Dərdə bax, ay Allah
Qəlbimdə sən varsan
Evimdə sən yox.
Evində
sən varsan
Yanında mən yox.
Dərdə bax, ay Allah
Oxşayırıq, yox?!
Sən getdin, mən yoxam,
Payım-uzaqdan baxam.
Qəlbindən qəlbimə
Sancılan tək oxam,
Dərdə bax, ay Allah
Sənmi atdın, yox?!
Səninçün doğuldum,
Qəmindən boğuldum,
Səni
sevdiyim gün
Var ikən
yox oldum.
Dərdə bax, ay Allah
Yaşadımmı, yox?!
Dərd
alıb elimi
Bükmüsən belimi,
Yıxılıb durarkən
Uzatdim əlimi.
Dərdə bax, ay Allah
Əl verdinmi,
yox?!
Sev dedin sevirəm,
Gül dedin, gülürəm,
Bu eşqi bitirmə,
Bitirmə, ölürəm.
Dərdə bax, ay Allah
Bitirimmi, yox?!
Bu eşqi yazmışam,
Daşlara qazmışam,
Gözləyə-gözləyə
Canımdan bezmişəm.
Dərdə bax, ay Allah
Ölmüşəmmi, yox?!
Günüm, saatımsan,
Ağrıyan canımsan,
Uzaqda olsan da
Damarda qanımsan,
Dərdə bax, ay Allah
Yarımsanmı, yox?!
Adilə
Təzadlar.- 2011.- 26 noyabr.- S.15.