Aşıqların saz-söz yarışmasına start verildi

 

Müsabiqə iştirakçıları balabansız - tək saz alətində çalmaqla oxusalar, onların ustalıq qabiliyyətləri daha qabarıq üzə çıxar

 

Muğam kimi, aşıq yaradıcılığı da xalqımızın milli-mənəvi dəyərlərindədir. Bildiyimiz kimi, aşıq sənəti Qərbi Azərbaycanda, Borçalıda, Gəncəbasarda, Təbrizdə, Dərbənddə, Kəlbəcərdə Şirvanda inkişaf edərək, bu günümüzə gəlib çatıb.

Ümumiyyətlə, aşıq sənətinə Azərbaycanın hər tərəfində maraq olub. Ancaq bu sadalanan zonalarda aşıq sənətinə, saza daha çox önəm verilib. Həmin zonalarda, demək olar ki, əksəriyyət evlərdə saz aləti var. O yerlərdə aşıq musiqisi başqa musiqilərdən üstün tutulur. Həm aşıq musiqisini (saz havalarını) incəliklərinə qədər bilirlər. Sirr deyil ki, ustad aşıqlarımızın çoxu bu zonalardan çıxıb.

Sovetlər dövrünün (1950-60-cı illərə qədər) birinci yarısında aşıq yaradıcılığı gözdən salınsa da (repressiyaya düçar olmuşdu), sonradan bu sənətə diqqət artırıldı. Ağır illərin sınağından çıxan aşıq musiqisi öz qurultayını da çağırdı. Ustadlarımız xalqımızın milli-mənəvi dəyəri olan aşıq musiqisini qoruyub saxlayaraq, bu günümüzə gətirib çıxardılar.

Keçid dövrü olan 90-cı illərdə aşıq musiqisinə diqqət zəifləsə , son onillikdə saz havaları aşıqlarımız diqqət mərkəzindədir. Elə buna misal olaraq, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sayəsində saz aşıq musiqisi Azərbaycanın milli-mənəvi dəyəri kimi YUNESKO-da İSESKO-da qeydiyyatdan keçdi.

Hörmətli şairimiz Zəlimxan Yaqub AB-nin sədri seçiləndən bəri aşıq yaradıcılığının inkişafı göz qabağındadı. Ustad aşıqlarımıza qayğı artıb aşıqların ümumi birliyinə nail olunub.

Bölgələrdə gənc aşıqların müsabiqəsi bu uğurlardandır.

Musiqi məktəblərində saz şöbələri yaradılıb. Burada ustad aşıqlarımız öz biliklərini gənclərə öyrədirlər. İncəsənət Universitetində "Aşıq musiqisi" şöbəsi fəaliyyət göstərir. Bu da musiqi məktəblərində oxuyanlara öz musiqi (aşıq musiqisi) təhsilini davam etdirməyə imkan verir.

Odur ki, aşıq musiqisi get-gedə inkişaf etməkdədir.

6 may 2011-ci ildə Yevlax şəhərində aşıq musiqisinin pərəstişkarlarına layihə təqdim olundu. Layihəni həyata keçirən "EL TV" televiziya şirkətidir (şirkətin baş direktoru İqbal Məmmədəliyev, layihənin rəhbəri Ruslan Zeynalov, aparıcı Ceyhun Həsənlidir).

"Elin aşığı" aşıqlar müsabiqəsinin münsiflər heyəti aşağıdakılardır:

Azərbaycan Milli Elimlər Akademiyasının Folklor İnstitutunun "Aşıqlar" şöbəsinin sədri, aşıq yaradıcılığının yorulmaz tədqiqatçısı, Azərbaycan radiosunun "Sarıtel" verilişindən tanıdığımız folklorşünas alim Elxan Məmmədli, ustad aşıq Mayis Gəncəli, ustad aşıq Fətullah Göyçəli Kəlbəcər aşıqlarının ağsaqqallarından ustad aşıq Xalıqverdi Kəlbəcərli.

Seçim turu Gəncə şəhərinin Gülüstan qəsəbəsindəki Kəlbəcər Mədəniyyət evində keçirilib. Müsabiqədə iştirak etmək istəyən 50 aşığın arasından 12 nəfər seçilib. Kəlbəcər, Gəncəbasar Mərkəzi Aranı təmsil edən yarış iştirakçıları aşağıdakılardır:

1. Allahverdiyev Qənbər, 2. Babaxanov Qabil, 3. Edilxanov Adil, 4. Nəbiyev Nizami, 5. Süleymanov Ələddin, 6. İsmayılov Sovqat, 7. Əliyev Məmməd, 8. Tağıyev Saleh, 9. Cəfərov Sabir, 10. Qasımov Duman, 11. Mehdiyev Mirsahib, 12. İsayev Hafiz.

Aparıcı Ceyhun Həsənli müsabiqəni açmaq üçün ilk sözü münsiflər heyətinin üzvü, folklorşünas Elxan Məmmədliyə verdi. O, layihəni həyata keçirən "EL-tv" televiziya şirkətinin rəhbərliyinə, layihənin rəhbərinə minnətdarlığını bildirib yarış iştirakçılarını təbrik etdi onlara uğurlar arzuladı.

Münsiflər heyətinin üzvləri aşıq Mayıs Gəncəli, aşıq Fətullah Göyçəli aşıq Xalıqverdi Kəlbəcərli ayrı-ayrılıqda müsabiqə iştirakçılarına öz tövsiyələrini verməklə, hərəsi bir klassik ustaddan oxudular.

Müsabiqə 3 aya qədər davam edəcək. Müsabiqə iştirakçıları nəyə qadir olduqlarını, ustadları necə mənimsədiklərini münsiflərə aşıqsevərlərə göstərəcəklər.

Açılış mərasimi olduğu üçün, yarış iştirakçılarının oxuduqlarının tanışlıq xarakteri daşıdığını nəzərə alan münsiflər nöqsanlara irad bildirməlidirlər.

Tədbirdə həm yarışan aşıqların sms nömrələri elan olundu.

"Elin aşığı" müsabiqəsinin açılış mərasiminə dəvət almış aşıq Samirə, aşıq Əkbər Gəncə Yevlax şəhərlərindən gəlmiş müğənnilər aşıq mahnıları, xalq mahnıları estrada mahnıları oxuyaraq həm yarış iştirakçılarını təbrik etdilər, həm öz çıxışları ilə müsabiqəni rəngarəng etdilər.

Müsabiqəyə dəvət olunmuş fəxri qonaqlardan AYB-nin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə, AYB-nin Qazax bölməsinin sədri Barat Vüsal, ATV televiziyasında keçirilən "Bir söz de" müsabiqəsində III yer tutmuş qiraətçi Nazim İsayev yarış iştirakçılarına uğurlar münsiflərə ədalət prinsipinə riayət etmələrini arzuladılar.

Müsabiqənin keçirilməsində məqsəd aşıq ənənələrindən bir qədər uzaq olan Mərkəzi Aranda gənclərin aşıq yaradıcılığına marağını artırmaq, saz alətində çalmağı öyrənənləri ruhlandırmaq, muğam kimi, aşıq musiqisini gənclərə aşılamaq, ustadlarımızı tanımaq-keçmişimizi yaşatmaqdır.

"Elin aşığı" aşıq müsabiqəsində hər həftə bir klassik ustad aşığımıza həsr olunacaq. Yarış iştirakçıları Aşıq Alı, Aşıq Abbas Tufarqanlı, Aşıq Ələsgər, Aşıq Qurbani, Aşıq Valeh, Aşıq Hüseyn Bozarqanlı, Aşıq Şəmşir, Aşıq Kamandar s. kimi ustadların yaradıcılığından bəhrələnəcəklər.

Mənə elə gəlir ki, müsabiqə iştirakçıları balabansız - tək saz alətində çalmaqla oxusalar, onların ustalıq qabiliyyətləri daha qabarıq üzə çıxar (bu mənim bir tamaşaçı kimi fikrimdi). Aşıq sənəti - sazın, sözün, səsin vəhdətindən yaranır. Həmişə olduğu kimi, saz öz yerini qoruyub saxlamalıdır. Yoxsa bu aşıq sənəti olmaz. Ən az səs toplayan 2 nəfər iştirakçı müsabiqəni tərk edəcək.

Müsabiqənin açılış mərasimi çox maraqlı anları ilə tamaşaçıların qonaqların zövqünü oxşadı. İzləyənlərdə gözəl təəssürat yaratdı.

13 may 2011-ci il. Yenə cümə günü. Yevlax şəhərindəki "El TV"-nin canlı yayım studiyası yarış iştirakçılarının aşıq musiqisi pərəstişkarlarının ixtiyarına verildi.

Bu həftə klassik ustad aşığımız Aşıq Qurbaniyə həsr olunmuşdu. Müsabiqədə iştirak edən aşıqlar Aşıq Qurbani qoşmalarından, gəraylılarından, təcnislərindən oxuyub-çaldılar.

Münsiflər heyətinin üzvləri ayrı-ayrılıqda aşıqlarımızın hər birinin nöqsanlarını göstərdilər. Onlara sözlərin düzgün deyilməsi, sözlə musiqinin vəhdət təşkil etməməsi, saz havalarının düzgün çalınmaması s. iradlar bildirdilər. Münsiflər heyətində oturan ustadlarımız yarış iştirakçılarına öz tövsiyələrini verdilər. Gələcəkdə deyilən nöqsanlardan nəticə çıxarmalarını tapşırdılar.

Müsabiqə iştirakçılarından Aşıq Qənbərin, Aşıq Dumanın, Aşıq Nizaminin, Aşıq Məmmədin çıxışları aşıqsevərlər tərəfindən alqışlarla qarşılandı.

Bu həftə heç bir səs belə toplamayan Edilxanov Adil Tağıyev Saleh müsabiqəni tərk etdilər. Müsabiqəyə hələlik hamıdan çox səs toplayan Məmməd Əliyev başçılıq edir. "Elin aşığı" müsabiqəsini indi 10 nəfər aşıq davam etdirəcək.

Xalqımızın milli-mənəvi dəyərlərindən olan aşıq sənətini yaşadan, onu gələcək nəsillərimizə çatdırmağa çalışan yarış iştirakçılarına biz uğurlar arzulayırıq.

 

 

Məmməd Gürşadoğlu,

Mingəçevir şəhəri

 

Təzadlar.- 2011.- 21-24 may.- S.15.