var ki

 

("Əridim" şeirinin müəllifi Rəna Əlisa qızına)

 

Ömrün boyu həqiqətsə inancın,

Olmaz əsla nə bir qorxun, nə sancın.

Əmin olsan halaldandır qazancın,

Başı uca yeriməyə var ki.

 

Arzuların səhərini görəndə,

Elmin ulu şəhərini görəndə,

Ədalətin zəfərini görəndə,

Sakit-sakit kiriməyə var ki.

 

Nəfsin gözü yad yanında kor olsa,

İki qəlbin duyğuları bir olsa.

Sevgi evi bir müqəddəs pir olsa,

Ağuşunda əriməyə var ki.

 

 

Neylərəm

 

Sanki uçur göylə yar:

Tapılarmı böylə yar.

Aramızda söylə, yar,

Mərzi axı neylərəm.

 

Sevdiyim yar, yar isə,

Yanaqları nar isə.

Yolun düzü var isə,

Tərsi axı neylərəm.

 

Yaxşı gedir hər işim,

Dəyişibdir yerişim.

Yarla varsa görüşüm

Dərsi axı neylərəm.

 

Üəyim şən olnda,

Yarımla tən olanda,

Yanımda sən olanda,

Ərzi axı neylərəm.

 

 

Xanəli Talış

 

Təzadlar.- 2011.- 26 noyabr.- S.15.