Mən hansı
bir insana bənzədim ki...
(Şəxsiyyətinə və
qələminə boyük
hörmət etdiyim görkəmli şairimiz Rəsul Rzanın bir vaxtlar "baba" adlandırdığımız
proletar xalqının
rəhbəri V.İ.Leninə
həsr etdiyi poemaya indiki dövr üçün səslənən nəzirə)
Mən hansı bir insana bənzədim
ki, Lenini,
Müsəlman torpağına
göz tikib yatmış olsun.
Mən hansı riyakara bənzədim ki, Lenini,
Qovub çatıb milləti cənginə çəkmiş olsun.
Mən hansı bir həkimə bənzədim ki, Lenini,
Pul almadan xəstəni
doğrayıb kəsmiş
olsun.
Mən hansı bir dəlləyə bənzədim ki, Lenini,
Kor ülgücü sabunsuz saqqala çəkmiş olsun.
Mən hansı pinəçiyə bənzədim
ki, Lenini,
Bizi saplayan zaman dizinə batmış olsun.
Mən hansı xanəndəyə bənzədim
ki, Lenini,
Zəngulə vuran zaman xoruz buraxmış
olsun.
Mən hansı bir suçuya bənzədim ki, Lenini,
Arxın suyu kimsəsiz
bostanı basmış
olsun.
Mən hansı bir müdirə bənzədim ki, Lenini,
Katibənin sözüylə oturub durmuş olsun.
Mən hansı bir şeytana bənzədim ki, Lenini,
İnsanların qəlbini
aldadıb yırtmış
olsun.
Mən hansı bir məhbusa bənzədim ki, Lenini,
Günahsız şərlənərək
cəzasın çəkmiş
olsun.
Mən hansı kisəçiyə bənzədim
ki, Lenini,
Kir çıxmayan bədəndən kiri çıxartmış olsun.
Mən hansı bir xədimə bənzədim ki, Lenini,
Nadejdadan bir övlad
qoyub, itməmiş olsun.
Mən hansı bir müəllimə bənzədim ki, Lenini,
Şagirdləri kor qoyub, özünü dartmış olsun.
Mən hansı bir şairə bənzədim ki, Lenini,
Qafiyəsiz şeirdən ürək bulanmış
olsun.
Mən hansı yazıçıya bənzədim
ki, Lenini,
Cild - cild yazdığı
əsər arxivdə
yatmış olsun.
Mən hansı bir əsgərə bənzədim ki, Lenini,
Süngü ilə dostunu qəlbini dərmiş olsun.
Mən hansı bir hakimə bənzədim ki, Lenini,
Pul almadan məhbusa
hökm oxunmuş olsun.
Mən hansı komandirə bənzədim
ki, Lenini,
Düşmənə işləyərək
əsgəri satmış
olsun.
Mən hansı bir polisə bənzədim ki, Lenini,
Sifarişlə insanı
qətlə yetirmiş
olsun.
Mən hansı bir nazirə bənzədim ki, Lenini,
Saysız villalarında bayquş ulamış olsun.
Mən hansı bir mollaya bənzədim
ki, Lenini,
Fatihə oxumadan ölü basdırmış
olsun.
Mən hansı bir cəllada bənzədim ki, Lenini,
Günahsız insanları
diri asdırmış
olsun.
Mən hansı simasıza bənzədim ki, Lenini,
Dünənki yalan sözdən bu gün utanmış olsun.
Mən hansı bir Corc Buşa
bənzədim ki, Lenini,
Müsəlman torpağına
mərmilər atmış
olsun.
Mən hansı prokurora bənzədim ki, Lenini,
Rüşvət ilə məhkumu dardan qurtarmış olsun.
(Ardı var)
Rauf İlyasoğlu
Təzadlar.- 2011.- 15 noyabr.-
S.7.