Fəal diaspor rəhbəri, cəsur komandir haqqında nə bilirik?..
Elxan Hüseynov Azərbaycan və ölkə diasporu üçün kim
idi?
Bu günlərdə Danimarkada dünyasını
dəyişən Azərbaycan-Danimarka
Dostluq Cəmiyyətinin
sədri, I Qarabağ müharibəsi iştirakçısı,
istefada olan polkovnik Elxan Hüseynovun vaxtsız vəfatı onu tanıyanları dərindən
kədərləndirdi. Onun ölümü
Azərbaycan və diaspor üçün ağır itkidir. çünki Elxan Hüseynov bu ölkədə erməni diasporuna qarşı sistemli şəkildə mübarizə
aparan cəmiyyət sədrlərimizdən sayılırdı
və Danimarkada Azərbaycan və Qarabağ münaqişəsi
ilə bağlı fikirlərin formalaşmasında
böyük xidmətləri
olub.
Nə etmək olar, ölüm haqdan gələn bir əmrdir. Bir gün
yaranan, bir gündə həyatdan getməlidir. Sadəcə olaraq, ona belə
ölüm yaraşmırdı.
Qarabağ müharibəsinin ilk günündən, sonuncü
gününə kimi döyüşən bir cəsur komandirin xərçəng xəstəliyindən
dünyasını dəyişməsi,
onu tanıyan insanları yandırmaya bilməz.
Bəs diaspor
rəhbələrimiz, yazarlarımızın
məhrum haqqında düşüncələri nədən
ibarətdir və onu necə xatırlayırlar?..
"Elxan Hüseynov bütün şüurlu həyatını
Azərbaycana həsr etmiş və diaspor işində önəmli xidmətləri
olan diaspor rəhbərlərimizdən idi. ömrünün böyük bir hissəsini Azərbaycanın
müstəqilliyi işinə
həsr edərək bu yolda fəallıq
göstərib".
Bu sözləri "Təzadlar"a qəzetinə
Danimarka Azərbaycan-Türk
Qadınlar Birliyinin sədri Anaxanım Hüseynova dedi.
"Azərbaycanın
Danimarkada tanıdılması
yolunda təqdirəlayiq
xidmətləri olub. Onun ölümü Azərbaycan
diasporuna ağır zərbədir və Elxan Hüseynov əsl Azərbaycan oğlu idi".
Anaxanım Hüseynova
Elxan Hüseynovun Qarabağ müharibənin
birinci günündən
axırıncı gününə
kimi fəal iştirak etdiyini qeyd etdi: "Elxan Hüseynov istefada olan polkovnik
idi və Azərbaycanın işğal
edilmiş torpaqlarının
qaytarılması uğrunda
fəal iştirak edib. Tərtərin müdafiə olunmasında
Elxan Hüseynovun böyük xidmətləri
olub. Həmin rayonda ermənilərə
ağır zərbə
vuran əsas komandirlərdən biri olub".
"Elxan Hüseynov özünü
Azərbaycan davasına
həsr etmiş, əlindən gəldiyi qədər Azərbaycan məsələsini təbliğ
edən, ölkəsinə
dost qazandırmağı bacaran
insan idi".
Bu sözləri isə Danimarka parlamentinin sabiq üzvü, Hüseyin Arac üzüntü ilə söylədi.
"Onun özü dəfələrlə
məni Danimarka parlamentində ziyarət edib, Azərbaycanda bir milyon məcburi
köçkünün vəziyyəti
haqqında geniş bilgilər verirdi. Xüsusilə, onunla Danimarka-Azərbaycan
əlaqələrinin inkişaf
etməsi üçün
birgə uğurlu çalışmalarımız olub. O, ciddi, səmimi və mübarizəsinə inanan
insan idi. Yaxın dostumu itirmək mənimçün olduqca
ağırdır. Onun ailəsinə
başsağlığı verirəm. Elxanın yolu davam etdirməlidir ki, onun ruhu şad
olsun".
"Mənim Elxan bəylə şəxsi tanışlığım
olmasa da, onu Azərbaycan diasporunun üzdə olan simalarından biri kimi tanıyırdım. Diaspor haqqında kitablarımda onun sədri olduğu Danimarka-Azərbaycan
Dostluq Cəmiyyəti
barədə ətraflı
məlumat vermişəm".
Bu sözləri diaspor üzrə tanınmış araşdırmaçı,
"Diaspor və Lobbi" Strateji Araşdırmalar Mərkəzinin
sədri Zaur Əliyev dedi.
"Hesab edirəm ki, bu gün Danimarkada
az sayda soydaşlarımızın yaşamasına
baxmayaraq, onların fəaliyyəti diqqətəlayiqdir
və bu işdə şübhəsiz
Elxan Hüseynovun rolu olmuşdur. Məhz onun müəllifi olduğu xəritə üzərində "Ermənilərin
Xocalı genosidi planı" adlı layihəsi təkcə Skandinav ölkələrində
deyil, Avropanın bir neçə ölkəsində xalqımızın
ən ağrılı
faciəsinin tanınmasında
əməyi olmuşdur.
Eyni zamanda Danimarkada Azərbaycanı təbliğ
edən stendin sərgilənməsi və
burada dövlət rəmzləri, dövlət
başçısı haqqında
məlumat, Ermənistan
hərbi birləşmələrinin
işğal etdiyi ərazilərimizin xəritəsi
və bununla bağlı ərtaflı
izahat, eləcə də ölkəmiz haqqında digər bilgilərin olması məhz onun adı ilə bağlıdır. "Fergli ve Birge"
layihəsinin işçi
qrupunun üzvü, Danimarka-Azərbaycan Dostluq
Cəmiyyətinin sədri
Elxan Hüseynov vaxtsız vəfatından
kədərlənirəm".
Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin
sədri, Ayhan Dəmirçi Elxan Hüseynovun bir şəxsiyyət olduğunu
qeyd edərək, onun vaxtsız vəfatını Azərbaycan
diasporunun böyük
itkisi kimi dəyərləndirdi və
onun adının hər zaman dostlarının qəlbində
yaşacağını söylədi.
İsveçdə fəaliyyət göstərən
"Vahid Azərbaycan
Təşkilatı"nın
sədri, Ayə Coşkun Elxanın ölümü ilə barışa bilmədiyini
bildirirək, onun həyatda olmadığına
inanmadığını söylədi.
"Elxan haqqında onu deyə bilərəm ki, o, əsl Azərbaycan oğlu idi və xalqımız
böyük oğlunu
itirdi. Mənimçün onun ölümündən
sonra danışmaq olduqca çətindir",
- deyə dərnək
sədri bildirdi.
Almaniyadan "Azərbaycanın Dostları" cəmiyyətinin
sədri Elman Mustafazadə
Elxan Hüseynov haqqında hər zaman gözəl xəbərlər eşitdiyini
söyləyərək, onun
Azərbaycan diasporunun
güclənməsi üçün
böyük işlər
gördüyünü qeyd
etdi.
Hollandiya-Azərbaycan Türk Mədəniyyət
Mərkəzinin sədri
İlhan Aşkın Elxan Hüseynov şəxsiyyətinin diaspor
üçün hər
zaman doğma olduğunu və Azərbaycan davasına könüldən dəstək
verən insanların önündə olduğunu
vurğuladı.
İzmir Azərbaycanlıları
Mədəniyyət Mərkəzinin
rəhbəri Camal Mehmetxanoğlu da Elxan Hüseynovun Avropada Azərbaycan diasporunun formalaşmasında
böyük əmək
sərt etdiyini bildirirək, onun vəfatını Azərbaycan
diasporu üçün
böyük itki hesab etdi.
Sonda onu bildirək ki, Elxan Hüseynov
heç zaman yaddaşlardan silinməyəcək,
ömür-gün yoldaşı,
Azərbaycan musiqisini Danimarkada təbliğ edən Kəmalə Hüseynovaya başsağlığı
veririk. Millətimizin başı sağ olsun!
E.Eltürk
Təzadlar.- 2011.- 7-10 oktyabr.-
S.6.