Həyat sən öyrədən deyil, müəllim
(Poemadan parçalar)
(Əvvəli
ötən saylarda)
Birləşmək gələndə ha düşünürsən,
Hərəmiz bir yana çəkirik, niyə?
Dağlartək dayanıb çiyin-çiyinə,
Biz nədən vermirik kürək-kürəyə?!
Deyirdin yumruqtək bir ürək olun,
Fikirdə, əməldə, işdə hər zaman.
Çəkici zindana bir vurmayanlar
Zirvə fəth etməyi etməsin güman!
Erməni başladı səksən səkkizdə,
Dediyin elədi işdə, əməldə.
Biz isə gurladıq boş-boş, hədəfsiz,
Bina möhkəm durar möhkəm təməldə.
Unutduq ibrətin
beşinci ilin,
Unutduq on beşi, on səkkizi də.
Kor olar bilməyən tarixin dilin,
Kompassız qərq olar gəmi dənizdə.
Laçın yaralandı,
uf demədilər,
Kreslo uğrunda bəhsə girdilər.
Xocalı köməksiz
nalə eylədi,
Çarəsiz insanlar qurban getdilər.
Gərək Avropanın
yolun gedəsən,
Onların dediyin təqlid edəsən.
Düşünmə, öyməyə
soykökünü sən,
Həyat sən öyrədən deyil, müəllim!
Böyüklük "ATƏT"ə,
"AŞPA"ya düşür,
Lotular arxada bizə gülüşür.
Deyəsən, Qarabağ
əldən sürüşür,
Həyat sən öyrədən deyil, müəllim!
Bilmirsən bir çoxu haraya axır,
Maskalı üzlərin tutubdur paxır.
Bir az qurdalasan, erməni çıxır,
Həyat sən öyrədən deyil, müəllim!
Olmadı ağılın
cilovun tutan,
Getdi əlimizdən ip də, ilxı da.
Baş açan
olmadı gedən oyundan,
Düşmənə yem oldu cüt
də, yalxu da.
Kreml qısqandı
ulu Heydəri,
Yaddaş korluğundan agah olmadıq.
Xülyalar içində
durub gözlədik,
Bilmərrə yuxudan biz ayılmadıq.
Başbilən ucundan getdi torpaqlar,
Sərkərdəsiz qoşun bir səmər verməz.
Milyon-milyon bilək
külüng çalsa
da,
Körük od vurmasa, polad əriməz!
Dedin, ədalətlə
hökm edin hər an,
Ay, divan, ixtiyar
sahibi olan!
Tamahlar itidir keçməyir puldan,
Həyat sən öyrədən deyil, müəllim!
Dedin, yazılıdır
bütün qanunlar,
Qanuna uyanlar salamat qalar.
Sən demə,
hökm edir yazılmayanlar,
Onları bilməyən tez bədbəxt olar.
Yazılı qanunlar qorxulu deyil,
Pozarsan qanunu, məhkum olarsan.
Azadlıqdan məhrum
olub neçə il,
Çəkərsən cəzanı, məhbus yatarsan.
Kitabı bağlıdır
haqlının, haqqın,
Hərləmir qanunu dələduz, harın.
Ayağı sürüşür
bu qanunların,
Həyat sən öyrədən deyil, müəllim!
Sanma, ədalətə
çata bilərsən,
Amma pulla alıb, sata bilərsən.
Düz sözün
üstündə yata
bilərsən,
Həyat sən öyrədən deyil, müəllim!
Adi işin
həlli etap-etapdı,
Məmurun oyunu lap şupdu-şapdı.
Bir duyan olmadı haq yerin tapdı,
Həyat sən öyrədən deyil, müəllim!
İndi təriflənir
kim yırtıcıdır,
Dələduz zirvədə, başlarda tacdır.
Ziyalı, müəllim,
alimlər acdır,
Həyat sən öyrədən deyil, müəllim!
Meydanıdır acgözlərin,
hərisin,
Hamı soyur bir-birinin dərisin.
Millət batır,
düşünən yox
gerisin,
Həyat sən öyrədən deyil, müəllim!
"Narko"
"cip"də gəzir,
qazancı kom-kom,
"Otel"çi, alverçi
ötürür lom-lom.
Sən belə
dünyadan nə küs, nə də um,
Həyat sən öyrədən deyil, müəllim!
Villası, bağı
var, amma bəs demir,
"Cip"i
bəyənməyir, "Mersedes"
minmir,
Doymayır gözləri,
nə şükür
etmir,
Həyat sən öyrədən deyil, müəllim!
Elələri var ki, heç insaf bilmir,
Millətin qanını
zəlitək əmir,
Allahın dediyin bəndəsi demir,
Həyat sən öyrədən deyil, müəllim!
Dünya qumarxana,
həyat qara xal,
Bacarsan hamını aldat, tora sal.
Hər kimin nəyi var, tut əlindən al,
Həyat sən öyrədən deyil, müəllim!
Kim hara otursa, orda kök
atır,
Atını sağa da, sola
da çapır.
Qürurun itirib, mənliyin satır,
Həyat sən öyrədən deyil, müəllim!
Kresloya minən
düşmək istəmir,
Əlindən iş gəlmir, bir həya etmir,
Saymır Əzraili,
ona can vermir,
Həyat sən öyrədən deyil, müəllim!
Çoxu halal yolla çörəyin yemir,
Dönüb yalquzağa haram döş əmir.
Bir kimsə
kimsənin günahın
demir,
Həyat sən öyrədən deyil, müəllim!
Düzdür, hər
günahı mələklər
yazır,
Çoxları "qrex"li, damğası hazır.
Əgər dayı
tapsan fikir eləmə,
İndi mələklər də yazdığın pozur.
Çoxu tor içində, bilmir neyləsin,
İmanı qalmayıb
düzünü desin.
Əməli hazırdır
öz başın yesin,
Həyat sən öyrədən deyil, müəllim!
Min rəhmət
oxuyaq Mirzə Cəlilə,
Yazıb "ölülər"i, açdı
sirləri.
İndi əməlimiz
betərdən-betər,
Ağlayan lazımdır biz diriləri.
İyirminci əsrdə
fəğan elədi,
Nəsrəddin çox
dedi, əməl yemədi.
Gördü, dünya
işi küydü, kələkdi,
Bezdi yazıq molla daha demədi.
Qalxır əməkhaqqı,
artır təqaüd,
Şeytanın ayağın hərdən
sındırır.
Öncə bahalaşır
bazarda hər şey,
Qiymət nəfəs kəsir, əli yandırır.
Boğur insanları
monopoliya,
"İşbaz"lar kimsəni vecə almayır.
Məsəl var, deyiblər atalar axı:
"Bu puldan Fatıya tuman olmayır".
Cəmiyyət bölünüb
təbəqələrə,
Qudurğan xam attək qırıb tuşağı.
Xalqın dərisini
soyan harınlar
Millətə baxırlar üstən aşağı.
Səhərdən axşama
dolanmaq üçün
Kimi gündəliyə
od ayaqlayır.
Kiminin pulları
xəzəl olubdu,
Bir "imic"i üçün
milyonlar sayır.
Yaman xoruzlanır
dünənki fərə,
Kim onu saymasa, işi
şuluqdur.
İkiqat əyilir,
dönüb fəqirə,
Dünənki xoruzun boynu yoluqdur.
İnsanlıq, ləyaqət
var olsun deyə,
Dedin, təmənnalı
olmayın heç vaxt.
Həqiqət, ədalət
ərşə çəkilər,
Qarğış hədəfidir təmmənalı
taxt.
Adamın adamsız
sözü deyilməz,
Ağzınla quş tutsan, yerin bilinməz.
İndi "mənölüm"süz
bir iş düzəlməz,
Həyat sən öyrədən deyil, müəllim!
Təmənna yoxdursa,
kömək gözləmə,
Verməsən, almasan düzdə qalarsan.
Adını "işbilməz"
qoyub gülərlər,
Özün də özündən bezar olarsan.
Kütbeyin ortada,
toy toğlusutək,
Hər gün at oynadır, sahibi yoxdur.
Dörd yan fitnə-fəsad, əməllər
əyri,
İşdən yapışan
az, darğalar
çoxdur.
Hərə bir ağadır, yığan
yox ipin,
Ara qarışdırır dil
verənləri.
Hər kəs işə düzüb əshabələrin,
Ələkçidən çoxdur qıl verənləri.
Hər sözün
müqəddəs, mən
də dinlədim,
Sənin tökdüyünü bir-bir
dənlədim.
Haqqı dedim, zərbələrdən inlədim,
Həyat sən öyrədən deyil, müəllim!
Müəllim, hələ də haqqı deyirsən.
Təsəlli bişirib ümid yeyirsən.
Bilirəm, ey müdrik, əzab çəkirsənE
Həyat sən öyrədən deyil, müəllim!
Saydım qüsurları
mən birər-birər,
Oxuyub anlayan ibrət götürsün.
Əl çəkib
tutduğu bəd əməllərdən,
Nadan dünyagirlər haqq yola dönsün.
Mən bir ayna tutub təmiz
ürəklə
Yazdım həqiqəti, yazdım düzünü.
Qoy, nəfsin
qulları, əməli
pislər
Baxıb bu aynaya görsün özünü!
Ariflər, alimlər,
saleh dindarlar
Qətiyyən narahat olmayacaqlar.
Saxtakar, riyakar,
görüb özünü,
Vaxtsız xoruz kimi banlayacaqlar.
Təki banlasınlar
vaxtsız xoruzlar,
Yerini, yurdunu nişan verəcək.
Yırtılacaq qara, çirkin maskalar,
Onların kimliyin xalqım görəcək.
Yaxşı oğulları
çoxdur xalqımın,
Qoy bəxtiyar
olsun millətin sevən!
Yaxşılar başında
gəzdirir deyə,
Daima ucalır
bu ana Vətən!
Uca göydələnlər,
tağbənd körpülər,
Süslənir küçələr, salınır
yollar.
Hər yanda tikilir yeni məktəblər,
Çiçək açır əməllərdə
arzular.
Gənclərə yol açıq, verilib meydan,
Təhsildə, idmanda qələbə, zəfər.
Səsləri Sidneydən,
Pekindən gəlir,
Hünər göstərirlər onlar hər səfər.
Öz yeri, öz sözü vardır xalqımın,
Bütün qitələrdə, hər
bir diyarda.
Gül açıb
növrağı Azərbaycanın,
Şöhrəti yayılıb
bütün dünyada!
Şöhlət Əfşar
Təzadlar.- 2011.- 19-21 may.-
S.15