Teatr estetikası
Yaxud, Azərbaycan teatrının aktual problemləri
"Azərbaycan
teatrının peşəkar
teatr olduğu hamıya məlumdur. O da bəllidir ki, bu teatr
yaranmağa başladığı
vaxtlar çox acınacaqlı, keşməkeşli
yollar keçib. Hətta tamaşa göstərmək
üçün teatr
binası belə olmayıb. Bu çətinliyi aradan qaldırmaq məqsədilə
Hacı Zeynalabdin Tağıyev 1883-cü ildə
özünün taxıl
anbarının özülü
üzərində teatr
binası inşa etdirib"(İlham Rəhimli, "Azərbaycan
teatr tarixi").
Teatr həyatı canlı
şəkildə əks
etdirən sintetik sənətdir. Teatr aktyoru
ilə kino aktyoru arasında müəyyən fərqlər
var. Kino aktyorundan fərqli
olaraq teatr aktyoru səhnədə obrazı canlı yaşayır. Əgər obrazı
yaşaya bilməsə,
onu düzgün hiss edib oynaya bilməz.
Bugünkü teatrımızın repertuarında həm milli, həm də xarici dramaturqların əsərləri
üstünlük təşkil
edir. Bu, sevindirici bir haldır, lakin elə dramaturqlarımızın
əsərləri vardır
ki, onlara teatr çox gec-gec müraciət edir. Cəlil Məmmədquluzadənin "ölülər",
"Anamın kitabı",
yaxud Hüseyn Cavidin "İblis", "Şeyx Sənan" kimi əsərləri vaxtaşırı səhnəyə
qoyulsa, kimə maraqlı gəlməz?! Müasir dövrdə H.Cavidi dərk edən rejissor yetişməlidir.
Çünki Cavidin öz
teatrı var. "Cavid
teatr"ı romantik teatr olsa da,
əsərlərində həyatda
olan reallıqlar əks etdirilir. İndi Cavidə, C.Məmmədquluzadəyə
tez-tez müraciət edilməlidir.
Əsər müasir dövrlə
ayaqlaşmalıdır. Adları çəkilən əsərlərin
mövzusu elə bu gün də
aktualdır. "Anamın kitabı"ndakı
kimi doğma dilində danışmağı
özünə ar bilənlər indi azdır məgər?
Bəlkə "İnsan cildində
iblislər yoxdur?"
Hər dövrdə olduğu kimi, teatrımızda rejissor problemi bu gün də
mövcuddur. İstedadlı rejissorlarımız da var, amma yenə
xaricdən dəvətlə
gələn rejissorlara
ehtiyac duyulur. Çünki Azərbaycan teatrında
Tofiq Kazımov, Adil İsgəndərov, Mehdi Məmmədov kimi rejissorlardan sonra teatrda onların
yerini tutan, yolunu davam etdirən
rejissorlar yetişmədi
bir daha. Müasir dövrdə isə çox az rejissorlar
var ki, əsər
üzərində işləyə
bilir, bəzi qismi isə sifarişlə başqa teatrda tamaşa hazırlayır. Teatr rəhbərliyinin özünə də maraqlıdır kı, görəsən, əcnəbilərin
tamaşaya qoyduğu əsər tamaşaçıya
necə təsir edir? Rejissor olan şəxs
ilk növbədə tamaşanın
taleyini bu günlə, sabahla bağlamalıdır. Teatr insanları
tərbiyə edir, zövqlərinin formalaşmasında
onlara yaxından kömək edir. Tamaşaya qoyulan əsər ilk növbədə tamaşaçıya
təsir etməlidir.
Tamaşaçı özünü səhnədə
çıxış edən
qəhrəmanın yerinə
qoymalı, həm sevməli, həm də kədərlənməlidir.
Teatr sənəti həyatı
olduğu kimi əks etdirir, buna görə də müasir həyatda olan problemlər insanlar üçün daha maraqlıdır. Teatr insanların
ürəyindən xəbər
verməlidir. Tamaşaçını
teatra cəlb etmək üçün həyatdakı çatışmazlıqlar,
ədalətsizliklər, varlı-kasıb
təbəqəsinin həyatı,
sevgi və xəyanət və s. problemlər teatrda öz əksini tapmalıdır. Teatr aktyorun evidir.
Hüseyn Ərəblinski,
Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Mərziyyə
Davudova, Mehdi Məmmədov, Tofiq Kazımov, Adil İsgəndərov və
digər sənətkarlar
teatra məbəd kimi baxmışlar. Hər bir aktyorun özünəməxsus
oyun tərzi vardır. Aktyor öz oyunu ilə tamaşaçını
ələ almalıdır.
Teatrın tədqiqi və
nəzəri problemlərini
isə teatrşünaslıq
elmi öyrənir. Müasir dövrdə bu elmin İlham Rəhimli, Aydın Talıbzadə, Məryəm
Əlizadə, Məsməxanım
Qubadova kimi nümayəndələri var.
Teatr ölməz sənətdir,
onun daim yaşaması üçün
repertuar, aktyor, rejissor inkişaf etməlidir. Aktyor üçün
isə ən dəyərli nəsnə
tamaşaçı alqışıdır.
Qoy, heç zaman teatrımız bu alqışlardan məhrum olmasın!
Əli NOVRUZƏLİYEV,
teatrşünas
Təzadlar.- 2011.- 26 noyabr.- S.14.