Diş-çənə anomaliyalarıxəstəliyi sürətlə artır

 

Alı Əliyev: "Uşaqlar 6-7 yaşına çatdıqda onlara sürtgəcdən keçirilmiş yeməkləryedizdirilməməlidir, çənə gərək işləsin ki, qan dövranı çənənin inkişafına kömək etsin"   

 

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, yer üzərində yüz milyonlarla insan kariyesdən əziyyət çəkir. Son 10 ildə parodontoz xəstəliyi 20 faiz artmışdır. Dişlərində problem yaranan yaşlıların 84 faizi uşaqlıqda ana südü ilə deyil, süni vasitələrlə qidalananlardır. Dişin itkisi ilə nəticələnən diş əti xəstəliyinə planet sakinlərinin təqribən 15 faizində rast gəlinir. Diş-çənə anomaliyaları isə çənə-üz xəstəlikləri arasında birinci yeri tutur. Bu problem 3 yaşlı balacaların 75 faizində aşkarlanır. Bu xəstəliklər ölkəmizdən yan keçməmişdir. Aparılan elmi-tədqiqat işləri ölkəmizdə son illər diş-çənə anomaliyalarının artmasını təsdiqləyir.

Bununla əlaqədar olaraq Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin məzunu, 1 saylı kliniki xəstəxananın həkim-stomatoloqu Alı Əliyev ölkəmizdə geniş yayılan diş xəstəliklərinə aydınlıq gətirdi:

- Bütün dünyada geniş yayılan diş xəstəliyi dişlərin sərt toxumalarının dağılması xəstəliyi - kariyesdir. Bir çox ölkələrdə bununla bağlı çox ciddi profilaktik tədbirlər aparılır. Hazırda Azərbaycan əhalisinin 95 faizində kariyes xəstəlikləri vardır. Sərt toxumaların dağılması dişin kanalında olan özəyə çatır iltihab prosesi  başlayır. Bu zaman kəskin diş ağrıları yaranır. Vaxtında yardım göstərilmədikdə diş ətrafında iltihab, məhdud-iltihab-abses, sepsis, fleqmona, irinli iltihab əmələ gəlir. Bəzən xəstələr gec müraciət edirlər ki, biz onları itiririk.

- Uşaqlarda qeyri-korioz xəstəliklərin yaranması ilə bağlıdır?

- Hamilə vaxtı anaların keçirdiyi infeksion xəstəliklər qrip, para qrip, kəskin mədə-bağırsaq dispepsiyaları, stress faktı, hormonal disbalans, müəyyən dərmanların qəbulu s.

- Bəs uşaqlarda kariyesə bənzər ləkələrin əmələ gəlməsi hansı xəstəlik hesab olunur?

- Qeyri-korioz mənşəli xəstəliklərin əmələ gəlmə vaxtına görə 2 qrupa bölünür. 1-ci diş mayalarının inkişafı zamanı əmələ gələn qeyri-korioz zədələnmələr, ikincisi, dişlər çıxarıldıqdan sonra əmələ gələn qeyri-korioz xəstəliklər. Birinci qrupa daxil olan xəstəliklər hipoplaziya, hiperplaziya, flüoroz, natamam amelogenez dentionogenezdir. İkinci qrupa daxil olanlar isə dişlərin erroziyası, nekrozu, pazabənzər qüsur, hiperesteziyası daxildir. Hamiləliyin 6-7 həftəliyində süd dişlərinin mayası qoyulur. Bu zaman birinci qrup xəstəliklər yarana bilir. Bunun üçün hamilə qadınlar özlərinə xüsusi diqqət yetirməli, qidalanmalarına fikir verməlidirlər. Burada ən çox yayılan hipoplaziya filerozdur. Filoroz əsasən suyun tərkibində flüorun miqdarının artıq olmasından əmələ gəlir. Bu xəstəlik ən çox Abşeron Abşeron ətrafı rayonlarda müşahidə olunmuşdur. Bunun profilaktikası üçün həmin ərazilərdə suyun flüorsuzlaşdırılması lazımdır. Bunların müalicəsi hipoplaziyanın yüngül formasında remineralizasiyaedici terapiya yaxşı effekt verir. İki həftə ərzində flüorlarla applekasiya aparılır. Ağır formada isə heliokompozit tərkibli estetik plomb məsləhət görülür.

- Müasir stomatologiya inkişaf edib. Dişlərin implantasiyası belə mümkündür. Buna təlabat nədən irəli gəlir?

- Bunlar dişlərin hissə ya tam adentiyası zaman istifadə olunur. Onların tərkibi əsasən titan 4-oksid rutildən ibarətdir. Normal texnologiyalarla qoyulan implant 5 ildən sonra çənə sümüyünə atrafiya 0,1 mm gedir. Burada fəsadlar da ola bilir. İmplad fəsadlar iki cür olur. İmpland qoyulan zaman ondan sonrakı dövr. İmpland qoyulan zaman əmələ gələn fəsadlar perforasiya qoyulan zaman haymor boşluğunun perferasiyası çənə sümüyünün zədələnməsi, pereiplantit sonraki ola bilər. Ümumiyyətlə, implantın müsbət cəhətləri itirilmiş dişləri bərpa etmək üçün ağızda qalan dayaq dişlərin yonulmamasıdır. Bunun üçündə biz həkimlər xəstələrə məsləhət görürük ki, implant dişlər daha məqsədə uygundur. İstənilən ölkənin implantını qoyuruq. İzrailin, Almaniyanın, İtaliyanın implantları vardır.

- Dişlərimizi necə qorumalıyıq ki, onları vaxtsız itirməyək?

- Profilaktik olaraq ildə iki dəfə həkim müayinəsindən keçmək mütləqdir. Dişləri, damaqları təmiz saxlamaq işlətmək lazımdır. Uşaqlar 6-7 yaşına çatdıqda onlara sürtgəcdən keçilmiş yeməklər yedizdirilməməlidir. Çənə gərək işləsin ki, qan dövranı çənənin inkişafına kömək etsin. Çeynəmə prosesi az olduqda həm ərp yaranır, həm dişlər zəif inkişaf edir. Bunlara nəzarət qədər yüksək olarsa, kariyes xəstəliyi tədricən azala bilər.

 

 

Nəzmiyyə HİCRAN

 

Təzadlar.- 2011.- 17-19 may.- S.11.