Həyat sən öyrədən deyil, müəllim!
(Poemadan parçalar)
Deyirdin, əziz
tut ana dilini,
Öz dili olanın zilləti olmaz.
Qoru gözün kimi, qoy heykəlini.
Dili olmayanın milləti olmaz.
Alaqlar basıbdı
ana dilimi,
Soyumdan, kökümdən üzüb
əlimi.
"İnteqrasiya" sözü qırıb belimi,
Həyat sən öyrədən deyil, müəllim!
İndi "qlobal"
sözü bir hakim olub,
Çoxu Avropaya meylini salıb.
Göyçə unudulub,
xəyalda qalıb,
Həyat sən öyrədən deyil, müəllim!
Çoxları "mental"dan,
"soy"dan dəm
vurar,
Coşub iclaslarda
bar-bar bağırar.
Amma nə Vətənə, nə xalqa yarar,
Həyat sən öyrədən deyil, müəllim!
Deyirdin, elm ilə
insan ucalar,
Elmi olanlara qapı açılar.
Sən demə,
nadanlar başbilən
olar,
Həyat sən öyrədən deyil, müəllim!
Əyrilərə bütün
qapı açıqdır,
Onlara sərt yollar düz, hamar olur.
Günün günortası,
düpbədüz yollar
Düzlərə keçilməz, nahamar olur.
Sağ ikən
aqilə qurarlar kələk,
Huylayıb başına salarlar ələk.
Dəyər almaq üçün öləsən
gərək,
Həyat sən öyrədən deyil, müəllim.
Müşviqi, Cavidi, Əhməd Cavadı
Qətlə yetirdilər dinən olmadı.
Su alıb ağıza
laltək durdular,
Həqiqət uğrunda ölən olmadı.
Cavid "şair deyil" dedi bəzilər,
Adına olmazın hədyan dedilər.
Durub iclaslarda məddahlıq edib,
Namusu atdılar, arı yedilər.
Hər gün hədələndi, təqib
olundu,
Sağlığında qiymət verən olmadı.
Mirzə Cəlil
öldü dərddən,
qüssədən,
Tabutu altına girən olmadı.
Necə lənətləyim
bədəsilləri,
Gülüncdən gülüncdür dünyanın
işi.
Olmadı dəfninə
bir gəlib-gedən,
Məzara salandı
bir neçə kişi.
İllər ötdü,
keçdi neçə
qərinə,
Susan dillər
birdən dindi, danışdı.
Yıxıb zəmanənin
üstə günahı,
"Qaloş"lar
rolların dəyişdi,
çaşdı.
Qatil baltasının
sapı olanlar,
Üzü maskalılar tədbir gördülər.
Günahsız, divansız
qətl olanları
Tərif eyləməkdə bəhsə
girdilər.
Diriykən qiymətin
almayanlara,
Sonralar yad edib məclis
qurdular.
Zülm ilə yaşayıb öləndən
sonra
Məqbərə tikdilər, heykəl qoydular.
İstər lap qızıl
ol, istərsə gümüş,
Olsan da fədai, görsəndə
hər iş,
Sağ ikən
deməzlər, bu, dahi imiş,
Həyat sən öyrədən deyil, müəllim!
Hələ ikibaşlı
danışan çoxdur,
Bilməzsən nə deyir bu
qırx dillilər.
Pusquda durana etibar yoxdur,
Amandır, dönməsin
otuz yeddilər!
Gəlin daşı
tökək ətəyimizdən,
"Vətənin", "Millətin", "Dil"in
naminə,
Əl-ələ, göz-gözə biz sayıq
olaq.
Demədin, qansan da, kal olacaqsan,
Əgər şairsənsə, sən
susacaqsan.
Haqsız gərdişindən
çərxi-dövranın,
Dilin ola-ola,
lal olacaqsan.
Demədin, gözündən
dağlanacaqsan,
Əlindən, qolundan bağlanacaqsan.
Nadanın, cahilin fərmanı ilə
Bəzən dəvə kimi nallanacaqsan.
Sözün urvatı
yox, düşüb qiymətdən,
Xor baxarlar yazsan, sən həqiqətdən.
Ancaq söhbət gedir mədədən, ətdən,
Həyat sən öyrədən deyil, müəllim!
Çox sözlər
öyrətdin dürlü,
dəyərli,
Hikmətin elədi bizi bəhərli.
Fəqət, qarın
olub sözdən irəli,
Həyat sən öyrədən deyil, müəllim!
Nizami dirilsə,
dəhşətə gələr,
Füzuli küfr edər, əqlin itirər.
Bəhlul qarğısına,
sözə tüpürər,
Həyat sən öyrədən deyil, müəllim!
Deyirdin, qocaya hörmət eləyin,
Böyüyün, kiçiyin yerini bilin.
Yolunu saxlayın
obanın, elin,
Həyat sən öyrədən deyil, müəllim!
Ölübdü heysiyyat,
itibdi qürur,
Gəda ağsaqqaldan qabaqda durur.
İmansız, kitabsız
haqdan dəm vurur,
Həyat sən öyrədən deyil, müəllim!
Deyirdin, məzluma
hər an əl tutun,
Xeyir əməl olun, savaba batın.
Səxavət göstərin,
murada çatın,
Həyat sən öyrədən deyil, müəllim!
İndi pul borc verən zülm ilə verir,
Kim kimə
pul versə, sələmlə verir.
Mola da zəkatın sitəmlə
verir,
Həyat sən öyrədən deyil, müəllim!
Dedin, səxavətli
olmaq yaxşıdır,
Xəsislik adamın adın batırar.
Süfrəsi bol olmaq kişi
işidir,
Tikə ac doyurmaz, xətir artırar.
Xəsis şor-çörəyin
qıymaz kimsəyə,
Müftə yer axtarar, özgədən
yeyər.
Əyləşib süfrədə,
hey səxavətdən,
Utanmaz-utanmaz sənə dərs deyər.
Adam var işləyir,
qarın planı
Kimin hesabına nahar olacaq
Süfrədən durmamış,
behini alır,
Axşama kimləri tora salacaq.
Dedin, el-obaya siz gərək olun,
Məzlumlara arxa, həm dirək olun.
Hüzünə, kədərə
tez şərik olun,
Həyat sən öyrədən deyil, müəllim!
Sən çox
dedin, biz də elədik niyyət,
Xalqı mədəniyyət ucaldar
şayət.
Cavid əfəndi də dedi, nə
hacət
Həyat sən öyrədən deyil, müəllim!
Sanki mədəniyyət baha geyməkdi,
Qalustuk bağlamaq ütülənməkdi.
Yad dildə zəvzəyib, kəkələməkdi,
Həyat sən öyrədən deyil, müəllim.
Dedin, uzaq olun fitnə-fəsaddan,
Sağalmaz yaradır xudbinlik, riya.
Qəlbi təmiz
olun, olmayın paxıl,
Ucalsın adınız Günəşə,
Aya.
Tərbiyə olunmaz qəlbi paxıllar,
Günahı atası, anasındadır.
Paxıllar anadan paxıl doğular,
Paxıllıq paxıl mayasındadır.
Paxılın ürəyi
yaxşıya dözməz,
Xeyirə, savaba dilləri dönməz.
Nacinsin qursağı
yağı götürməz,
Həyat sən öyrədən deyil, müəllim.
Dedin, yaltaqlıqdan uzaq olun siz,
Həyatda hər zaman qürurlu olun .
Dedin, məddahlıqdan
həzər eyləyin,
Həqiqət uğrunda qərarlı olun.
Yaltaqlıq dərsini
bilməsən əgər,
Çox işin tərsinə - baş-ayaq gedər.
"İşbaz"lar
halını pərişan
edər,
Həyat sən öyrədən deyil, müəllim.
Gənc var, heroinlə ciyərin dəlir,
"Parno",
"erotika" - hər
şeyi bilir.
Öz ana dilinə gülməyi gəlir,
Həyat sən öyrədən deyil, müəllim!
İndi doğulanlar
laylaya həsrət,
Qucağa, şəfqətə,
ziyaya həsrət,
Ana südündəki mayayay həsrət,
Həyat sən öyrədən deyil, müəllim!
Ana var, "diet"də,
"fiqura" saxlar,
Uşağa vaxtı yox, özün pardaxlar.
Tifil uşaqları dayələr saxlar,
Həyat sən öyrədən deyil, müəllim!
Ana südü ilə
bəslənməyənin
Əsli bilinsə də, iffəti olmaz.
Ana qucağında böyüməyənin
İnsana insantək izzəti olmaz.
Kəbin yox, maya yox, nə
um, nə istə,
Doğulanlar nevroz, beyinlər xəstə.
Yığılıb bəlalar
gəlir üst-üstə,
Həyat sən öyrədən deyil, müəllim!
(Davamı
var)
Şöhlət
Əfşar
Təzadlar.- 2011.- 12-14 may.- S.15.