Pərişan
Bəylərin obası bayquşa qaldı,
Kövşəni pərişan, yalı pərişan.
Dağlar da dağıyla baş başa qaldı,
Səbası pərişan, yeli pərişan.
Ellər o torpağı
əkməz oldular,
Elatlar bu dağı çəkməz oldular.
Xınalı kəkliklər
səkməz oldular,
Sonası nazlanmaz, gölü pərişan.
Yaman dönük
çıxdıq biz o yerlərə,
Qaldı, həsrət qaldı göz o yerlərə.
Elə yaslı
gəldi yaz o yerlərə,
Çiçəyi pərişan, gülü
pərişan.
Nədir bu ayrılıq, bu yazı, dağlar,
Əksilməz başının poyrazı,
dağlar.
Yaz ağzı
köçlərə tamarzı
dağlar,
Çəhlimi pərişan, yolu pərişan.
Eşiklər cəhrəsiz,
hanasız qalıb,
Nənələr birçəyi xınasız
qalıb.
Anam da qürbətdə anasız
qalıb,
Ovqatı pərişan, halı pərişan.
Yıxdı Şərahili
bu dərd, bu kədər,
Nə gedib gələn var, nə xəbər-ətər.
Dünyadan gileyi dünyalar qədər,
Obası pərişan,
eli pərişan.
Dünyada
Kor bəxt
ilə çəksən
cəngi,
Kürək yerə vermisən ki?!
Haramlıq ömrün
xərçəngi,
Çarəsi yoxdu dünyada.
Könül, qəlbi
kordan qorun,
Qəlbi görür gözü korun.
Qanan varmı,
tanıt görüm,
Yarası yoxdu dünyada?!
Varım yoxdur sözdən özgə,
Doğmam özgə, özgəm özgə.
Cahangirin bezdən
özgə,
Xarası yoxdu dünyada.
Sağım yoxsul, solum yetim,
Əlacım yox, ölüm itim
Mən umduğum
səadətin,
Yarısı yoxdu dünyada
Qulu ol, qulu duyanın,
Ağası düyün düyənin.
Bu dünyamla
bu dünyanın,
Arası yoxdu, dünyada.
Şərahil, dünya
arsızın,
Qanan başlara qan sızır.
Dünyada pul parasızın,
Parası yoxdu dünyada.
Qağa
Dört yan iyrənci hərrac,
Düzlər düzdə
yalavac,
Salam, Mənsuri-Həllac,
Salam, Nəsimi
qağa...
Böhtan duz - yaram üstə,
Üzüldüm bir kam üstə.
Köklənib haram üstə,
Dünyanın simi, qağa.
Cümlə yaranmış
yalan,
And, dua, qarğış yalan,
Yağan bu yağış yalan,
Əsən nəsimi, qağa.
Nə hellənir
bu təkər
Qan tökəni qan çəkər.
Çəksə Yaradan çəkər,
Mənim yasımı,
qağa
Qara gəldi
bu yazım,
Ha göynüyüm,
ha yazım.
Bayquşların avazı,
Boğdu səsimi, qağa.
Dayan, a dünya
Bir zərrə
sevinci umuram, olmur,
Xırmanım oddanır,
yağmurum olmur
"Sacım
tava gəlir, xamırım olmur",
Dayan, danışarıq,
dayan a dünya
Bağlanıb barxanam,
boxçam bükülü,
Dəymişim budaqda -
kalım tökülür
Qəlbimi kör qoydu arzumun külü,
Dayan, danışarıq,
dayan a dünya
Sitəmlər çəkdirdin
elimə bunca,
Başımnan həsrətlər ələmə,
bunca.
Yetər züy tutduğun naləmə bunca,
Dayan, danışarıq,
dayan a dünya.
Calasam zövqünü
arşına gəlməz,
Qandım ya qanmadım - işinə gəlməz.
Başıma gələnlər
başına gəlməz,
Dayan, danışarıq,
dayan a dünya
Şərahil Laçın
Təzadlar.- 2011.- 24-26 may.-
S.14.