Eylər
(Şair
Səxavət Qafarlının eyniadlı qəzəlinə nəzirə)
Sözü quştək uçurtdunsa, dalınca bir
nəzər eylə,
Həyatından bezən kəslər məzarçün intizar eylər.
Qızırqanmaz cigər qanun, boyayar dan yerin
qanla,
Fələkdən qəm payın alıb, ürəkdən
ahu-zar eylər.
Kül altında közün sönməz, dilin dönər, üzün dönməz,
Könül sızlar, hər ovcunda gözün yaşın Xəzər eylər.
Əlində xəncəri qanlı
Brutlardan vəfa umma,
Bu hədsiz sadəlik
bir gün səni bəxtsiz Sezar eylər.
Gözün yox dünya malında, müqəddəsdir
amalın da,
Yolun düzdür,
səni yoldan nə altun, nə də zər eylər.
Güzarın düşməsə bir gün, yetim
qalar otel sənsiz,
Şərafətlə Balamirzə şuluq salıb, bazar eylər.
Nə yaxşı gün şəfəq saçır,
"Göy qurşağı"
ayaq açır,
Paxıllıqdan şişənlər var,
keyfimizi azar eylər.
Xudaya şükr edək, qardaş, nə yaxşı - söyləyər
Rafiq,
Riya-böhtanla bizlərin arasından
hasar eylər...
Qoyun haqqında ballada
Yüz illərdi yaramıza köz basıb,
Dartıb bizi ağıllara qoyunlar.
Qılıncları, yəhərləri
toz basıb,
Başımıza çox açılıb
oyunlar.
Uzun Həsən, Qara Yusif, Qazan xan...
Bayrağımda qara qoyun, ağ qoyun.
Saraları selə verdi Xan çoban,
Bir də baxdı, dərə qoyun, dağ qoyun...
Yurdumuza
yağı cumdu sel kimi,
Qarı düşmən kəmənd
atdı yel atda.
Nər igidlər ox-nizədən
silkinib
Qoyun sağdı,
yun daradı elatda.
Nəzm
etdikcə təhqir dolu əzabı
Susduq, guya
"abrımıza" büründük.
Buğlandıqca isti quyruq kababı,
Tıxıb-şişdik, quyruqlarda süründük.
İçimizdə tamah elə qudurdu,
Qürurumuz, mənliyimiz verdi can...
Bir yaramaz Moskvada dəm vurdu
Bir çobanlı
səkkiz milyon qoyundan.
Bozqurd xəcil, pələnglərsə
töylədə,
Yurd yerindən nalə-fəryad
dikəlir
Sabir söyən şeytanlar gör neylədi,
Şamaxıda yapdı ulaq heykəli...
Görəcəkli günlərimiz var
imiş,
Yurdu sarıb
azğın-gavur, İlahi.
Ya od yağdır,
ya da ki,
bu çər dəymiş
Qoyunları qurda çevir,
İlahi!
Rafiq Məmməd
Təzadlar.-
2011.- 26 noyabr.- S.15.