Birinci yol
salır, ikinci keçir
Talehin işinə, vərdişinə bax-
Yaxşını bir anda yamandan
seçir,
Həyatın işinə, gərdişinə
bax-
Birinci yol salır, ikinci keçir.
Görəsən, kimdir o - eşqin hakimi,
Zaman da yolunu əzəldən biçir.
İlk dəfə
yaşanan lap sevgi kimi-
Birinci yol salır, ikinci keçir.
Ey yarım,
sevgilim, gözlə deyəndə,
Sevgi də zamanla gözlərə köçür.
Tökülən budaqda meyvə dəyəndə
Birinci yol salır, ikinci keçir.
İnsanı coşdurur
eşqi, ilhamı,
Tanrı da hərəyə
bəxt verir bir cür.
Düz olan
hardasa pozsa nizamı,
Birinci yol salır, ikinci keçir.
Əsrlər dolanıb,
illər ötsə də,
Hər kəs
bu torpağın suyun
dan içir.
Bu dünyaya çoxu gəlib-getsə
də,
Birinci yol salır, ikinci keçir.
Dünyanın yükü
Bu zalım fələyin çirkin əlində
Qarışqa dayanır dəvə belində,
Canavar danışır
tülkü dilində,
Çevrilir üstümə dünyanın
yükü.
Çırpınır qəfəsdə yaralı
quştək
Vicdandan sızlayıb
döyünmür ürək,
Bu ağır əzabı, yükü çəkərək,
Çevrilir üstümə dünyanın
yükü.
Rüşvətə sataraq abır-həyanı,
Yaltaqlar çoxalıb tutur
hər yanı.
Tərəzi gözündən
çəkir mizanı,
Çevrilir üstümə dünyanın
yükü.
Könlüm ağlar
kaman üstə köklənir,
Haqqı deyən
hər an sınır,
təklənir,
Görəndə ki, bahar ötür,
qış gəlir,
Çevrilir üstümə dünyanın
yükü.
Kimi milyonları
yığır üst-üstə,
Qəpiyə möhtacdı ölümcül
xəstə.
Bu haqsız zamanla qalıb ahəstə-
Çevrilir üstümə dünyanın
yükü.
Qız şəklində
Durmusan qarşımda
bir mələk kimi,
Mən deyə bilmirəm
söz şəkilində.
Dalğalı saçların lap külək
kimi,
Bəlkə əzrailsən qız
şəkilində.
Geyimin alışır,
yanır od
kimi,
Hey yanıb, sönürsən köz şəkilində.
Gah dogma olursan, gah da
yad kimi,
Bəlkə əzrailsən qız
şəkilində.
Üzümə bir ilıq nəfəs
toxunur,
Qalır o dodaqlar iz şəkilində.
Sevginin atəşi
gözdən oxunur,
Bəlkə əzrailsən qız
şəkilində.
Günəşin nəfəsi yerə dəymədən
Yumulub qalırsan göz
şəkilində.
Artıq yoruluram
bu şübhələrdən,
Bəlkə əzrailsən qız
şəkilində.
Səni pillə-pillə,
gec ələyim mən,
İstərəm tanıyım öz
şəkilində.
Qorxuram səninlə
gecələyim mən,
Bəlkə əzrailsən qız
şəkilində.
Dürdanə ABBASQIZI
Təzadlar.- 2011.- 19 noyabr.-
S.15.