdik ki, təqdim edilən bu araşdırma yazısını kiməsə qarşı qərəzli qəbul etməsinlər. Biz Azərbaycan cəmiyyətinin hər bir üzvünün, hər bir QHT-sinin, hər bir vəzifəlisinin bu dövlətin qayğılarına çiyin verməsini istəyirik. O cümlədən də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədrinin də, səmiyyətin idarə heyətində təmsil olunanların da.
Bəli, hesabat xatirinə bərbəzəkli rəqəmləri, cümlələri cəmiyyətin saytında yerləşdirmək olar, bu göstəricilərdən qürur duymaq da. Bu səmiyyətin təəssübünü çəkən hər kəsin halal haqqıdır. Amma biz çalışmalıyıq ki, ya olduğumuz kimi görünək, ya da göründüyümüz kimi olaq!
Azərbaycan cəmiyyəti isə, biz də bir üzvü olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətini olduğu kimi görmürüksə, başqa nə deyək.
Yəni, bəri başdan bildirmək və xəbərdarlıq etmək istəyirik ki, biz vətəndaş-jurnalist olaraq müharibə şəraitində olan qayğılı bir ölkədə həm də Qızıl Aypara Cəmiyyətinin fəaliyyətini umduğumuz kimi görmək istəyirik. Elə bu yazıda təqdim ediləcək tənqidi fikirlər də güman edirik ki, qərəzsiz qəbul olunacaq.
Yeri gəlmişkən, Prezident İlham Əliyev neçə gün əvvəl Bakı ŞİH-də geniş müşavirə keçirdi. Paytaxtın bütün problemlərinə tənqidi yanaşan ölkə başçısının ən xırda belə problemlərə toxunmasını görəndə düşündük ki, ölkə başçısı görmək istədiklərini hələki məmurlarımızdan görmədiyindən özü bu məsələyə müdaxilə edir. Hər şeyəmi Prezident cavabdeh olmalı və ya nəzarət etməlidir? Bəs KİV-in, aidiyyəti qurumların və bu qurumlardakı vəzifə kreslolarını ikiəlli qucaqlayan məmurların vəzifəsi nədir? Təsəvvür edirsinizmi, kənd təsərrüfatı naziri İsmət Abbasov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Baş nazir Artur Rasizadə... dura-dura, Prezident yumurtanın qiymətinin qalxmasından danışır. Nəinki danışır, vəziyyəti qarışdıranların əvəzinə təhlillər aparır, tapşırıqlar verir, səhəri gün isə yumurtanın qiyməti bir ay əvvəlki qiymət səviyyəsinə düşür. Belə çıxır ki, Prezident ölkədə qiymətlərin tənzimlənməsinə də nəzarət etməlidir? Bəs bu işə məsul olan məmurlara ayıb deyilmi? Prezident müharibə, Dağlıq Qarabağ problemləri qayğıları ilə məşğul olsun, yoxsa toyuq yumurtalarının qiymətinin niyə qalxması ilə?
Bəli, elə bu halların nəticəsidir ki,
başqa ölkələrdə cəmiyyətin qayğı
yükünə çiyin verən Qızıl Aypara Cəmiyyətlərinin
əvəzində, Azərbaycanda gərəksiz, hətta
keçmiş SSRİ vaxtının ilk komsomol təşkilatı
səviyyəli bir qurumu ilə üz-üzəyik...
Novruz Aslan nəyi kimə hesabat verir?
Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin internet saytına nəzər
saldıq və virtual aləmdə, elektron kitabxanalarda cəmiyyətin
fəaliyyəti barədə məlumat əldə etməyə
çalışdıq. Cəmiyyətin internet saytında 2002-ci
ildən 2009-cu ilə kimi olan dövrü illər üzrə
əhatə edən hesabat gördük. Hesabatın
ümumi məzmunu illər üzrə kopyalama təsiri
bağışlayır. 2010-cu ilin
hesabatı isə yoxdur. Niyə?
Görünür, hesabata daxil edilməli bir şey yoxdur, ya
da...
Srağagün isə Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin (QAC) üzvləri cəmiyyətin
yaranmasının 91-ci ildönümü münasibətilə
Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və
Şəhidlər Xiyabanını ziyarət ediblər... Cəmiyyətin
Prezidenti, millət vəkili Novruz Aslan deyib ki, ölkə
prezidentinin sərəncamına uyğun olaraq hər il
martın 10-u Azərbaycanda "Qızıl Aypara
Günü" kimi qeyd olunur... N.Aslan deyib ki, hazırda
QAC-ın 260 min üzvü, 16 mindən artıq könüllüsü
var, bütün rayonlarda QAC-ın şöbələri fəaliyyət
göstərir: "Azərbaycan Qızıl Aypara Cəmiyyəti
bu 91 ildə şərəfli yol keçib və mərhəmət
ocağına çevrilib. Bu missiya bundan sonra da
davam etdiriləcək. 2007-ci ildə Azərbaycanda
"Qızıl Aypara Cəmiyyəti haqqında" qanun qəbul
olunub. Bütün bunlar onu göstərir
ki, dövlət ölkədə ən iri qeyri-hökumət
təşkilatı olan QAC-ı diqqət və qayğı ilə
əhatə edib".
Bəli, ölkə
prezidentinin sərəncamına uyğun olaraq hər il martın 10-u Azərbaycanda "Qızıl
Aypara Günü" kimi qeyd olunur. Olsun.
Amma əməli iş görünmürsə, hansı
gündən danışmaq olar? Məsələn,
məlum olur ki, cəmiyyətin bütün rayonlarda
şöbələri var. Deməli həm də ərazisi
işğal edilmiş rayonlarda da. Dünən
Laçın və Xocavənd, həm də
Hamı Novruz Aslanı şair kimi tanıyır...
Açıq
desək, apardığımız bir sorğu da bizi şoka
saldı.
Metronun "Elmlər Akademiyası" stansiyasının
qarşısında və "Azərbaycan" nəşriyyatında
çalışan jurnalistlərdən "Novruz Aslan
kimdir?" - deyə soruşduq. Birmənalı olaraq hamı "Şairdir. Sözlərinə mahnı bəstələnir",
yaxud da "Millət vəkilidir", - deyə cavab verdilər.
Bəli, kimsə
Novruz Aslanı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
Prezidenti kimi tanıdığını dilə gətirmədi. Niyə?
Yenə də suala cavab vermək gərəkdir...
Onu da etiraf edirəm
ki, şəxsən mənim bir şair, ziyalı olaraq Novruz
Aslana böyük sayğım var, hörmətini həmişə
yüksək tutmuşam. Amma Novruz müəllim də güman edirəm
ki, bizim subyektiv tənqidi düşüncələrimizə
sayğılı yanaşacaq, deməli sözü olarsa, məmuniyyətlə
dərc etməyə hazırıq. çünki
rəhbər işçilərin şəxsiyyətinə
hörmət həm də onların
daşıdığı vəzifəyə ahəng olanda lap
yerinə düşür... Amma indi yerinə
düşməyən odur ki, Azərbaycanda Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin yeri görünür, əməli
isə görünmür.
Mən "əməl"
deyəndə onu nəzərdə tuturam ki, indiyədək o
qədər fövqəladə vəziyyətə düşən
insanlarımız, evindən didərgin düşmüş,
ailəsi şəhid olmuş və indi bir tikə
çörəyə, başını soxmağa koması
olmayan on minlərlə insanlarımız var. Onların məhz
Qızıl Aypara Cəmiyyətinin təsəllisinə
böyük ehtiyacı olub. Tanıdığımız
həmin zümrənin nümayəndələrinin heç
birinə qarşı bu diqqət və qayğını,
humanitar yardımı... görməmişik. Amma görmək
istərdik...
Hesabat naminə hesabat
Bu da hesabat. Cəmiyyətin
sədri N.Aslanov 2009-cu ilin hesabatını verərkən
özünün rəsmi çıxışını
KİV-də yaymışdır. "Bu il
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı
üçün əlamətdardır" başlıqlı
hesabat xarakterli çıxışı oxuyanda adamı
gülmək tutur. Aşağıda ixtisarla təqdim
edirik:
"Azərbaycan
Qızıl Aypara Cəmiyyəti hər il olduğu kimi bu il də
respublikada humanitar sahənin inkişafına, Beynəlxalq
Humanitar Hüququn insanlar arasında aşılanmasına,
könüllülük siyasətinin daha da genişlənməsinə
xüsusi diqqət yetirmişdir. Beynəlxalq Hərəkatı respublikada
təmsil edən yeganə Milli Cəmiyyət kimi əsas məramımız,
Hərəkatın fundamental prinsipləri çərçivəsində
əhalinin aztəminatlı təbəqəsinə,
münaqişə, təbii və texnogen fəlakətlər
zamanı zərərçəkmişlərə, məcburi
köçkünlərə, bir sözlə insanların
qayğıya həssas təbəqəsinə təmənnasız
tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlərin
göstərilməsindən ibarətdir.
Azərbaycan
Qızıl Aypara Cəmiyyəti respublikada müxtəlif
sosial-tibbi, humanitar və digər layihələri uğurla həyata
keçirir. Müxtəlif mövzularda apardığı maarifləndirmə
işləri əhalinin sağlamlığının, fəlakətlər
zamanı davranış qaydalarının, ilk yardım və
digər vərdişlərin mənimsənilməsində əhəmiyyətli
rol oynayıb. İcma iştiraklı inkişaf metodunun
yerlərdə tətbiqi üzrə həyata keçirilən
proqramlar bu il də davam etdirilmişdir. Bu sahədə insan resurslarının maksimum səfərbər
edilməsi, qarşıya çıxan problemlərin həllinə
birgə çalışmaları, yerli icra hakimiyyəti
orqanları ilə qarşılıqlı işgüzar
münasibətlərin qurulması regionlarda humanitar sahənin
inkişafının əsasını təşkil edir.
Könüllələr
Beynəlxalq Hərəkatda çox mühüm yer tutur, Cəmiyyətimiz
də öz növbəsində bu sahəyə xüsusi yer
ayırmış və konkret olaraq müvafiq addımlar
atmışdır. Gənclər və könüllülər
Cəmiyyətimizin fəaliyyətinə cəlb olunaraq
kütləvi tədbirlərin keçirilməsində
yaxından iştirak edirlər. Qeyd etmək
lazımdır ki, könüllülər heç bir maddi
maraq güdmədən öz fəaliyyətlərini həyata
keçirir, hətta bəzi hallarda həyatlarını təhlükə
qarşısında da qoyurlar. Bu onların mərhəmət
və xeyirxahlıq hisslərindən irəli gəlir... Son zamanlar dünyada baş vermiş təbii fəlakətlər
Azərbaycandan da yan keçməmişdir.
Respublikanın
bir çox bölgələri su daşqınlarına məruz
qalmış və çoxsaylı insan bu fəlakətin
qurbanına çevrilmişdir. Cəmiyyətimiz belə
hadisələrdə öz potensialından istifadə edərək
yerlərdə əhaliyə zəruri və ilk yardımlar
göstərmiş və dövlətin həyata
keçirdiyi tədbirlərdə yaxından iştirak
etmişdir.
Bu proseslərdə
donorlarımızın, xüsusilə Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyasının dəstəyini xüsusi vurğulamaq istərdim.
Bütün
bunlarla yanaşı Cəmiyyətimizin qarşısında
daha məsuliyyətli və deyərdim ki, sevindirici bir hadisə
də yer almışdır. Bu hadisə 2010-cu il
mart ayının 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
yaranmasının 90 illik yubileyidir. Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin yaranmasının 90 illik yubileyi ilə
əlaqədar bir sıra silsilə tədbirin keçirilməsinə
artıq bu ildən start verilmişdir... Mən,
bütövlikdə 2009-cu ili Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində
uğurlu illərdən biri kimi qiymətləndirirəm. Əminəm ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti
sonrakı illərdə də öz nüfuzunu qoruyub
saxlayacaq, qazandığı nailiyyətləri uğurla davam
etdirəcək və insanların üzləşdiyi problemlərin
həllinə öz töhfəsini verəcəkdir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində
verdikləri dəstəyə görə bütün əlaqədar
qurumlara öz təşəkkürümü bildirirəm.
Dr. Novruz Aslanov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti, Milli Məclisin deputatı"
Məncə,
bu hesabat xarakterli çıxış Sovet dövrünün
partiya yığıncağının hesabatından heç
nə ilə fərqlənmir. Biz hələ demirik
ki, ev-eşiyini itirmiş məcburi köçkünlərə,
Sabirabad və Salyan, Neftçala rayonlarındakı sel
daşqınları zamanı zərərçəkmişlərə
konkret hansı köməyin edilməsi barədə
danışmaq nə qədər absurddur. Mən
özüm Sabirabad rayonundanam və qohumlarımın
ev-eşiyi yerlə-yeksan oldu. Özüm
neçə ay sel suları ilə mübarizə
aparmışam. Orada Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
bir üzvünə, o cümlədən hörmətli Novruz
Aslanova rast gəlməmişəm...
Cəmiyyətin maliyyə qaynağı
Bizə təqdim edilən sənədlərdən
də görürük ki, hər il cəmiyyətin
gəlirləri də pis olmur. Məsələn, təkcə
2009-cu ildə Təhlükəsiz Oyun Meydançası
proyektindən (Almaniya QX) 50 700,00 manat,
Fandreyzinqdən (ianə qutularından), təşkilatlardan və
ayrı - ayrı şəxslərdən 268 010,80 manat,
dövlət büdcəsindən 75 min manat, 39 580,60 manat isə
digər mənbələrdən olmuşdur. Sənəddə
qeyd olunur ki, AzQAC üzrə ümumi mədaxil hesabat
dövründə aşağı düşüb. Məsələn, əgər 2008-ci ildə 650.
5 min manat yığılıbsa, 2009-cu ildə
bu rəqəm 323.4 min manat olub. Amma
maraqlıdır ki, "Hesabat dövründə əvvəlki
ilə nisbətən Dövlət büdcəsi hesabına
maliyyəşmənin həcmi artmışdır və əyər
mədaxil vəsaitin 2008-ci ildə 33%-ni təşkil edibsə,
2009-cu ildə -39% təşkil edib (Rəqəm
açıqlanmır-red.). Həmçinin cəmiyyətin
"İnkişaf" programı çərçivəsində
Ucarda "Quşçuluq", Mingəçevir rayonunda EXO
aparatı, İnternet və kompyuter kursları, Sumqayıtda
internet klubu, Bakının Nərimanov rayonunda "Gözəllik
salonu", Nəsimi RB UZİ aparatı, İsmayıllıda
"Diş kabineti" kimi gəlir gətirmə təsərrüfatları
da fəaliyyət göstərir və əldə edilən gəlir
bölmələrin müəyyən xərclərin ödəməsinə
sərf olunur".
Hesabatda daha bir maraqlı məqam
yer alıb: "...Şəxsi ianələr 8.7 min manat təşkil
edib. Rayon və şəhər bölmələri
üzrə yığılan vəsait 2008-ci ildə 743.2 min
manat, 2009-cu ildə 691.1 min manat təşkil edib".
Bəs Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin nizamnaməsinə və məramnaməsinə
uyğun fəaliyyəti niyə gözdən və
könüldən uzaq düşüb? Cəmiyyəti
ərköyün edən səbəblər hansılardır?
Niyə indiyədək mətbuatda "Kömək
istəyirəm" başlıqlı elanların məzlum və
köməksiz sahibinə Qızıl Aypara Cəmiyyətindən
yardım edilməyib? Niyə "Ona
kömək lazımdır"
çağırışlı elan sahibinə nə vaxtsa
arxa durulmayıb (Olsaydı hesabata salardılar)?
(Davamı var)
Eldar Sabirabadlı
Təzadlar.- 2011.- 12-15 mart.- S.4-5.