"Azərbaycana
diqqət və maraq artmaqdadır"
Ayhan Dəmirçi:
"Əvvəlki illərlə
müqayisədə indi
Azərbaycan Belçikada
daha çox tanınır"
Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin başqanı
Ayhan Dəmirçinin
"Təzadlar" qəzetinə
müsahibəsi.
- Ayhan bəy, bu gün
Belçikada Azərbaycan
haqqında fikirlər
hansı səviyyədədir?
- Əvvəlki
illərlə müqayisədə
indi Azərbaycan daha çox tanınır. Biz bunu Avropa parlamentində təşkil etdiyimiz tədbirlər zamanı da hiss edirik. Halbuki əvvəllər Azərbaycanla bağlı
söhbət düşəndə
maraq və diqqət yox idi. Sonradan Azərbaycan
dövlətinin və
Belçikadakı səfirliyimizin,
təşkilatımızın aktiv fəaliyyəti və sistemli çalışmalar nəticəsində
ölkəmiz haqqında
müsbət fikirlərin
yaranmasına səbəb
oldu. Bu gün Azərbaycana diqqət və maraq artmaqdadır.
Bu inkişafa doğru
istiqamət alıb.
- Azərbaycanın
daha geniş tanıdılması ilə
bağlı bu ölkənin öz dilində qəzet çap edilməsi və ya saytın
yaradılması mümkündürmü?
- Əlbəttə,
Azərbaycanın daha
yaxşı tanıdılmasında
xarici dildə qəzet və saytın yaradılması
önəmli məsələdir
və yaxşı nəticə verər. Fəqət, öncədən
bildirdiyim kimi, bu cür yayın
orqanlarını həyata
keçirmək bəzən
asan olmur. Təşkilat olaraq, bu məsələləri
həll etmək üçün işlərimizi
davam etdiririk. Bu arada işlərimizin çoxluğu və fəaliyyət proqramımızın
geniş olması bu məsələləri
həll etməyi geçikdirir. May ayının
25-də Avropa Parlamentində
keçirəcəyimiz tədbirdən
sonra bu işi həll edəcəyimizə inanıram.
- Diasporumuz
erməni yalanlarının
ifşası ilə bağlı hansı addımları atır və xüsusilə, Qarabağ münaqişəsi
haqqında fikirlər
hansı istiqamətdədir?
- Diasporumuz
erməni yalanlarını
ortaya çıxarmaq
və həqiqətləri
Avropada tanıtmaq istiqamətində var gücü ilə çalışır və
buna örnək olaraq, bu ilin
əvvəlində Avropa
Birliyində və digər yerlərdə bir neçə önəmli tədbirlər
keçirildi. Human Rights Without Frontiers mərkəzi adına Avropa Parlamentində Villy Fautrenin ev sahibliyi ilə
keçirilən Xocalı
faciəsi və Qarabağ problemi nəticəsində 1 milyon
məcburi köçkünün
vəziyyətinin yaxşılaşdırılması
istiqamətində tədbir
keçirildi. Ermənilər
tədbirin baş tutmaması üçün
əllərindən gələni
edirdilər. Buna baxmayaraq,
tədbir baş tutdu. Tədbir vasitəsilə Qarabağ
və Xocalıda yaşanan faciələr haqqında məlumatlar avropalılara çatdırıldı.
Ayrıca 17 mart 2011-ci il
tarixində Avropa Parlamentində Azərbaycan-Belçika
Dostluq Cəmiyyətinin
təşkilatçılığı və Avropa Parlamentinin üzvü İsmayıl Ertuğun ev sahibliyi ilə
Avropa İttifaqı və Azərbaycan münasibətlərində mədəniyyətlərarası
dialoq adlı seminar baş tutdu. Sonra isə 1918-ci il 31 mart tarixində azərbaycanlılara qarşı
həyata keçirilən
soyqırım siyasəti
və 2011-ci il martın 8-də erməni
snayperi tərəfindən
öldürülən 9 yaşlı
Fariz Bədəlovla bağlı Avropa parlamenti (Scuman meydanında) önündə
etiraz aksiyası keçirildi. Bununla yanaşı, Xocalı faciəsini əsk etdirən məlumatlar Avropa və Belçika parlamentinin 550-ə
yaxın üzvünün
emal ünvanlarına göndilirdi.
- Ümumilikdə, Belçikada
nə qədər soydaşımız yaşayır
və onlar diaspor fəaliyyətində
aktivdirlərmi?
- Beçikada
soydaşlarımızın sayı o qədər də çox deyil. Təxminən 250-300
nəfərə qədərdir.
Türkiyəli azərbaycanlılarla
bir yerdə 4 minə çatar. Soydaşlarımızı milli,
mədəni və önəmli mövzularda keçirilən tədbirlərə
dəvət edirik və hamısı da olmasa fəal
insanlar iştirak edib, tədbirlərimizə
dəstək olurlar. Bildirmək istəyirəm
ki, birlik və bərabərliyimizə
ən çox ehtiyac duyduğumuz bir zamanda bir-birimizin
işini ləngitməyə
çalışır, birliyimizə
mane olub şəxsi məsələləri qaldırırıq.
Bu gün bizə milli birlik lazımdır.
Onsuz da bizi istəməyən qüvvələr çoxdur.
Daxilimizdə olan problemləri özümüz
həll etməliyik. Azərbaycan gənc dövlətdir. Əsas odur ki, problemlərimizi
özümüz həll
edib və ümümmilli işlərimizin
həyata keçirilməsi
yolunda birgə addım atmalıyıq.
- Erməni
diasporu tərəfindən
sizə maneələr
olurmu və onların təhdidləri
ilə üzləşirsinizmi?
- Təbii
ki, bəzi tədbirlərimiz gizli olsa da mane olmağa
çalışırlar. Azərbaycanın
Belçikadakı səfirliyi
və dərnəyimizin
Avropa Parlamentində təşkil etdiyi tədbirə mane olmağa
çalışdıqlarını bilirdik. Buna baxmayaraq, biz fəaliyyətimizi davam etdiririk. Ayrıca olaraq, ciddi bir
təhdidlə qaşılaşmamışıq.
Əgər belə hal baş versə,
təhdidlərin qarşısını
ala biləcək səviyyədə
imkanlarımız var.
- Mayın
25-də Avropa Parlamentində
tədbiriniz gözlənilir.
Tədbir nə ilə bağlı keçirilir və kimlərin iştirak edəcəyi gözlənilir?
- 25 mayda
təşkil edəcəyimiz
tədbirin əsas mövzusu Avropa Birliyi-Azərbaycan əlaqələrini
əhatə edəcək.
Xüsusilə, Avropa Birliyi və Azərbaycanla əməkdaşlıq
və geopolitik gerçəkliklər mövzusuna
önəm veriləcək.
Konfransa Avropa Birliyinin parlamentarı Qraham Vatsonun ev sahibliyi ilə
Azərbaycan-Belçika Dostluq
Cəmiyyəti və
Azərbaycanlıların və
Digər Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzi tərəfindən
birgə təşkil
ediləcək.
Başda Avropa Parlamentinin üzvü İnese Vaidere olmaqla 50-ə yaxın Avropa Parlamentinin məsulları, mətbuat,
ictimai təşkilat rəhbərlərinin iştirakı
gözlənilir. Azərbaycandan
gələn nümayəndə
heyətinə isə
millət vəkili Azay Quliyev, Prezident
Administrasiyasının (PA) İctimai-siyasi məsələlər
şöbəsinin diasporla
iş sektorunun müdiri Qafar Əliyev, Azərbaycanlıların
və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin
(ATXƏM) sədri İlham
İsmayılov, "Politika"
jurnalının baş
redaktoru İlqar Bayraməliyev, ATXEM əməkdaşı
Telman Əlirzayev qatılacaqlar.
Elnur Eltürk
Təzadlar.- 2011.- 24-26 may.- S.11.