Muğamı canı, qanı ilə sevən qızcığaz
Kamilə Nəbiyeva birinciliyə
ən layiqli namizəddir
"...Quş
qonmayan qayalarda
daş oynadar,
Kirpiklərdə yaş oynadar,
Mahnılar var, ayaqları,
Muğamlarsa baş oynadar..."
Bu misralar
mərhum şairimiz Bəxtiyar Vahabzadənin
"Muğam" poemasındandır.
Əslində bu misralar həm də xalqımızın
mədəni irsi olan muğama verilən ən yüksək qiymətin təzahürüdür...
Hər bir xalqın böyüklüyü
onun mədəni irsini, mədəni xəzinəsini layiqincə
yaşadanlarla ölçülür.
Sevindirici haldır ki, mənəvi xəzinəmiz olan muğamı hər dövrün gəncləri,
böyük sənətkarları
yaşadıb və gələcək nəsillərə
ötürüb. Bu gün
Azərbaycanın muğam
sənəti ən yüksək səviyyədə
təbliğ olunur və yaşayır. Yetişməkdə olan gənc nəsil bu sənəti layiqincə yaşadır.
Neçə ildir keçirilən Televiziya Muğam Müsabiqəsi və ötən ildən start götürən
Beynəlxalq Muğam Festivalı bu musiqi janrının təbliğatında önəmli
rol oynayır.
Artıq bu müsabiqələr vasitəsilə
neçə-neçə istedadlı
gənci tanımışıq.
Bu gənclər öz
sənətkarlığı, istedadı ilə hər birimizin rəğbətini qazanıb.
Bu gün biz onları
həm də böyük səhnələrdə,
beynəlxalq arenalarda görürük.
Belə istedadlı
gənclərdən biri
də hazırda keçirilən 3-cü Muğam
Müsabiqəsinin iştirakçısı
Kamilə Nəbiyevadır.
Kamilə Nəbiyevanın
şaqraq zəngulələrində,
şirin səsində
doğma İsmayıllı
torpağının sanki
saf havasının, büllur bulaqlarının,
ecazkar təbiətinin
saflığını, duruluğunu
hiss edirik. Yaşının
az olmasına baxmayaraq, bu qızcığaz böyük
sənətkarlara xas sənət nümayiş
etdirir... Hiss olunur ki, Kamilə canı, qanı ilə muğama bağlıdır. O, bu sənəti çox sevir, sanki elə
bu sənət üçün, muğamı
yaşatmaq üçün
doğulub.
Təbii ki, biz tamaşaçılar bu müsabiqənin məsuliyyətini
bilirik. Hər həftə yeni qəzəllər əzbərləmək,
muğamın incəliklərini
mənimsəmək, Arif
Babayev, Mənsum İbrahimov, Əlibaba Məmmədov, Səkinə
İsmayılova, Ağaxan
Abdullayev və s. kimi böyük sənətkarların, milyonlarla
tamaşaçının qarşısında
muğam ifa etmək çox çətin və məsuliyyətlidir. Bütün
bu çətinliklərə
baxmayaraq, Kamilə bu işin öhdəsindən
bacarıqla gəlir.
O, hər dəfə daha böyük sənət nümayiş
etdirir. Kamilənin istedadı, bacarığı
münsiflərin, eyni
zamanda tamaşaçıların
gözündən yayınmır.
Ötən həftə
münsiflərin onun çıxışından sonra
heç bir şərh, yozum vermədən birbaşa ən yüksək qiymət - 10 bal vermələri
buna əyani sübut idi. Tamaşaçılar isə
Kamiləyə verdikləri
qiyməti hər dəfə gurultulu alqışlarla bildirirlər.
Söhbətləşdiyim muğam
biliciləri bu müsabiqədən söz
açanda Kamilə Nəbiyevanın haqqında
xoş sözlər bildirir, onun istedadından söz açır və peşəkar muğam ifaçısı kimi parlaq gələcəyi olacağını bildirirlər.
Təbii ki, ən doğru qiyməti onlar verirlər.
Biz də
müşahidə etdiyimizdən,
eşitdiklərimizdən nəticə
çıxararaq bu balaca qızcığazın
böyük gələcəyi
olacağını, böyük
səhnələr fəth
edəcəyini düşünürük.
Bu yolda Kamiləyə
uğurlar arzulayır,
istedadına inandığımızı
bildiririk. İnanırıq
ki, o, bu müsabiqədən qalib kimi ayrılaraq daha böyük səhnələrdə daha
böyük qələbələr
qazanacaq və daim öz sənəti,
səhnə fəaliyyəti
ilə Azərbaycanı
layiqincə təmsil edəcək. Kamilə kimi istedadlı gənclər xalqımızın
başını uca etdikcə, xalqımız da onlara sonsuz
sevgisini bildirəcək,
onların adını
hər kəs böyük fəxarətlə
çəkəcəkdir.
Uğurlar olsun, Kamilə! Sən birinciliyə layiqsən!
Nilufər Xaliqqızı
Təzadlar.- 2011.- 19-21 may.- S.13.