Çəkirəm

 

Düz dolanmaz əyri mehvər,

Bu əyri çağı çəkirəm.

Arı kimi gülündən bal,

Şahmar tək ağı çəkirəm.

 

Baxtım qəmnən ələləndi,

Başımnan hey kül ələndi.

Dərd üstümnən yol elədi,

Körpüyəm, tağı çəkirəm.

 

Qovğayla, qeylü qal ilə,

Yarıladım xəyal ilə.

ömürdü, bu minval ilə

Dərdi fərağı çəkirəm.

 

şeyx qaldı, müridi,

Susdu vicdanlar, kiridi.

Gedən qalannan diridi,

Ölünü, sağı çəkirəm.

 

Lütfün Mövlam, əfv nədir?

Bunca əzabi səf nədir?

Şamı ümüdü dəfn edir,

Sübhündə ağı çəkirəm.

 

azalar, səngiyər,

Gəlməz mizana, çəkiyə.

Mən fələyin Fələkiyə*

Çəkdiyi dağı çəkirəm.

 

 Şair Fələki

 

 

Tacir

 

Tacir Şahmalıoğluna

 

Nədir bəxtimizdə bu qara yazı?

Həkərim, Xaçınım, qəmli Arazım,

Mənim misralarım, sənin avazın,

Hüsənlinin qoşa çinarı, Tacir

 

Talandı obamız elimiz bizim,

Qarabağ incimiz, ləlimiz bizim.

Qəmli şikəstəmiz balımız bizim,

Mən dərd pətəyiyəm, sən arı, Tacir

 

Muğama möhrünü basdı Şahmalı,

Getdi, yetim qoydu Rastı Şahmalı.

Min Ləhni Davuda bəsdi Şahmalı,

Yaşat o sərvəti, o varı Tacir!

 

Qalıb qürbətlərin duman, sisində,

Yurd, vətən qoxusun aldı səsindən.

Şərahil yol azdı qəm dəryasında,

Yoxdur bu dəryanın kənarı Tacir.

 

 

Elə gözəl

 

Bircə yol görməsəm açılmaz eynim,

Düşməz çiçəyə, gülə meylim.

Baxıb cəmalına ölməyim, neynim,

Dodaq elə gözəl, göz elə gözəl.

 

Nazını çəkdiyim nazını gizlər,

Yağdırar qarını, yazını gizlər.

Təbiblər dərmanın əsirgəməzlər,

Gözün xəstəsinə göz elə, gözəl.

 

Bahar səfasıdı qarın da mənə,

Məlhəmdi ¸can"ın da ¸çor"un da mənə.

Yer, yataq salmısan qorunda mənə,

Yandırır bağrımı köz, elə gözəl.

 

Dönər baxışların qurşun yerinə,

Gözlərim nur istər yaşın yerinə.

Şərahil, Yaradan daşın yerinə,

Kaş ürək verəydi gözələ - gözəl.

 

 

Şərahil Laçın

 

Təzadlar.- 2011.- 17-19 mart.- S.15.