ANA LAYLASI
Elə bil ki, tək
qalmışam
Mən anasız,
bir adada.
Dostlar, deyin anatək pak
Varlıq
varmı bu dünyada!
Dünyasını dəyişəndə
Ana - ana deyənlərin
Dərd
ömrünü atır
oda!
Ivlad üçün ən dəhşətli
Bir əzabdır ana dağı!
Övladlara balta çalar
Anaların ayrılığı!
Sərkərdələr, dahilər də,
Dağ üstünə dağ qoyan da
Qartal kimi göyə qalxıb
Göy üzündə
uyuyan da.
Anaların laylasının
Atəşinə sığınıbdı.
Hərarətli dünyasının
Atəşiylə qızınıbdı.
Sanıbdır can dəyanəti
Dilinin xoş kəlməsini.
ürəyinə şərbət
kimi
İçiribdir bal səsini.
övlad kimi anaların
Borcundan
yox çıxan, məncə!
Anasına görə oda
Yox özünü yaxan məncə!
Öz Sərəncam anam qəfil
Əzraillə döyüşəndə,
Dünyasını dəyişəndə
İldırımtək başım üstə
Çaxdı ana ayrılığı!
Varlığımı qızmar şişə
Taxdı
ana ayrılığı!
Mənə baxdı yağı
kimi,
Sinələrin dağı kimi
Ürəyimə ağı kimi
Axdı
ana ayrılığı!
Dayandım mən dərdlə
qoşa,
Ömür yazım döndü
qışa,
Sevincimi
dərhal daşa
Çaxdı ana ayrılığı!
Taqətimi kəsdi fələk,
Qan yelitək əsdi külək,
Ürəyimi məngənətək
Sıxdı ana ayrılığı!
Andım
şirin dillərini,
Öpdüm solğun güllərini,
Vida çağı əllərimi
Sıxdı ana ayrılığı!
Köçən günün gecəsində
Onu gördüm mən yuxuda!
Od içində yanan ömrüm
Sanki oldu şən, yuxuda!
Anam dedi: qanadlanıb
Əziz
atan İlyasla, bil,
Gen səmada uçuram mən!
Gözlərindən yaş axıdan
Səmanı da qucuram mən!
Biz səmada qərar tutub
Yurd salmışıq, bir bax, oğul!
Sanma heç
də sən ananın.
Ayrılığın günah oğul!
Rahat nəfəs alıb yaşa,
Qoy narahat olmayım mən!
Övladların, nəvələrin
Mən əvəzdən
öp üzündən.
Elə et ki, süzülməsin
Həsrət yaşı qoy gözündən!
Şahrunu da, Laləni də,
Vüqarı da, Orxanı da,
Vidadini,
Məhəmmədi,
Güneli
də, Sevili də,
Fəridi
də, Ayseli də,
Bəhruzu da heç unutma!
Qəbul
eylə qardaşımı,
Əziz canım sirdaşımı.
Namiq, gəl sil göz
yaşımı,
Qucaqladım baş daşını.
Hamımızdan tez qovuşdun,
Nəm torpağa tez uyuşdun,
Səmalara nə tez uçdun,
Qəm-qüssədən tez sovuşdun.
Ruhun indi rahat oldu,
Qəlbim
intizarla doldu,
Yaşıl budaq nə tez
soldu?
Bu yol gedər-gəlməz
yoldur.
Ağdamında yaşasaydın,
Son qoyardın göz
yaşına.
46 yaş nə yaşdır ki?
Sən çatardın
yüz yaşına.
Oyan, ana, aç qolunu,
Namiq gəlib
bağrına bas.
Gözləyirdin sən yolunu,
Saxlayırıq anasız, yas.
Ana! Oğlun səninlədir,
Dinlə könül sözlərini.
Sən narahat olma daha,
Yığ yollardan gözlərini.
İlyas
adın yaşadanın,
Çətin anda hər bir kəsin
Qeydinə qal, dərdinə
yan,
Fikir etmə
ayrılığa.
Çətin olar bu qayıtma,
Yeməyini ye, soyutma!
Axı mənim əziz ruhum
İmkan
verməz dərd çəkəsən!
Qoymaram ki, göz yaşınla
ürəyində gül əkəsən!
Ana, ana - deyib, necə
Öz səsinə ayılanda,
Hiss etdim ki, gördüklərim
Bir gerçək
yox, yuxu imiş.
Necə
olub, köçən
çağı
O, yuxuma gəlib girmiş!
Qəm oduna alışanda,
Səmalarda bunu bilmiş.
Yuxudakı sözlərini
Yada salıb az
da olsa,
Bir təsəlli tapa bildim!
Yaddaşıma həkk olunan
Bu yuxunu tez söylədim
Ayılanda doğmalara.
Dedim, Novruz! Anam mənə
Səmalardan əl eylədi.
Qucaqlayıb məni öpdü,
Dərddən yanan ürəyimə
Ürəyini qəm eylədi.
Anam dedi: qorxma, bala,
Mən uçuram səmalarda...
Səmada
hey axtarıram,
Gecə-gündüz, mən canımı...
Rəbbim,
çəkib dərgahına,
Qəbul edib pak anamı.
Elə bil ki, ölmüş
idim,
Mən dünyaya indi gəldim!
Ana! Mənim yuxumda da
Öz dərdimi
dərdin bildin.
Mən anamın həsrətin də
Adı kimi pak tutacam!
Təkcə "ana" adın
deyil,
Həsrətin də yaşadacam!
Həsrətini yara sanıb
Həsrətimlə sağaldacam!
Nə qədər ki, Rauf sağdır,
O müqəddəs varlığımı.
Əzizləyib hər ikisin
Ata - ana ayrılığın
Ürəyimdə yaşadacam!
Ürəyimdə yaşadacam!
Rauf İLYASOĞLU
Təzadlar.- 2011.- 18 oktyabr.- S.15.