Həyat sən öyrədən
deyil, müəllim
(Poemadan parçalar)
(Əvvəli ötən
saylarda)
Qədirdən, qiymətdən düşər hər nə var,
Yersiz bir sahədə artsa kəmiyyət.
Böyük hədəflərə yetişmək üçün
Gərək elmimizdə artsın keyfiyyət.
"Alim" var,
dindirsən cəhli eləyir,
Nə də bilməyir ki, heç nə bilməyir.
Ağappaq qatığa
qapqara deyir,
Həyat sən öyrədən deyil, müəllim!
Yıxdı evimizi saxtalıq, yıxdı,
İşlər xəcalətdir,
tər tökən yoxdu.
Aqillər möhtacdır,
nadanlar toxdu,
Həyat sən öyrədən deyil, müəllim!
Çidara vursalar aqilin fikrin,
Daha həşir salıb elmim var demə.
Dahilər demişkən,
alimsiz xalqdan
Təfəkkür, əqidə
ümma, gözləmə.
"Yazar" var,
kal başı söz ilə dərddə,
Qələmə zülm
edib kağız korlayır.
Qatıb qarışdırır,
cəfəng eyləyir,
Duzsuz yazıları
ağız korlayır.
Bəzisi vurğundur,
düşgündür Qərbə,
Yersiz çərənləyir
Markdan, Hüqodan.
Çıxarıb cibindən
dəftərçəsini,
Sitatlar oxuyur Laroşfukodan.
Qələm əhli
var ki, onun
gözündə
Dünya qapqaradır,
guya ağı yox.
Heç kimi bəyənmir, gözü
götürmür,
Şəkildə insandır,
adamlığı yox.
Xaliq ilk olaraq səsi yaratdı,
Qələmi yaratdı,
sözü yaratdı.
Nur verib şairin kövrək qəlbinə,
Atəşi yaratdı,
közü yaratdı.
Dedin, şairləri uca tutun siz,
Həyat nəyə
gərək sözsüz,
qələmsiz.
"Şairlər" surəsin vəhy etdi Allah,
İnsanlar olsunlar onlardan agah.
"Şair" var,
tanımır Nizamisini,
Açıb oxumayıb
Füzulisini.
Gözü pərdəlidir,
Haqqı anlamaz,
Qəlbi möhürlüdür,
danır dinini.
Qəlb gözü
pərdəli, bəsirəti
yox,
Gah Haqdan dəm vurur, gah Haqqı danır.
Kütbaş, nihilstdir,
heç nə anlamaz,
Özün "fövqəl-bəşər",
həm "dahi" sanır.
Şair var ki, ancaq yazır
sevgidən,
Torpaq fəryadından
çəkməz bir
zillət.
Qaçqın, köçkün
dərdi ruhuna yaddır,
Yoxdur mövzusunda
Qarabağ, Millət.
Bəzi "qəzəlxan"lar
eləyib zühur,
Betər günə
salır sözü, gözəli.
Min dəstur işlədib
sətirlər qurur,
Naftalin qoxuyur dayaz "qəzəl"i.
Hərdən cızmaqara
edən filankəs
Bağırır: yazaram,
söz əhliyəm mən!
Deyirsən, nə yaxşı, göyərdim
sözün,
Axtar, dənliyində,
tapmazsan bir dən.
Dili zəhər tökür hər səhər, axşam,
Hamıdan gileyli, Haqdan gileyli,
Əhli-əyalıyla yola getməyir,
Könül dünyası
yox, yardan gileyli.
Deyirdin, mətbuat
xalqın gözüdür,
Ədalət, həqiqət
sözün düzüdür.
Bəzi "qəzet"lər
var, arşın bezidir,
Həyat sən öyrədən deyil, müəllim!
Elə "qəzet"
çıxır, məhsulu
xəmir,
Həsənin, Cəlilin
dediyin demir.
Zatına xas olan payını yemir,
Həyat sən öyrədən deyil, müəllim!
İndi çox
yazılar kaldı, höyüşdü,
Mövzu qara piyar, mövzu söyüşdü.
Əncam qılınmayır,
əcəb nə işdi?!
Həyat sən öyrədən deyil, müəllim!
"Müxbir" var
ki, qapı-qapı sülənir,
Heç utanmır,
əl də açır, dilənir.
Mənliyi yox, harda gəlsə əylənir,
Həyat sən öyrədən deyir, müəllim!
Araq gördü, sanki dədəsin görür,
Dib yalayır, gözü
doymur, sümürür.
ömrünü mənasız,
səfiltək sürür,
Həyat sən öyrədən deyil, müəllim!
Beş manata şırtıq vurub oynayır,
Şərin, küfrün
qazanında qaynayır.
Hər nə gəldi qələmini sınayır,
Həyat sən öyrədən deyil, müəllim!
Deyirdin, məktəbdir
telekanallar,
Bizi inkişafa aparır onlar.
İndi "virus" yayır bəzi kanallar,
Həyat sən öyrədən deyil, müəllim!
Elə kanal var ki, ədəbdən
uzaq,
Zehni zəhərləyir
hər verilişi.
Mənasız, səbatsız
çarx fırladırlar,
Zövqü korlamaqdır
onların işi.
Ekranda hökm
edir iyrənc "şoular",
Böyüyün, kiçiyin
üzünü açır.
Efirdə təhqirlər
baş alıb gedir,
Ayağın altında
bəzən yer qaçır.
Əcnəbi seriallar
pozur əxlaqı,
Mənəvi dünyamız
çox ləkələnir.
Yad ruhda böyüyür övladlarımız,
Milli dəyərimiz çox zədələnir.
İndi musiqilər
olub bayağı,
Çoxu sayıqlayır
sərsəm sayağı.
Boranı bitirir qarpızın tağı,
Həyat sən öyrədən deyil, müəllim!
Zəhmətsiz "dınq"
edib çıxırlar
üzə,
Səsi olmayanı
edirlər "ulduz".
Hər gün ekranlarda girirlər gözə,
Oğulsan, bu işə tab eylə gəl, döz!
Dedin, müxaliflik haqqı deməkdir,
Vətənin, millətin
dərdin çəkməkdir.
İndi müxaliflik
gün keçirməkdir,
Həyat sən öyrədən deyil, müəllim!
Durub müxalifət gözünü döyür,
Xaricdən aldığı
qrantı yeyir.
öyrənib ağa da qaradır deyir,
Həyat sən öyrədən deyil, müəllim!
Deyirdin, bu dünya barışı sevir,
Qoruyun dostluğu,
siz, həmrəyliyi.
Əməyi, zəhməti,
yarışı sevir,
Yaşadın əməldə,
işdə birliyi.
İndi dünya
quru qan çanağıdır,
Kəşmirlə Fələstin
qan ocağıdır.
Hamı bir-birinə
düşmən, yağıdır,
Həyat sən öyrədən deyil, müəllim!
Qarabağ inləyir
düşmən əlində,
Tülkünün dalında
ayı dayanır.
Gürcüstan alovun, odun içində,
Satqının dalında
"dayı" dayanır.
Milyon-milyon insan doğma yurdunda
Qaçqın, köçkün
düşüb, didərgin
olub.
Haqqın da mizanı düşüb
Bermuda,
Tanrı bu işlərə məəttəl
qalıb.
İraq, Əfqanıstan
zülmün altında,
Afrika yalavac, çörək dilənir,
"Demokratam" deyib,
bar-bar bağıran
Qərbli "başbilən"lər
harda sülənir?!
Zərbələr yeyirik, heç ayılmırıq,
Su gəldi, gəlmədi
fərqə varmırıq,
Sabir dediyindən ibrət almırıq,
Həyat sən öyrədən deyil, müəllim!
Deyirdin, yaddaşdan
möhkəm olun siz,
Vətənin yolunda qatlamayın diz.
Bir zad anlamayan həpəndlərik
biz,
Həyat sən öyrədən deyil, müəllim!
Xəyanət başladı
yurdun içində,
Cənubda oyunbaz, Şimalda "Sadval".
Ara qarışdırıb
bu quru "bəy"lər,
Açdı başımıza,
açdı qeylü-qal.
Kimisi "bəy"
oldu, kimisi "ağa",
Qızışdı meydanlar,
qarışdı ara.
Qardaşı qardaşa
düşmən etdilər,
Böldülər milləti
partiyalara.
Kababçı rəisdi,
qəssab ağsaqqal,
Böyük-kiçik yeri bilən olmadı.
Hərə bir tərəfdə "xan"lıq
eşqində,
Vətənin dərdinə
qalan olmadı.
Hamını saldılar
gözümçıxdıya,
İtdi ziyalılıq,
yox oldu hörmət.
Bazarda şor yağdan qiymətli oldu,
çəkdilər hər şeyin üstən qara xətt.
Əqli olanlara daş kəsdirərlər,
Əqidəsi varsa,
lap asdırarlar.
Haqq deyən oğula qan qusdurarlar,
Həyat sən öyrədən deyil, müəllim.
(Davamı
var)
Şöhlət
Əfşar
Təzadlar.- 2011.- 17-19 may.- S.15.